Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

5.12.13

Özünü Avropaya aid hesab edən ölkə və xalq...

2007-ci ildən demək olar ki hər il və bəzən ildə bir neçə dəfə qonşu Gürcüstanda oluram. Həmin ildən indiyədək həmişə müşahidə etdiyim bir nüans var ki hələ davam edir. Bu da digər ölkələrdən, xüsusilə də Azərbaycandan fərqli olaraq xalqı və hökümətiylə birlikdə Avropalı olmaq istəyidir...

Bəzən özlərini  italyanlara, bəzən ispanlara bənzədən (bunu müxtəlif zamanlarda müxtəlif gürcülərin dilindən eşitmişəm) gürcülər

3.12.13

Benzinin qiyməti, orta əmək haqqı, Qazaxstan və Azərbaycan...

Ölkədə benzinin qiyməti tarif şurasının qərarı ilə ortalama 33,5% qalxdı...
Bəzi müqayisəli rəqəmlər haqqında yazmazdan əvvəl dünyada müxtəlif ölkələrdə benzinin  indiki Noyabr 2013 qiymətləri haqqında bu keçiddən istifadə edərək baxa bilərsiniz: Global Petrol Prices.
İndi isə müxtəlif müqayisəli rəqəmlərlə Sizləri tanış edim.

Azərbaycanda benzinin qiyməti AI-92 70 qəpik= 0,90 USD, AI-95 isə 80 qəpik= 1,02 USD
Qazaxstan neft ölkəsi AI 92 - 117 Tenge=0,76 USD
Qazaxstanda artım cəmi 7 tenqe yani 110 tengeden 117 tengeye qalxmışdır ki bu da 7% artım deməkdir.

29.11.13

Bizim də "Chobani"miz və "Live your brand"-imiz olarmı?

Çox uzaqlarda olmasına baxmayaraq haqqında yazılanlar və müştəri kontakt nöqtələrindən sayılan internet səhifəsi, səhifədə yer verilən sloganlar, brend adına uyğun sadəlik,  və təbii ki daha bir Türkiyə kökənli təşəbbüskarın uğuru məndə illah da bu brendin müştərisi olmaq arzusunu yaratmışdır.
Amerikada entrepreneur.com -un həyata keçirdiyi maraqlı "Live your brand" layihəsi vardır. Bu layihə çərçivəsində uğur qazanmış Start-up-lardan tutmuş müxtəlif şirkətlər incələnməkdə və uğurlarının səbəbləri öyrənilməkdədir.

13.11.13

Pərakəndə sektoru virtuallaşır... Bəs bizdə?

Pərakəndə sektoru şirkətərinin günümüzdə sadəcə klassik xüsusiyyətləri ilə öz fəaliyyətlərini davam etdirməsi artıq getdikçə çətinləşir və bu da rəqabətqabiliyyətliliklərinə təsir edir. Bu sektorun inkişafına güc qatacaq yeni dalğa isə bilgi texnologiyaları və məhsullarından öz inkişafı üçün faydalanmaqdır.

SWOT analizdə həmişə texnologiya həm fürsət, həm də təhlükə, təhdit kimi  hər iki tərəfdə yer alan faktor xüsusiyyətini daşıyır. Səbəbi də texnologiyanın şirkətlərə həm fürsət, imkan qazandıracağı, həm də onlar üçün təhlükə və təhdit mənbəyi ola biləcəyi ilə əlaqədardır. Meydana çıxan texnolojik yenilikləri dəyərləndirmək, onları fürsət olaraq görüb təmin edəcəyi imkandan faydalanmaq lazımdır. 

1.11.13

Dördrəqəmli və bu kimi toplu SMS xidməti və CRM-ə münasibət...

Hər birimizə hər gün demək olar ki, heç istəmədiyimiz halda 4 rəqəmli SMS servislərindən və eyni xüsusiyyətli digər servislərdən gələn məsajlar olur. Bu təbii ki sürətli müştəri əlaqələri baxımından gərəklidir. Ancaq əgər əlaqə deyiriksə, ünsiyyət deyiriksə bunun əsas xüsusiyyəti qarşılıqlı olmasıdır. Gələn SMS xidmətlərini iki hissəyə ayırmaq mümkündür. Biri alıcının hər hansı bir şəkildə qarşı tərəflə istəyərək (hər hansı bir zamanda müştərisi olmuş  və ya anketini doldurmuş və s.) qurulan əlaqədən sonra gələn SMS qrubu, digəri isə heç bir şəkildə müxtəlif servis sağlayıcıların vasitəsiylə heç bir istək, tələb, əlaqə olmadan alınan SMS qrubu.

28.8.13

İntellekt matrisi və Vicdanın səsi...

Yenə uzun (mənə görə) fasilədən sonra Sizlərlə bir arada olmaq istədim. Son zamanlar bloqumuzda yazılar seyrəkləşmişdir. Ancaq onu deyim ki, bu vaxt ərzində müsbət istiqamətdə çox dəyişikliklər olub. Dəyişim, yenilik isə bildiyiniz kimi çox vacibdir. Son zamanlar dünya aləmdə də bir sıra dəyişikliklər baş verməkdədir. Və bunların çoxunda bir faktor, bir dəyərin yoxluğu görsənir ki bu da "VİCDAN"dır. Elə bu yazıda bu dəyərin günümüzdə əhəmiyyəti barədə biraz başqa istiqamətdən yol alaraq Sizlərlə paylaşmaq istədim.

14.8.13

Gələcək vəd edən ölkə: Qazaxstan...(1)

Bu ölkəyə ilk səyahətim 1998-ci ildə olmuşdur. Daha sonra da müxtəlif vaxtlarda yenidən bu və ona qonşu olan dövlətlərdə olmuşam. Və demək istərdim ki hər dəfəsində bu ölkədə müsbət istiqamətdə hansısa yeniliklərin şahidi olurdum. Təbii ki qonşu ölkələrdən fərqli olaraq real iqtisadi artım və inkişaf trendində olmuşdur. Digər qonşu ölkələrdən fərqli olaraq açıq iqtisadi siyasət yürütdüyünə görə  2008-ci ildə dünyada baş verən maliyyə böhranı bu ölkədən də kənar keçmədi. Ancaq çox qısa bir zamanda ölkə böhranla üzləşən digər dünya ölkələrindən fərqli olaraq yenidən iqtisadi artım tempinə keçməyi başarmışdır. Bəhs etdiyim ölkə Xəzərin şərq sahilindəki Qazaxstandır. Bu qısa girişdən sonra bu yazımın əsas məqsədinin bu ölkəyə olan son səyahətlərim zamanı eşitdiklərim, oxuduqlarım və əlbəttə ki gördüklərim haqqında düşüncələrimi paylaşmaqdır.

20.7.13

Şəxsi brendinq: real yoxsa virtual brendinq?

Yeni texnologiyaların yaratdığı fürsətlər çoxşaxəlidir. Bu yazımda istədim bu fürsətlərdən birinin üzərində dayanım. Yeni texnologiyaların inkişafı və həyatımıza daxil olması  hər bir sahədə həm  yeni fürsətlər və təbii ki bunun da yanında həm də təhditlər meydana çıxarmışdır. Elə buna görə də yeni texnologiyaların inkişafı nəticəsində bilavasitə və dolayı olaraq yaranan anlayışlara qarşı da ziddiyətli baxışlar mövcuddur.
 Yeni texnologiyaların inkişafı ilə meydana çıxan və həyatımıza daxil olan, bu və ya digər şəkildə həyatımıza təsir edən bu "fürsət" və ya "təhditlər "dən başlıcası sosial medya vasitələri olan sosial şəbəkələrdir. Artıq həyatın bütün sahələrində: siyasi, iqtisadi, sosial, mədəni, bədii yaradıcılıq, elm və təhsil və s. sahələrdə sosial şəbəkələrin rolu, təsiri və gücü danılmazdır. Bəli bu güc müəyyən qisim insanlar üçün fürsət, digər qisim üçün isə təhdit olaraq görülür. Və ya eyni təbəqə üçün bəzən təhdit, bəzən isə fürsət olaraq dəyərləndirilir və bu istiqamətdə də istifadə edilir.
Çox uzun olmasın deyə buradan mətləbə keçmək istəyirəm...

14.7.13

"Marketoloq biznesin həkimidir" loqo müsabiqəsi

Vaxtilə bloqda Azərbaycanda marketinqə olan baxış bucağından və Marketinq adıyla bağlı cəmiyyət, şirkət və fərdlərin(marketoloqların) demək olar ki fəaliyyətsizliyindən bəhs edən bir yazı qoymuşdum. Bu yazıda əsasən də Azərbaycan Marketinq cəmiyyətinə iradlarımı bildirmişdim. Və bu iradları şəxsən əlaqədar ünvanlara da söyləmişdim. Həm də söylədiyim ərəfə həmin ünvandan marketoloqların ilk forumuna birbaşa yaxından dəstək göstərildiyi ərəfə idi... Yəni hərəkət və faəliyyət artıq hiss edilirdi... İradları söyləməkdə isə haqlı olduğumu bilirdim... Çünki o yazıda da dediyim kimi Azərbaycanda marketinqin dünəni bu gündür, gələcəyinin isə bu gün olmaması üçün hər kəs, xüsusilə marketinq adını istifadə edib, bu adın arxasında müxtəlif "fəaliyyətlər və fəaliyyətsizliklər" göstərənlər daha çox çalışmalıdır... 

11.7.13

İl yarı oldu... dəyişdirdiklərimiz necə?

Əziz oxucularım yəqin xatırlayar ki 2013-cü il girərkən "Yeni ildə nələri dəyişməliyik?" adlı yazı yazmışdım və o yazıda bəzi dəyişikliklər etməyi məsləhət etmişdim. Artıq il yarı oldu... Dəyişdirdiklərimiz necə bəs? Oldumu nə qədər oldu? Nəticələri nə oldu? Doğrusu mənim keçən yarım ildə dəyişdirdiklərim çox oldu və bütün dəyişikliklərdən yalnız və yalnız fayda gördüm. Xüsusilə bu keçən yarım ildə çox sayda məsləkdaşla tanış olub network-ümü artırdım və gücləndirdim. 

4.7.13

Müştərinin tövsiyyə edəni daha dəyərlidir...

Çoxdandır ki uzunmüddətli istifadə mallarından birini almağı planlaşdırıram və demək olar ki hər gün bununla əlaqədar müxtəlif istifadəçilərin fikirlərini öyrənir, qarşılaşdırıram. Bu istifadəçilərin bir qismi istifadə etdikləri əşyadan çox razılıq edir və tövsiyyə edirsinizmi soruşarkən də tərəddüdsüz "əlbəttə" deyirlər. Bəziləri isə razılıq etsələr də tövsiyyə etməkdə tərəddüd edir və ya etmirlər. Bir qisim istifadəçilər isə sadəcə "belə
 də" deməklə kifayətlənirlər ki burada demək olar  tövsiyyə yoxdur. Təbii ki istifadə etdikləri əşyadan razı qalmayan və eyni zamanda heç tövsiyyə etməyənlər də var...

13.6.13

Elmi məqalələrin yazılmasında IMRAD qaydası...

Yeni texnologiyaların yaratdığı fürsətlər müxtəlif istiqamətlərdə dəyərləndirilir. Bunlardan biri də yazdığımız, fikirlərimizi paylaşdığımız bloqlardır. Böyük əksəriyyət (əgər doğrudursa) kimi mən də nə qədər də yazının çap formatını bəyənsəm və istifadə etmək istəsəm də, zamanımızın çoxu kompyuter önündə keçdiyi üçün bunu istədiyimiz ölçüdə təbii olaraq bacarmırıq. Online informasiya mənbələri və bloqlar artıq bu ehtiyacın müəyyən hissəsini qarşılamaqdadır.

Bloqlara gəlincə, təbii ki müxtəlif sahələrə aid, müxtəlif mövzularda bloqlar vardır. Nə qədər bloqda yazılan yazılar kiçik həcmli olmalıdır, sıxıcı olmamalı, oxumağa başlaması ilə bitməsi sürəci qısa və mövzudan uzaqlaşmalar olmamalıdır, birnəfəsə oxunmaldır kimi qeyri-rəsmi qaydalar olsa  da bəzi bloqlar xüsusilə elmi xarakterli yazılar məkanıdır. Buna görə də belə yazıların elmi yazı prinsiplərinə söykənməsi və ya bundan istifadə etməsi daha məqsədəuyğun olar.

7.6.13

Şirkətlərimizin təlim və təlimçi seçmə problemi və təlim bazarı...

Ölkəmizdə müxtəlif sahələrdə şirkət sayının artması, 15-20 il fəaliyyət göstərən şirkətlərimizin böyüməsi artıq şirkətlərdə müxtəlif sahələrdə kadr çatışmamazlığının mövcudluğunu daha açıq şəkildə üzə çıxarır. Şirkətlər artıq professional idarəetməyə yönəlirlər və ya yönəlmək istəyindədirlər. Professional idarəetmənin əsas bazası professional kadrların hazırlığı və kadrların inkişaf etdirilməsidir.  Müxtəlif ixtisaslar üzrə ali təhsil nəzəri baxımdan burada təməl rol oynamağına baxmayaraq, iş həyatında nəzəriyyə və praktikanın çox zaman fərqli xüsusiyyətlərə malik olduğu üçün nəzəri bilgilər çox əksik və effektsiz qalır. Burada təhsil ocaqlarımızda tədris edilən proqramlarda biznes sferasının tələb etdiyi və praktikaya dayanan mövzuların olmaması, əksərən köhnə nəzəri və istifadə arenası olmayan mövzuların işlənməsidir.

3.6.13

Hadisələrə "ceteris paribus"la baxaq...

Müəyyən bir hadisə, müşahidə obyekti və sair haqqında fikir söylədiyimiz vaxt yaxşı olardı ki, heç olmasa "ceteris paribus" prinsipiylə hərəkət edək. İqtisadi bir termin olan və latınca mənası "digər faktorların sabit qalması, dəyişməməsi şərti ilə" deməkdir. İqtisadi termin olsa da burda formul yazaraq bunu açıqlamaq istəmirəm. Təməl iqtisadi bilikləri olanlar bundan xəbərdardır.
Mən ceteris paribus prinsipi ilə  məhz ictimai həyatda  bir hadisəni müşahidə edərkən, onun haqqında fikir söylərkən heç olmasa bunu nəzərə almağı məsləhət görərdim. Bir hadisəyə, baş verən bir dəyişikliyə müxtəlif faktorlar səbəb ola bilər.

27.5.13

Dünya dəyişir: 2020-ci ilin ən böyük 10 iqtisadiyyatı

Dəyərli bloq oxucularımı Beynəlxalq Maliyyə Fondunun (IMF) 2020 və daha sonrakı dönəmlər üçün ön sürdüyü maraqlı dəyişikliklərlə tanış etmək istəyirəm.
IMF-Euromonitor araşdırma və təxminlərinə görə 2020 və sonrakı 10 illiklərdə iqtisadi coğrafiyada güc mərkəzləri dəyişəcəkdir. Böyük umudlarla qurulan Avropa Birliyi iqtisadi cəhətdən geriləmə xəttindədir. Geriləmə trendi daha əvvəldən başlasa da  2010-cu il ilə 2020-ci ildə dünyada ən iri iqtisadiyyata sahib ölkələr sırasından artıq Avropa ölkələri arxa pillələrə düşməkdə, bəziləri isə ümumiyyətlə siyahıdan çixmaq üzrədirlər. Bu geriləmə trendinin daha sonrakı 10 illiklərdə isə daha sürətlə gedəcəyi də söylənir. 2030-cu illərdə Türkiyənin də ən böyük iqtisadiyyatlardan birinə sahib olacağı təxmin edilməkdədir.  Bəs Avropa ölkələrini hansı dövlətlər əvəz edəcək? Bu suala cavab vermək üçün elə aşağıdakı cədvəl və grafiklərə nəzər salsaq aydınca görə bilərik:

22.5.13

2013 üçün TOP 10 İdarəetmə texnikaları və trendləri...

Hər hansı bir sahədə professionallığın yüksəlməsinin ən önəmli yollarından biri də həmin sahəyə aid dünyada baş verən yenilikləri, trendi izləmək, müqayisəli analiz etmək və mümkün olduğunca maksimum səviyyədə bunlardan öyrənərək, istifadə edərək, tətbiq etməyə çalışmaqdır.  

İdarəetmə sahəsində bu cür trendləri və araşdırmaları edən şirkətlərdən biri araşdırma və konsaltinq xidməti göstərən Bain&Company konsaltinq şirkətidir. Yazılarımızı davamlı təqib edən dəyərli oxucularım xatırlayar ki keçən ilin əvvəllərində Top 10 İdarəetmə texnikləri adlı yazımda bununla əlaqədar məlumatlar vermişdim. Burada adı qeyd olunan şirkət tərəfindən 2011 üçün hazırlanmış hesabat haqqında informasiyaları paylaşmışdım.

21.5.13

Satışların təxmini və önəmi...

Satışların təxmini, satışların idarə edilməsinin və ümumiyyətlə idarə etmənin ən çətin sahələrindən biridir. Çox idarəetməçilər düşünürlər ki, onlar çox gözəl təxminləmə apara bilirlər. Ancaq təxminlər çox zaman alt-üst olmaqda və şirkət və idarəçilər üçün ağır nəticələrə gətirib çıxarmaqdadır. 
Marketinq quruları hələ də təxminləmənin bir elm və ya sənət olması haqqında mübahisə edirlər. Deyə bilərik ki, təxminləmə hem bir elm, həm də bir sənətdir.

Təxmin- fəaliyyətlərin nəticəsini təyin etməyə çalışan ehtimalların ve ekspert rəylərinin fəaliyyətin özünün həyata keçirilmə yolu və trendi və ya gözlənən nəticələrin rəqəmlərlə ifadə edilməsidir. Təxminlər qısa-müddətli (adətən 3 aylıq zaman ərəfəsini), orta müddətli (normalda 1 vəya 2 ili əhatə edən) və uzun müddətli (3 ildən çox müddət) olmaqdadır. 
Bazarın təxmini, əldə olan informasiyanın nə qədər düzgün olmasına baxmayaraq, marketoloqların ən çətin vəzifələrindən biridir. Mal və xidmətlər istehsalına qoyulacaq investisiyalara bazar təxminlərinə dayanaraq qərar verilməkdədir.

16.5.13

Milli Marketinq Forumu...

Hər bir sahənin irəliləyişi, inkişafı həmin sahə ilə əlaqədar qurum və şəxslərin: ixtisas sahiblərinin, sahə akademisyenlərinin, praktik iş təcrübəsi olanların,  sahənin PROBLEMLƏRİ-ni görüb həlli istiqamətində   nəzəri və PRAKTİK bilgilərini dilə gətirərək, qarşılıqlı müzakirə və PAYLAŞMA-dan çox asılıdır. Dilə gətirilməyən problem, PROBLEM olaraq qalır, dilə gətirilirsə PRAKTİK həlli yolları düşünülür və bu həll yolları ilə əlaqədar  bilgi və informasiyaları PAYLAŞMAQ isə həmin bilgi və informasiyaların  istifadə  arenasını genişləndirir... Bu isə əlaqədar sahədə yer alan bütün iştirakçıların inkişafına xidmət edir.

7.5.13

Ölkədə elmin inkişafı haqqında görüşlər...

Bir əvvəlki bloq yazımda elmi jurnalistika haqqında yazmışdım. Bu sahənin ölkəmizdə hansı səviyyədə olduğu haqqında fikirlərimi paylaşmışdım. Ümumiyyətlə akademik sahənin içində olduğum üçün bu sahədəki problemlər və çıxış yolları məni həmişə düşündürür. Elmi jurnalistika haqqında fikirlərim də bundan qaynaqlanmışdır. Ancaq daha sonra düşündüm ki bu elmin inkişafı üçün eşitdiyim, oxudğum və gördüklərimdən bu sahə haqqında mütəmadi yazılarla çıxış edim. Elə buna görə də bu yazıda da ümumi olaraq elmin inkişafı ilə əlaqədar "eşitdiklərim, oxuduqlarım, gördüklərim" silsiləsindən bəzi fikirlərimi paylaşmaq istədim.

4.5.13

Elmi jurnalistikamız nə yerdədir?

Jurnalistika dedikdə təbii ki ilk öncə yazılı və sözlü KİV jurnalistikası ağlımıza gəlir. Bu normaldır, ancaq  jurnalistikada bir sahə də elmi jurnalistika sahəsidir. Bu yazıda məhz elmi jurnalistikanın bu günü və gələcəyi barədə fikirlərimi bölüşmək istədim.
Digər jurnalistika sahələrində  mütəxəssis və elə yazılı mətbuat baxımından problem keyfiyyətdə olsa da kantitativ baxımdan bu sahələr "inflyasiyadadır" deyə bilərik. Təəssüf ki jurnalistikanın ənənəvi sahələrində bu kantitativ çoxluq keyfiyyətə hələ yansımayıbdır. Ancaq elmi jurnalistika sahəsində məhz hələ ikincinin yetərsizliyi hökm sürür. Keyfiyyətin hər sahədə müqayisə və rəqabətdən doğmasını nəzərə alsaq, rəqabətə və ya onun şiddətinə isə həmin sahədə iştirakçı sayının kifayət qədər çox olması təsir edir.

2.5.13

İdarəetmədə McKinsey 7S modeli...

Dəyərli oxucularım xatırlayar ki, "İdarəetmədə sistem anlayışı" adlı  bundan əvvəlki yazımda sistem mexanizmi və sistemi əmələ gətirən faktorlar, açıq və qapalı sistem və sistem elementlərindən bəhs etmişdim. Və növbəti yazıda İdarəetmədə McKinsey-in 7S modeli haqqında yazacağımı bildirmişdim.

Bu model haqqında yazmadan əvvəl demək istərdim ki ümumiyyətlə idarəetmə, iqtisad və ya digər müxtəlif sahələrdə irəli sürülən problem və həll yolları əsasən sistem anlayışı içində ələ alınmış və irəli sürülmüşdür.

25.4.13

İdarəetmədə sistem anlayışı...1

"Sistematik düşüncə tərzi"  başlıqlı yazıda sistem anlayışının hər sahədə mövcudluğundan qısaca bəhs etmiş və  müxtəlif sahələrdə sistem anlayışının tədbiqindən yazacağımı bildirmişdim.  Bu yazıda idarəetmədə sistem anlayışından qısaca bəhs etmək istərdim.
Əvvəlcə  idarəetmə ilə əlaqədar aldığım bakalavr və magistr təhsilim zamanı və idarəetmənin müxtəlif qollarına aid proqramlarda ən çox qarşılaşdığım ümumi idarəetmə sistemi mexanizmi haqqında qısaca giriş verməyi uyğun görürəm.

20.4.13

İctimai insiativlik və nümunəsi...

Demokratik dəyərləri, prinsipləri həmişə ya okeanın o tayında ya da qərbi Avropada axtarırıq. Ancaq nə qədər uzaq olsaq da bizimlə müəyyən dövr eyni şərtlərdə, sistemdə yaşamış, ancaq bu sistemdən yaxalarını qurtaran kimi,  digər sovet cümhuriyyətlərindən fərqli olaraq şüurda və əməldə demokratik prinsipləri mənimsəmiş baltikyanı dövlətləri heç izləmirik.

15.4.13

Xidmətdə sərhəd varmı?

Türkiyədə "Hizmette sınır yok" deyə bir  deyimin-anlayışın mövcud olduğunu yəqin ki çoxlarımız eştmişik. Və bu deyim-anlayış təbii ki bəzi istisnaları saymasaq demək olar ki real olaraq hər sahədə mövcuddur. Bu ölkədəki xidmət anlayışı barədə vaxtilə "Satışın və xidmətin tək ölkəsi" adlı bloq yazımda yazmışdım. Bu günlərdə bunu sübut edəcək daha bir "uygulamaya", reklam vasitəsiylə tanış oldum. Reklam olsa da inanıram ki, həqiqətən arxasında real fəaliyyət, uygulama var! Və bu işin, bu xidmətin reklamıdır bu!

11.4.13

Sistematik düşüncə tərzi haqqında...

Çoxdandır bloqda  sistematik düşüncə tərzi haqqında yazı yazmaq istəyirdim. Bu mövzunun geniş və faydalı olduğunu qəbul edib tək yazı halında deyil, sislsilə yazılar olmasına qərar verdim. Bu ilk yazıda sizlərə sistem və sistematik düşünmə tərzi nədir, sistematik düşünmənin faydaları və sistematik düşüncənin həyatın müxtəlif sahələrində tədbiqinə aid nümunələrlə başlamaq istəyirəm. Digər yazılarda artıq sistematik düşüncənin sırf iqtisadiyyat, siyasət, idarəetmənin müxtəlif sahələrində, marketinq, satış sahəsində istifadəsi və bunun faydaları haqqında yazmağı planlayıram.

5.4.13

Sosial medya və online etiket qaydaları...

Günümüzdə sosial medya vasitələri ilə şəxsi və biznes əlaqələrinin qurulması geniş vüsət aldığına görə, hər bir sahədə olduğu kimi burada da effektli nəticələr əldə etmək üçün online etiket və sosial medya tələb və qaydalarını bilmək və uyğun hərəkət etmək vacibdir.

 Hər hansı bir görüş və ya kütləvi tədbirlərdə təbii ki əlaqə qurmaq və davam etdirmək üçün vizitkartlar dəyişdirilir. Artıq vizitkartların çoxunda ənənəvi əlaqə yollarından (telefon, fax, e-mail) əlavə kart sahibinin Facebook, Linkedin, Twitter, şəxsi səhifə və ya bloq, Rusya, Qazaxstan, Ukrayna kimi ölkələrdə VKontakte ünvanları da göstərilir.

2.4.13

Araşdırma şirkətlərinin zəif tərəfləri...

Bu qısa yazını Qlobal araşdırma şirkətlərindən biri olan və ümumiyyətlə araşdırma şirkətləri sıralamasının ilk 5-liyində yer alan, 100-dən artıq ölkədə fəaliyyət göstərən və 12000-dən artıq çalışanı olan alman kökənli GfK “Gesellschaft für Konsumforschung" şirkətinin Ukrayna ofisindəykən yazıram.  Şirkətin əməkdaşı ilə bir proekt çərçivəsində müəyyən müzakirələr apardıqdan sonra bunları yazmaq fikrinə gəldim.
Araşdırma ilə əlaqədar öz ölkəmizdə və Türkiyə, Ukrayna, Qazaxstan, Gürcüstanda fəaliyyət göstərən global və yerli şirkətlərlə sıx əlaqədə olduğum və müəyyən proektlərdə faəliyyətləri ilə tanış olduğum üçün bu yazdıqlarıma tamamilə onların fəaliyyətləri nəticəsində qənaətə gəlmişəm.

24.3.13

Satışın yekunlaşdırılması mərhələsində satış menecerləri nələr etməlidirlər?


Satış menecerlərinin təqdimatı bitirdikdən və ortaya çıxan etirazları cavablandırdıqdan sonra növbəti atacaqları addım satışı nəticələndirmək, yekunlaşdırmaqdır. Satışın yekunlaşdırılması metodları ilə əlaqədar çox sayda kitablar mövcuddur. Satış menecerlərinin satışı yekunlaşdırmaqda qarşılaşdığı problemlər haqqında bu cür kitablardan məlumat əldə etmək mümkündür. Satışı yekunlaşdırmağa mane olan əsas faktorlardan biri, bu addımdan öncəki addımları uğurla həyata keçirməməkdir.

12.3.13

Intel çipləri və Maslow ierarxiyası...

Intel şirkətinin baş futuroloqu Steve Brown: "Dünya artıq beşölçülü (boyutlu) dünya olmaq üzrədir". Internet və digitallaşma (rəqəmsallaşma) dünyanı artıq beşölçülü dünya halına gətirməkdədir. Beşinci ölçü(boyut) data, informasiyadır. Artıq əşyaların fiziki halından başqa digital halı da önəmli olmağa başlayır. Hər hansı bir şəhərdə otel otağının, restorandakı bir masanın, mağazadakı bir geyim əşyasının  və s. fiziki mövcudluğundan başqa bir də digital (rəqəmsal) mövcudluğu vardır.

5.3.13

Marketinq Araşdırmaları bazarları haqqında...

Bu yazıda dəyərli oxucularımla ölkəmiz də daxil olmaqla bir neçə ölkənin Marketinq Araşdırmaları bazarı və iştirakçıları haqqında düşüncələrimi paylaşacağam. Yazıya başlamadan əvvəl yaxın ölkələrin Marketinq Araşdırmaları bazarı haqqında bəzi statistik bilgilər vermək istəyirəm.
Rusiya marketinq araşdırmaları bazarının həcm imüxtəlif qaynaqlar tərəfindən təqribən 300 mln. dollar olaraq göstərilməkdədir. Bu isə adambaşı marketinq araşdırma xərcinin 2 dollara yaxın olduğunu göstərir. Ukraynada marketinq araşdırmaları bazarının həcmi isə təqribən 40-45 mln. dollar olduğu haqqında məlumatlar var.

28.2.13

Xan Akademiyası: Qlobal virtual məktəb...

Bilgi çağının yaratdığı dəyərlər! kimilər üçün informasiya və bilik əldə etmək üçün fürsət, kimilər üçün əyləncə, kimilər üçünsə zamanın boşa xərclənməsidir... Bilgi çağının dəyərlərindən olan internet (belə desəm səhv etmərəm yəqin ki...) və internetin yaratdığı müxtəlif vasitələrin ən çox istifadə sahəsi məhz akademik sahədir. Sol kənarda Khan Academy rəsmini görənlər düşünməsinlər ki bu academi "XAN"lar üçündür və s. 
Bir qədər müəyyən statistik rəqəmlərlə sizləri tanış etdikdən sonra yazının əsas məqsədinə keçiş edəcəyəm.

19.2.13

Etnoqrafik araşdırma nədir? Nələr öyrənilir?

Marketinq araşdırmaları ilə əlaqədar EKSPERT TV-dəki silsilə suallara cavabları bloqdan və qaynağından oxuyan dəyərli oxucularıma çox hörmətli İlkin müəllimin "Etnoqrafik araşdırma haqqında" yazısını da oxumağı tövsiyyə edirəm. İlkin müəllimin bu araşdırma metodunun müsbət tərəflərinə toxunması təqdirə layiqdir. Etnoqrafik araşdırma nədir və nələr öyrənilir bu haqda aşağıdakıları da nəzərinizə çatdırmaq istərdim:

13.2.13

Vizyonsuzlaşma və səbəbləri...

Dəyərli oxucularım yəqin ki xatırlayar keçən yazıda "Azadlıq və inkişaf..." haqda yazmışdım. İnsanların fürsət, şans və şərtlərə hakim olmasının onların inkişafına dəstək olacağı bunlara malik olmaq üçün isə azad olmalarını dilə gətirmişdim. Bəli, bu iki anlayış bir biri ilə müttəfiqdirlər, biri əldə edildiyi vaxt digəri də artar! Və eyni zamanda real olaraq bu xüsusların olması qeyri müəyyənliyi azaldır və nəticədə insanların gələcək istiqamətində düşüncə və görüşlərinin formalaşmasına şərait yaradır. Məhz  bu fikirlərdən yola çıxaraq bu yazıda "Vizyon"la əlaqədar qısa düşüncələrimi paylaşmaq istədim.

11.2.13

Azadlıq və inkişaf...

İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir.

Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədiyini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir.

4.2.13

Təcrübə önəmlidir, ancaq...

"Bir defa ben tecrübeye inanmam. Neden? Son 10 yılda olan deyişiklikler, son 2 bin yılda olan deyişikliklərdən daha fazla. Şayet 30 yıllık bir mühendis "Benim tecrübelerim var" derse ve eskide kalmışsa o aradaki tecrübe bir işe yaramaz. Amerikada öyle bir konuşma yaptım, sonunda bin kişi ayağa kalktı ve beni alkışladı. Ancak öncesinde eşim beni uyardı, "yapma, rezil olacaksın" dedi ve toplantıya gelmedi. Ama izleyenler ayakta alkışlayınca baktım ki eşim de dışarıda tebrikleri kabul ediyor." -
 İşadamı Şarık Tara. ("Capital" dərgisi-Fevral, 2013 sayından)
Təcrübənin, praktikanın iş həyatında önəmli olduğu haqqında təbii olaraq hər zaman fikirlər irəli sürülür. Bu fikirlər əlbəttə müəyyən bir işi yerinə yetirmək üçün, o işlə əlaqədar daha öncələri rastlanan problem və həll yollarından qazanılan təcrübənin və istifadəsinin önəmliliyini ifadə edir.

26.1.13

Ukrayna: İqtisadiyyatın siyasətə qurban edildiyi ölkə...

Bir neçə gündür iş səyahəti məqsədilə Sovetlərin ən zəngin respublikalarından biri olmuş Ukraynadayam. Ukraynaya ilk səyahətim 1998-ci ildə olmuşdur. Həmin vaxt İstanbulda işlədiyim  qaynaq elektrodları və telləri istehsal edən bir şirkət üçün paslanmaz polad alımı məqsədilə İstanbul Texnik Universitetinin professoru Kutsal Tülbentçi və Yıldız Texnik Universitetdə marketinq müəllimim olan  Prof.Dr İbrahim Kırcova ilə səyahət etmişdim. Bu səyahət zamanı Kiyev, Dnepropetrovsk, Donetsk, Krivoy-Roq və Zaporojye şəhərlərində olmuşdum. Dəyərli hocalarım nə gözəl bir ölkə kişili qadınlı, böyüklü kiçikli hər kəsin üzündən nur yağır deyirdilər...

22.1.13

Satışda etirazları cavablandırmaq yolları...

 
             
Müştərinin etirazının əsaslı olduğunu öyrəndikdən sonra etirazların öhdəsindən gəlməniz, yəni müştərinin məmnuniyyətini təmin etməklə etirazı düzgün şəkildə cavablandırmağınız lazımdır. Etirazların öhdəsindən gəlmək üçün istifadə edəcəyiniz üsullardan bəziləri bunlardır:

19.1.13

Satışda etirazlarla iş silsiləsindən-2

      Etirazlarla işləmək qaydası nədir?
Etirazlar ortaya çıxdığı zaman necə davranmaq və hansı cavabları vermək lazımdır? Etirazları fürsətə necə çevirmək mümkündür? Satış menecerləri öz işlərinin çətin və stresli tərəflərindən biri olaraq həmişə müştərinin etirazlarını, onların dilə gətirdikləri problemləri cavablandırmağı göstərirlər. Buna görə də aşağıda müştəri etirazları ilə işləmək qaydalarını addımlarla göstərmək satış menecerləri üçün faydalı olacağı qənaətindəyəm.

17.1.13

Satışda etirazlarla iş silsiləsindən...-1


Bloqu izləyən dəyərli oxucularım yəqin ki fərqindədirlər ki, bloqda yer verdiyim son yazılar əsasən ümumi və cəmiyyətin inkişafı istiqamətində olan yazılardır. Uzun müddətdir ki, satış haqqında yazılara ara vermişdik. Ancaq bu sahədə olan oxucuların davamlı istəyini və maraqlarını nəzərə alaraq yenidən satışla əlaqədar yazılara davam etmək istəyirəm. Əvvəlki yazıları incələdiyim zaman gördüm ki, satışda ən maraqlı mövzulardan biri və eyni zamanda   çətin  mövzu kimi qəbul edilən "Etirazlarla iş" mövzusuna aid yazı yoxdur. Ona görə də yaxında çıxacaq olan satış kitabımdan bu mövzu haqqında müəyyən hissələri bir neçə yazı ilə Siz-dəyərli oxucularımla paylaşıram.

16.1.13

Məslək-i solidarizm...

Çoxdandır bu mövzuda bloqda bir yazı yazmaq  istəyirdim. Və nəhayət bəzi hadisələr məni  bunu yazmağa bir növ tətikləmiş oldu. Yazıya başlamadan əvvəl böyük türkçu Ziya Gökalpın  bir deyiminə burda yer vermək istədim: 

"Bir cemiyetin dahilinde birtakım tabakaların yahut sınıfların bulunması, dahilî müsavatın bulunmadığını gösterir. Binaenaleyh, halkçılığın gayesi, tabaka ve sınıf farklarını kaldırarak, cemiyetin birbirinden farklı zümrelerini, yalnız işbölümünün doğurduğu meslek zümrelerine hasretmektedir. Yani halkçılık, felsefesini bu düstûrda icmal eder: Sınıf yok meslek var!" Ziya Gökalp


 Bu düşüncə, Emile Durkheim tərəfindən irəli sürülən bir düşüncənin : Cəmiyyətdə həmrəyliyin yaranmasının əsas bazası  kimi məsləki solidarizm -peşə həmrəyliyinin yaranması və yayılmasının cəmiyyətin rifahına müsbət təsir göstərəcəyi düşüncəsinin davamıdır.

14.1.13

Davamlı inkişaf və kənd təsərrüfatı...

                                                                 "ECOLIFE" dərgisində yayınlanan növbəti məqaləm...


         Cəmiyyətin inkişafının təkcə iqtisadi nöqteyi nəzərdən deyil, eyni zamanda ictimai, insani və ətraf mühitə görə də dəyərləndirilməsi vacibdir. Buna görə də 1970-ci illərdə ənənəvi inkişaf anlayışı bu istiqamətdəki tənqidi fikirlər və tələblər nəzərə alınaraq dəyişməyə başlamışdır. Ənənəvi inkişaf anlayışı öz yerini ətraf mühit, təbii resurslar və insani tərəfi ələ alınaraq daha geniş bir anlayış olan davamlı inkişaf anlayışına vermişdir. Ümumiyyətlə inkişaf nəzəriyyələrində iki əsas problem ön planda olmuşdur. Birinci problem inkişafın hansı faktorlardan asılı olması, ikinci isə mövcud istehsal faktorlarının optimal bölüşdürülməsinin necə təmin olunacağı problemidir. Davamlı inkişafda isə iqtisadi fəaliyyətlərin insan inkişafına və ətraf mühitə necə təsir edəcəyi əhəmiyyət qazanmışdır.

10.1.13

Marketoloqlar üçün Etik(əxlaqi) Normalar və Dəyərlər...


Marketinqdə əxlaq normaları və dəyərləri mövzusu vaxtaşırı marketoloqlar tərəfindən müzakirə obyektinə  çevrildiyini görürük. Əxlaqa uyğun olmayan marketinq fəaliyyətləri, reklam yayınları, istehlakçıları aldatma və s. kimi narazılıqlar həmişə ortaya çıxmış və təbii ki çıxacaqdır. Consumerism hərəkatlarının başlanması da elə bu narazılıqların etiraz səsi kimi yaranmış və inkişaf etmiş cəmiyyətlərdə önəmli rol oynayır. 

Consumerism və Azərbaycanda vəziyyət  barədə "Konsumerizm (Consumerism) nədir? Azərbaycanda konsumerizm niyə aşağı səviyyədədir?"  adlı bloq yazımda vaxtilə qısa fikirlərimi paylaşmışdım. 

9.1.13

İqtisadi artım və İqtisadi inkişaf...

Bəzən müxtəlif mənbələrdə iqtisadi artım (economic growth) və iqtisadi inkişafı (economic development)  birbirlərinin əvəzinə istifadə edildiyini görürəm. Bu yazını yazmaqda məqsədim, bu iki anlayışın nə qədər bir birinə yaxın və bir biriylə iç-içə olsa da aralarında kəskin fərqlərin olduğu haqqında təbii ki iqtisadi elmə əsaslanaraq bilgi və fikirlərimi paylaşmaqdır. Öncə "artım" və  "inkişaf" anlayışlarının iqtisadi tərəfini sonraya saxlayıb sırf bu anlayışların ümumi izahını vermək istərdim.

8.1.13

Marketinq və satışda elmi müşahidənin önəmi...

 Nə qədər  müşahidələr pozitiv elmlərin dayağını təşkil etsə də sosial elmlərdə də müşahidə çox önəmli faktordur. Ümumiyyətlə son illərdəki iş həyatımda satış və marketinq sahəsində araşdırma və analizlərlə iç-içə olduğum üçün məhz bu sahələrdə müşahidə bacarığının önəmini görmüş və qəbul etmişəm. Müşahidə elmi metodikanın demək olar ki ilkin mərhələsidir. Hər hansı gerçək bilgiləri əldə etmək üçün ilkin etapda müşahidə etmək lazımdır. Müşahidə nəticəsində hipotez irəli sürülür. Hipotezlər bir təklif, öngörüdür. Hipotezlər doğru və yanlış ola bilər.

7.1.13

Bilgi paylaşdıqca artar...!!!

Oxucuların çoxu yəqin ki səhifəyə girişdə  "Bilgi və sevgi paylaşdıqca artar!" sloqanına rast gəliblər! Təbii ki bloqda yazılan və paylaşılan hər bir yazı dəyərli oxucularla məhz bu sloqanın stimulu və tələbinə uyğun olmalıdır. Yəni bilgi paylaşılmalıdır ki artsın...! Sloqandakı ikinci paylaşılan dəyər olan sevgi haqqında isə bloqumuzun mövzularından biri olan satışla əlaqədar yazdığım  "Satışda bilgi ve sevgi..."  adlı məqalədə bəhs etmişdim.

1.1.13

Yeni ildə nələri dəyişdirməliyik?


Yeni il gəldi, xoş gəldi! Yeni ilin ilk günündə yazılan yazı da yeni illə bağlı olarsa yerinə düşər deyə fikirləşdim.
Yeni ilə yeniliklə başlamaq, yeniliklə davam etmək yeni ilin haqqını verməkdir. Yoxsa ki yeni il gəlir deyə sevinib, şadlanıb amma yenilik etməmək, müsbət istiqamətdə dəyişikliklər etməmək məqsədsiz və içi boş şadyanalıqdan, sevincdən başqa bir şey deyildir!!!
 Heç bir dəyişiklik gözləmiriksə və ya özümüz heç bir dəyişiklik etməyəcəyiksə sevinməyə nə halət?

Yeni ildə nələri dəyişməliyik?