Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

28.8.13

İntellekt matrisi və Vicdanın səsi...

Yenə uzun (mənə görə) fasilədən sonra Sizlərlə bir arada olmaq istədim. Son zamanlar bloqumuzda yazılar seyrəkləşmişdir. Ancaq onu deyim ki, bu vaxt ərzində müsbət istiqamətdə çox dəyişikliklər olub. Dəyişim, yenilik isə bildiyiniz kimi çox vacibdir. Son zamanlar dünya aləmdə də bir sıra dəyişikliklər baş verməkdədir. Və bunların çoxunda bir faktor, bir dəyərin yoxluğu görsənir ki bu da "VİCDAN"dır. Elə bu yazıda bu dəyərin günümüzdə əhəmiyyəti barədə biraz başqa istiqamətdən yol alaraq Sizlərlə paylaşmaq istədim.

14.8.13

Gələcək vəd edən ölkə: Qazaxstan...(1)

Bu ölkəyə ilk səyahətim 1998-ci ildə olmuşdur. Daha sonra da müxtəlif vaxtlarda yenidən bu və ona qonşu olan dövlətlərdə olmuşam. Və demək istərdim ki hər dəfəsində bu ölkədə müsbət istiqamətdə hansısa yeniliklərin şahidi olurdum. Təbii ki qonşu ölkələrdən fərqli olaraq real iqtisadi artım və inkişaf trendində olmuşdur. Digər qonşu ölkələrdən fərqli olaraq açıq iqtisadi siyasət yürütdüyünə görə  2008-ci ildə dünyada baş verən maliyyə böhranı bu ölkədən də kənar keçmədi. Ancaq çox qısa bir zamanda ölkə böhranla üzləşən digər dünya ölkələrindən fərqli olaraq yenidən iqtisadi artım tempinə keçməyi başarmışdır. Bəhs etdiyim ölkə Xəzərin şərq sahilindəki Qazaxstandır. Bu qısa girişdən sonra bu yazımın əsas məqsədinin bu ölkəyə olan son səyahətlərim zamanı eşitdiklərim, oxuduqlarım və əlbəttə ki gördüklərim haqqında düşüncələrimi paylaşmaqdır.