Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

31.12.12

2012 il üçün qısa dəyərləndirmə və 2013 ab-havası!!!

Yola saldığımız 2012-ci ili bu məkan üçün uğurlu il hesab edirəm və təkan ili kimi qiymətləndirirəm! Bu il ərzində 90-a yaxın məqalə sığdırdı özünə bu məkan və müəyyən qədər də rəğbət qazandı! 2013- cü il bu uğurların kəmiyyət və keyfiyyətcə davamı ilidir! Ona görə də YENİ İLƏ MÜSBƏT AB-HAVA İLƏ girir bu məkan! Bu məkana nəzər salanlara, oxuyan və fikir söyləyənlərə YENİ İLDƏ MÜSBƏT YENİLİKLƏR arzulayıram! Yeni ildə görüşmək ümidiylə...!!!

27.12.12

Hoshin Kanri-dən stratejik idarəetməyə...

Bir neçə ay bundan əvvəl "Yapon idaerəetmə mədəniyyəti və idarəetmə prinsipləri" adlı yazımda Yaponların idarəetmə mədəniyyəti haqqında bəzi nüanslara toxunmuş və digər idarəetmə mədəniyyətlərindən fərqli tərəflərini göstərmişdim. Elə eyni məqalədə yaponların idarəetmə sahəsinə gətirdikləri bir sıra yeniliklərdən bəhs etmişdim. Bu yazıda idarəetmə həyatında olduqca önəmli olan və yenə Yaponiyada meydana çıxan Hoshin Kanri modelini qeyd etməyi unutmuşdum. Elə bu əksiklikdən istifadə edib bu idarəetmə prinsipi ilə əlaqədar bu yazıda təbii ki vaxtilə oxuduqlarımı sizlərlə paylaşacağam.

25.12.12

Akademik dəyərlər sistemi...

Akademik həyat təbii ki hər bir ölkənin gələcəyinin şəkilləndirilməsində əsas sahələrdən biridir. Ancaq akademik həyatın həqiqətən akademik olması şərti ilə... Bunun üçün isə  Akademik həyatın dəyərlər sistemi olmalıdır. Nədir bu dəyərlər?

Akademik ləyaqət: 
Akademik ünvanların layiqincə qazanılması, layiqincə verilməsi və istifadəsi, akademik sahədə kadrların, resursların düzgün, layiqincə seçilməsi. Bu seçimlərdə və təyinatlarda elmi uğurların əsas meyar kimi götürülməsi vacibdir.

20.12.12

Kassa önündə gözləməyə son...Alış-verişdə innovasiya...

Təqribən 4-5 ay əvvəl bloqda "Marketlərdə rəqəmsal marketinq və faydaları" adlı məqalədə alış-verişdə innovativ metodlardan olan rəqəmsal marketinqdən bəhs etmişdim. Məqalənin sonlarında isə artıq müəyyən sferalarda istifadə olunan QR kod sistemi ilə alış-veriş haqqında qısaca məlumat vermişdim. Bu yazımda maraqlı bir videonu- QR dəstəkli kredit kartları sistemi və bunların alış-verişdə tədbiqindən bəhs edən videonu sizlərlə paylaşmaq istədim.

19.12.12

Satış menecerlərinin satış sistemindən qaynaqlanan xüsusiyyətləri...

     Bundan öncəki yazımda satış menecerlərinin xüsusiyyətlərinin əsas iki hissəyə ayrıldığını qeyd etmişdim. Satış menecerlərinin şəxsi xüsusiyyətləri və fəaliyyət göstərdikləri satış sistemindən qaynaqlanan xüsusiyyətlər. Və elə həmin yazıda satış menecerlərinin şəxsi xüsusiyyətlərinin nələr olduğu haqqında düşüncələrimi paylaşmışdım. İndi isə satış menecerlərinin sistemdən qaynaqlanan xüsusiyyətlərinin nələr olduğu haqqında düşüncələrimi paylaşmaq istəyirəm ki mövzumuz yarımçıq qalmasın.

17.12.12

Satış menecerlərinin şəxsi xüsusiyyətləri nələr olmalıdır?...

    Satış sistemi nə olur olsun bu sahədə çalışan satış menecerlərinin xüsusiyyətlərini iki əsas hissəyə ayırmaq mümkündür. Bunlardan biri satış menecerlərinin şəxsi xüsusiyyətləridir. İkinci isə satış menecerinin sistemdən qaynaqlanan xüsusiyyətləridir ki növbəti yazılarda bunu da bloqda işıqlandıracağam. Bu yazıda isə Satış menecerinin şəxsi xüsusiyyətlərinin nələr olması haqqında düşüncələrimi Siz-dəyərli oxucularımla paylaşmaq istəyirəm.  Satış menecerlərinin satış sistemindən asılı olmayan şəxsi xüsusiyyətləri  əsas etibarilə aşağıdakılardan ibarət olmalıdır:

12.12.12

Qapalı bir cəmiyyətdə inkişaf ???

Yazılarımı təqib edən dostlar yəqin ki futurologiya sahəsinin maraq dairəmdə olduğunu görürlər. Xüsusilə bu sahədə yazılan ədəbiyyatlar hələ tələbə vaxtından mənə maraqlı gəlmişdir və davamlı bu mövzulardakı kitabları oxumağa üstünlük verirdim.  Səbəbi isə gələcəkyönlü iqtisadi-sosial inkişafda, təhsildə, idarəetmənin müxtəlif sahələrində ortaya şıxacaq yeniliklərin nələr olacağı və bunun həyatımıza necə təsir edəcəyi haqqında maraqlı nuanslarla tanış olmaq idi. İndi isə təkcə oxumaqla kifayətlənməyin düzgün olmadığını və bu istiqamətdə mütəmadi yazılar vasitəsilə oxucularımla düşüncələrimi paylaşmağı daha məğbul və faydalı olacağını düşünürəm. Məhz bu səbəbdən də dəyərli marketoloqlarımıza yönəlik bu ilin aprel ayında "Marketoloqlara məsləhət: Biraz da futuroloq olsunlar!" məqaləsini yazmışdım.

11.12.12

Gələcəyin şirkətlərində yeni vəzifələr...-2

Gələcəyin şirkətlərində yeni vəzifələr...-1 yazımın davamı...
Yuxarıdakı yazımda gələcəkdə şirkətlərdə hansı yeni vəzifələr olacağı barədə Dünya Futoroloqları Cəmiyyətinin (WFS)-nin gələcək yönlü təxminlərini yazmağa başlamış və uzun olmasın deyə tamamlamamışdım. İndi bəhs etmədiyim vəzifələrin nələr olduğunu da qısa şəkildə Sizə-dəyərli oxucularıma çatdırmaq istəyirəm.

10.12.12

Gələcəyin şirkətlərində yeni vəzifələr...-1

Bir neçə ay əvvəl 2020-ci ilə doğru gələcəyin ən çox qazandıracaq peşələrinin bir siyahısının qaynağını göstərərək qeyd etmişdim ki, bu 10 peşədən 9-u tibb sahəsi ilə əlaqədardır. Tək bir peşənin isə idarəetmə və marketinqlə əlaqədar olduğunu qeyd etmişdim. Bu da Bazar analitiki peşəsidir. Və elə həmin məqalədə bu peşə ilə əlaqədar düşüncələrimi paylaşmışdım.
İndi isə World Future Society-nin hesabatlarında yer alan gələcəyin şirkətlərində meydana çıxacaq vəzifələr haqqında yazmaq istəyirdim. Bu vəzifələr və ya işlər maraqlı olduğu qədər elə indidən üzərində düşünülməsi vacib işlərdir. Nədir bunlar? İstərdim bir neçəsi haqqında bəhs edim:

5.12.12

Pərakəndə müştərilərin (Mağazaların) satınalma səbəbləri nələrdir?

Bu yazıda yeni ildə satışa çıxacaq olan satış kitabımdan bir hissəni Siz-dəyərli oxucularıma təqdim etmək istəyirəm. Pərakəndə müştərilərin yəni pərakəndə ticarət obyektlərinin satınalma səbəbləri və bunun bilinməsi satış heyəti üçün çox əhəmiyyətlidir. Müştərilərinin staınalma səbəblərini təxmin edən və bilən satış adamları  müştəri ilə görüşmədə, təklifləri hazırlamaqda və təklif etməkdə, habelə sonrakı mərhələlərdə  öz işlərini asanlaşdırmış olurlar. Beləliklə pərakəndə ticarət obyektlərinin daha çox davaranış nöqteyi nəzərindən satınalma səbəblərini Siz -dəyərli oxucularıma çatdırmaq istəyirəm. Əsas satınalma məqsədləri haqqında isə gələcək yazılarda bəhs edəcəyəm.

3.12.12

Xəstəxanaların brendləşməsi...

Bu yazını yazmağıma səbəb son vaxtlar şəhərin müxtəlif yerlərində açıq hava reklam vasitələrindən biri olan billboard-larda müxtəlif həkim-ekspertlərin fərdi reklamlarıdır. Hətta öz həkimlərimizdən ziyadə digər ölkə həkimlərinin də artıq billboardlarda reklamları yer alır. Hətta artıq ayrı ayrı həkimlərin reklamları xəstəxana-klinika reklamlarını keçmək üzrədir. Bunun səbəbləri nədir? Xəstəxana və klinikalrımızın brendləşə bilməmələri! Brendləşə bilməmələrinin səbəbidir ki insanlarımız xəstəxana deyil, klinika deyil, həkim arayışındadırlar.