Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

29.6.12

Ekspertlər dövrü...

Müxtəlif zaman dövrlərində baş verən dəyişikliklərə görə istehlakçı  davranışları  və bu davranışlara təsir amillər də dəyişməkdədir. Bu dəyişimi 3 etapa bölmək olar:

1. Consumer-İnformation
2. Consumer-User
3. Consumer-Expert

20 il əvvələ qədər istehlakçılara bir malı almaq üçün və ya alış veriş etmək üçün nə lazım idi?

28.6.12

Professionallar hansı qısqacda çabalamaqdadırlar?

Bu gün işə başlarkən bir yaxın dostum tərəfindən bu sözü eşitdim: Şirkət sahibi deyirmiş ki "çox sürətlisən, bu qədər də olmaz"... Bu məqalənin yazılmağına da səbəb bir idarəetməçiyə deyilən bu söz və bu münasibət oldu.
Bilindiyi kimi bir sıra "biznes standartları"na görə şirkətləri güclü və gücsüz (zəif) deyə dərəcələndirməyə ayırmaq mümkündür.  Normal biznes mühitində bu standartların nə olduğu yəqin ki hamya məlumdur. Zəif şirkətlərin gücə sahib olma istiqamətində çalışmaları isə normal biznes mühitində əsas məqsədlərindən biridir. Bəs bizdə? Bu iki ayırıma aid olan "güclü" və "zəif" şirkətlər dərəcəsinə hansı şirkətlər aiddir və burada hansı faktorlar rol oynayır?