Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

29.10.12

Sahələr üzrə assosiasiyalar (birliklər) nə üçün lazımdır...?

İqtisadiyyatın müxtəlif sahələri ilə əlaqədar assosiasiyaların mövcud olması və məqsədyönlü fəaliyyəti müxtəlif ölkələrdə əlaqədar sahələrin və bu sahədə fəaliyyət göstərən şirkətlərin inkişafında xüsusi yer tutur. Belə assosiasiyalar əsasən sahələr və bölgələr üzrə yaradılmaqdadır.
 Assosiasiya iqtisadiyyatın (biznesin) eyni sahəsində və ya eyni iqtisadi bölgədə fəaliyyət göstərən şirkətlərin üzvlük  iştirakı  ilə yaradılan, üzv şirkətlərin və ümumiyyətlə aid olduqları sektor və ya bölgələrin inkişafını dəstəkləyən quruluşlardır.  Nümunə üçün, Türkiyədə və bir sıra Avropa və Şərq ölkələrində belə birliklər çox effektiv fəaliyyət göstərir. Məsələn Türkiyədə ümumi olaraq müxtəlif sahələr üzrə istehsalçılar və

24.10.12

Azərbaycan şirkətlərində HR-İnsan Resursları probleminə subyektiv?! baxış

Çoxdandır yazmaq istədiyim mövzulardan biri Azərbaycan şirkətlərində HR problemləri haqqındadır. Bu mövzu həm geniş, həm də həmişə narazılıq və etirazlar doğuracaq mövzu olduğu üçün müəyyən müddətdə yazıb yazmamaqda qərarsız qalmışdım. Ancaq ümumi olaraq hər bir yazılanın müəyyən müsbət təsiri ola biləcəyini düşündüyüm üçün nəhayət yazmağa qərar verdim.

Hər bir şirkətin bildiyimiz kimi müştəriləri daxili və xarici müştərilər olaraq ikiyə ayrılır. Xarici müştərilər şirkətin məhsulunu alan, istifadə edən, almağı düşünən potensial

22.10.12

Satışda ünsiyyət və əhəmiyyəti (satış menecerləri üçün)...

Satışda müştəri ilə ünsiyyət olduqca əhəmiyyətli yer tutur. Satış şirkətlərarası və/və ya şəxslərarası bir sövdələşmə və anlaşma prosesindən ibarət olduğuna görə bu prosesin həyata keçirilməsi hər iki tərəf arasında ünsiyyətin qurulması və inkişafından birbaşa asılıdır.
 Müştəri ilə ünsiyyətin qurulması fəaliyyətində  ilk ziyarətlə  ilk dəfə olmayan rutin ziyarət arasında müəyyən fərqlər vardır.
İlk dəfə ziyarət olunan satış nöqtəsində izlənəcək addımlar:
 1.      Satış nöqtəsinə daxil olarkən qarşılayanlarla salamlaşmaq!
 2.      Qərar verici şəxsin təyin edilməsi!

18.10.12

Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı və ölkəmizin vəziyyəti...

 Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı  (Patent, Utility model, İndustrial Design, Trademark) - rəqabətqabiliyyətlilik və inkişaf göstəriciləri üzrə ölkəmiz nə vəziyyətdə? Heç bununla əlaqədar düşündünüzmü?

İstanbul Universitetində doktorantura pilləsində gördüyümüz dərslərdən biri "Bilgi Ekonomisi" dərsi idi və bu dərsi əksər politik görüşünə qatılmadığım Mehmet Altandan alırdıq... Ancaq bununla bərabər qeyd etmək istərdim ki, M.Altan bu dərslərdə o zamana qədər heç düşünmədiyimiz ancaq həqiqətən maraqlı və

16.10.12

Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış...

Bir müddət əvvəl ölkəmizin Dünya İqtisadi  Forumun hesabatı olan   Qlobal Rəqabətqabiliyyətlilik  sıralamasında bir neçə pillə irəliləyərək 144 ölkə arasında 46-cı yeri tutduğunu bəzi KİV-lərdən duyarkən təbii olaraq maraq oyandı və bunu araşdıraraq bizi önə çəkən nələrin olduğunu öyrənmək istədim. Ancaq hesabatı incələyərkən məni əsas maraqlandıran və gələcəyimiz üçün daha vacib olan göstəricilərdə hələ də arxa sıralarda olduğumuzu görəndə irəli göstəricilər məni elə də sevindirmədi... Ona görə də irəli göstəricilərin nələr olduğuna bu keçiddən http://www3.weforum.org/docs/WEF_GlobalCompetitivenessReport_2012-13.pdf  Sizlər özünüz   hesabata baxaraq görə  bilərsiniz.

12.10.12

Reklamda açıqlıq (aydınlıq) və sadəlik...

Bu yazını yazmağıma səbəb Türkiyənin mobil operator şirkəti AVEA-nın yayınladığı son reklam olmuşdur. Bundan əvvəl də bir neçə yerdə yazdığıım və oxunmasını məsləhət gördüyüm Robert Apdegraff-ın "Obvious Adams"  hekayəciyində  deyilənlərin işığında çəkilmiş reklamdır sanki...
"Obvious Adams" hekayəciyi 1916-cı ildə yazılmasına baxmayaraq hələ də öz güncəlliyini qorumaqdadır. Bu hekayəcikdə deyilənlərlə bunu əlaqələndirmək istərdim.

4.10.12

Korporativ satışda nə önəmlidir...?

Satışla əlaqədar yazılarımı oxuyan dəyərli oxucularım korporativ satışlar haqqında da oxumaq istəklərini dilə gətirmişdilər. Bunu nəzərə alaraq bu yazıda korporativ satışda nə önəmlidir, ən çox diqqət ediləcək nüanslar nədir bunun haqqında qısaca görüşlərimi paylaşacağam. Əslində korporativ satış haqqında kitab və məqalələrdə və xüsusilə bu mövzu ilə əlaqədar təlimlərdə qeyd ediləcək nüanslar ön plana çıxarılır. Ancaq bəzən mövzu daha geniş götürülür və bu zaman  daha vacib olan bu nüanslar mövzunun genişliyinin və çoxluğunun əzizliyinə uğrayır, diqqət cəlb etmir.
Korporativ satışdan bəhs edərkən istədim əvvəlcə bu istiqamətdə