Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

20.7.13

Şəxsi brendinq: real yoxsa virtual brendinq?

Yeni texnologiyaların yaratdığı fürsətlər çoxşaxəlidir. Bu yazımda istədim bu fürsətlərdən birinin üzərində dayanım. Yeni texnologiyaların inkişafı və həyatımıza daxil olması  hər bir sahədə həm  yeni fürsətlər və təbii ki bunun da yanında həm də təhditlər meydana çıxarmışdır. Elə buna görə də yeni texnologiyaların inkişafı nəticəsində bilavasitə və dolayı olaraq yaranan anlayışlara qarşı da ziddiyətli baxışlar mövcuddur.
 Yeni texnologiyaların inkişafı ilə meydana çıxan və həyatımıza daxil olan, bu və ya digər şəkildə həyatımıza təsir edən bu "fürsət" və ya "təhditlər "dən başlıcası sosial medya vasitələri olan sosial şəbəkələrdir. Artıq həyatın bütün sahələrində: siyasi, iqtisadi, sosial, mədəni, bədii yaradıcılıq, elm və təhsil və s. sahələrdə sosial şəbəkələrin rolu, təsiri və gücü danılmazdır. Bəli bu güc müəyyən qisim insanlar üçün fürsət, digər qisim üçün isə təhdit olaraq görülür. Və ya eyni təbəqə üçün bəzən təhdit, bəzən isə fürsət olaraq dəyərləndirilir və bu istiqamətdə də istifadə edilir.
Çox uzun olmasın deyə buradan mətləbə keçmək istəyirəm...

14.7.13

"Marketoloq biznesin həkimidir" loqo müsabiqəsi

Vaxtilə bloqda Azərbaycanda marketinqə olan baxış bucağından və Marketinq adıyla bağlı cəmiyyət, şirkət və fərdlərin(marketoloqların) demək olar ki fəaliyyətsizliyindən bəhs edən bir yazı qoymuşdum. Bu yazıda əsasən də Azərbaycan Marketinq cəmiyyətinə iradlarımı bildirmişdim. Və bu iradları şəxsən əlaqədar ünvanlara da söyləmişdim. Həm də söylədiyim ərəfə həmin ünvandan marketoloqların ilk forumuna birbaşa yaxından dəstək göstərildiyi ərəfə idi... Yəni hərəkət və faəliyyət artıq hiss edilirdi... İradları söyləməkdə isə haqlı olduğumu bilirdim... Çünki o yazıda da dediyim kimi Azərbaycanda marketinqin dünəni bu gündür, gələcəyinin isə bu gün olmaması üçün hər kəs, xüsusilə marketinq adını istifadə edib, bu adın arxasında müxtəlif "fəaliyyətlər və fəaliyyətsizliklər" göstərənlər daha çox çalışmalıdır... 

11.7.13

İl yarı oldu... dəyişdirdiklərimiz necə?

Əziz oxucularım yəqin xatırlayar ki 2013-cü il girərkən "Yeni ildə nələri dəyişməliyik?" adlı yazı yazmışdım və o yazıda bəzi dəyişikliklər etməyi məsləhət etmişdim. Artıq il yarı oldu... Dəyişdirdiklərimiz necə bəs? Oldumu nə qədər oldu? Nəticələri nə oldu? Doğrusu mənim keçən yarım ildə dəyişdirdiklərim çox oldu və bütün dəyişikliklərdən yalnız və yalnız fayda gördüm. Xüsusilə bu keçən yarım ildə çox sayda məsləkdaşla tanış olub network-ümü artırdım və gücləndirdim. 

4.7.13

Müştərinin tövsiyyə edəni daha dəyərlidir...

Çoxdandır ki uzunmüddətli istifadə mallarından birini almağı planlaşdırıram və demək olar ki hər gün bununla əlaqədar müxtəlif istifadəçilərin fikirlərini öyrənir, qarşılaşdırıram. Bu istifadəçilərin bir qismi istifadə etdikləri əşyadan çox razılıq edir və tövsiyyə edirsinizmi soruşarkən də tərəddüdsüz "əlbəttə" deyirlər. Bəziləri isə razılıq etsələr də tövsiyyə etməkdə tərəddüd edir və ya etmirlər. Bir qisim istifadəçilər isə sadəcə "belə
 də" deməklə kifayətlənirlər ki burada demək olar  tövsiyyə yoxdur. Təbii ki istifadə etdikləri əşyadan razı qalmayan və eyni zamanda heç tövsiyyə etməyənlər də var...