Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

29.11.13

Bizim də "Chobani"miz və "Live your brand"-imiz olarmı?

Çox uzaqlarda olmasına baxmayaraq haqqında yazılanlar və müştəri kontakt nöqtələrindən sayılan internet səhifəsi, səhifədə yer verilən sloganlar, brend adına uyğun sadəlik,  və təbii ki daha bir Türkiyə kökənli təşəbbüskarın uğuru məndə illah da bu brendin müştərisi olmaq arzusunu yaratmışdır.
Amerikada entrepreneur.com -un həyata keçirdiyi maraqlı "Live your brand" layihəsi vardır. Bu layihə çərçivəsində uğur qazanmış Start-up-lardan tutmuş müxtəlif şirkətlər incələnməkdə və uğurlarının səbəbləri öyrənilməkdədir.

13.11.13

Pərakəndə sektoru virtuallaşır... Bəs bizdə?

Pərakəndə sektoru şirkətərinin günümüzdə sadəcə klassik xüsusiyyətləri ilə öz fəaliyyətlərini davam etdirməsi artıq getdikçə çətinləşir və bu da rəqabətqabiliyyətliliklərinə təsir edir. Bu sektorun inkişafına güc qatacaq yeni dalğa isə bilgi texnologiyaları və məhsullarından öz inkişafı üçün faydalanmaqdır.

SWOT analizdə həmişə texnologiya həm fürsət, həm də təhlükə, təhdit kimi  hər iki tərəfdə yer alan faktor xüsusiyyətini daşıyır. Səbəbi də texnologiyanın şirkətlərə həm fürsət, imkan qazandıracağı, həm də onlar üçün təhlükə və təhdit mənbəyi ola biləcəyi ilə əlaqədardır. Meydana çıxan texnolojik yenilikləri dəyərləndirmək, onları fürsət olaraq görüb təmin edəcəyi imkandan faydalanmaq lazımdır. 

1.11.13

Dördrəqəmli və bu kimi toplu SMS xidməti və CRM-ə münasibət...

Hər birimizə hər gün demək olar ki, heç istəmədiyimiz halda 4 rəqəmli SMS servislərindən və eyni xüsusiyyətli digər servislərdən gələn məsajlar olur. Bu təbii ki sürətli müştəri əlaqələri baxımından gərəklidir. Ancaq əgər əlaqə deyiriksə, ünsiyyət deyiriksə bunun əsas xüsusiyyəti qarşılıqlı olmasıdır. Gələn SMS xidmətlərini iki hissəyə ayırmaq mümkündür. Biri alıcının hər hansı bir şəkildə qarşı tərəflə istəyərək (hər hansı bir zamanda müştərisi olmuş  və ya anketini doldurmuş və s.) qurulan əlaqədən sonra gələn SMS qrubu, digəri isə heç bir şəkildə müxtəlif servis sağlayıcıların vasitəsiylə heç bir istək, tələb, əlaqə olmadan alınan SMS qrubu.