Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

4.9.14

Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında ölkəmizin mövqeyi: müsbət və mənfi faktlar...

İki gün əvvəl Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hazırlanmış 2014-2015-ci illər üçün 144 ölkəni əhatə edən Qlobal Rəqabətqabiliyyətlilik hesabatı açıqlanmışdır. Təqribən iki il əvvəl 2012-2013-cü illər üçün açıqlanmış hesabat haqqında "Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış" adlı yazımda həmin dövrə aid olan maraqlı göstəricilər haqqında fikirlərimi bölüşmüşdüm. İndi  həmin dövrün göstəricilərinə də nəzər salaraq yeni hesabatda açıqlanmış göstəricilər haqqında fikirlərimi Sizlərlə bölüşmək istərdim.
İlköncə necə deyərlər aysberqin görünən üzünü qeyd edək: Ölkəmiz bu son Qlobal Rəqabətqabiliyyətlilik hesabatında 144 ölkə arasında 39. yerdə mövqelənmişdir. İki il əvvəl ümumi göstəricilər sıralamasında yerimiz 46 idi. Təbii ki bu yüksəlişə sevinmək olar. Ümumi sıralamada ildən ilə yüksəlmək sevindirici haldır. 
Ancaq bu yüksəlişin səbəbi nəyə bağlıdır deyə incələdiyimiz zaman və ya ümumiyyətlə hesabatdakı göstəriciləri bütünlüklə incələrsək görərik ki, ələ alınan çox sayda önəmli faktorlarda elə də irəliləyiş  yoxdur və ya çox azdır.