Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

13.6.13

Elmi məqalələrin yazılmasında IMRAD qaydası...

Yeni texnologiyaların yaratdığı fürsətlər müxtəlif istiqamətlərdə dəyərləndirilir. Bunlardan biri də yazdığımız, fikirlərimizi paylaşdığımız bloqlardır. Böyük əksəriyyət (əgər doğrudursa) kimi mən də nə qədər də yazının çap formatını bəyənsəm və istifadə etmək istəsəm də, zamanımızın çoxu kompyuter önündə keçdiyi üçün bunu istədiyimiz ölçüdə təbii olaraq bacarmırıq. Online informasiya mənbələri və bloqlar artıq bu ehtiyacın müəyyən hissəsini qarşılamaqdadır.

Bloqlara gəlincə, təbii ki müxtəlif sahələrə aid, müxtəlif mövzularda bloqlar vardır. Nə qədər bloqda yazılan yazılar kiçik həcmli olmalıdır, sıxıcı olmamalı, oxumağa başlaması ilə bitməsi sürəci qısa və mövzudan uzaqlaşmalar olmamalıdır, birnəfəsə oxunmaldır kimi qeyri-rəsmi qaydalar olsa  da bəzi bloqlar xüsusilə elmi xarakterli yazılar məkanıdır. Buna görə də belə yazıların elmi yazı prinsiplərinə söykənməsi və ya bundan istifadə etməsi daha məqsədəuyğun olar.

7.6.13

Şirkətlərimizin təlim və təlimçi seçmə problemi və təlim bazarı...

Ölkəmizdə müxtəlif sahələrdə şirkət sayının artması, 15-20 il fəaliyyət göstərən şirkətlərimizin böyüməsi artıq şirkətlərdə müxtəlif sahələrdə kadr çatışmamazlığının mövcudluğunu daha açıq şəkildə üzə çıxarır. Şirkətlər artıq professional idarəetməyə yönəlirlər və ya yönəlmək istəyindədirlər. Professional idarəetmənin əsas bazası professional kadrların hazırlığı və kadrların inkişaf etdirilməsidir.  Müxtəlif ixtisaslar üzrə ali təhsil nəzəri baxımdan burada təməl rol oynamağına baxmayaraq, iş həyatında nəzəriyyə və praktikanın çox zaman fərqli xüsusiyyətlərə malik olduğu üçün nəzəri bilgilər çox əksik və effektsiz qalır. Burada təhsil ocaqlarımızda tədris edilən proqramlarda biznes sferasının tələb etdiyi və praktikaya dayanan mövzuların olmaması, əksərən köhnə nəzəri və istifadə arenası olmayan mövzuların işlənməsidir.

3.6.13

Hadisələrə "ceteris paribus"la baxaq...

Müəyyən bir hadisə, müşahidə obyekti və sair haqqında fikir söylədiyimiz vaxt yaxşı olardı ki, heç olmasa "ceteris paribus" prinsipiylə hərəkət edək. İqtisadi bir termin olan və latınca mənası "digər faktorların sabit qalması, dəyişməməsi şərti ilə" deməkdir. İqtisadi termin olsa da burda formul yazaraq bunu açıqlamaq istəmirəm. Təməl iqtisadi bilikləri olanlar bundan xəbərdardır.
Mən ceteris paribus prinsipi ilə  məhz ictimai həyatda  bir hadisəni müşahidə edərkən, onun haqqında fikir söylərkən heç olmasa bunu nəzərə almağı məsləhət görərdim. Bir hadisəyə, baş verən bir dəyişikliyə müxtəlif faktorlar səbəb ola bilər.