Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

15.10.14

Qlobal Korporativ Davamlılıq Prinsipləri...


(ECOLIFE dərgisində yayınlanmış məqaləm)
“Davamlılıq” anlayışı son XX əsrin sonlarından başlayaraq müxtəlif sahələrdə ən önəmli və aktual anlayışlardan biri olmuş və çağımızda da öz aktuallığını qorumaqdadır. Davamlılıq mövzusu makro və mikro səviyyədə müxtəlif  quruluş və araşdırmaçılar tərəfindən fərqli apektlərdən daimi incələnən bir mövzudur.  Mövzunun aktuallığını nəzərə alaraq bu yazımızda “Birləşmiş Millətlər Qlobal Anlaşma”da yer alan Qlobal korporativ davamlılılq prinsiplərindən bəhs etmək istəyirəm.
Ən son 2013-cü ildə qəbul edilən və yayınlanan “Unated Nations Global Compact”, müxtəlif  biznes dairələrinin, müxtəlif qurum və quruluşların, biznes sferasındakı cəmiyyətlərin öz fəaliyyətləri və yaxın və uzaq ətraf mühitlə əlaqələrində 10 əsas prinsipi qəbul etməsi və bu prinsipləri qorumasından ibarətdir.
Bu anlaşmada ön görülən 10 prinsip dörd ana istiqaməti əhatə edir: 1. İnsan haqqları, 2.Əmək münasibətləri, 3. Ətraf mühit, 4. Korrupsiyaya qarşı mübarizə. Bu dörd ana istiqamətdə yer alan 10 prinsip isə aşağıdakılardır:

14.10.14

"Bazar gücü və tənzimlənmələri analizi..."

Bu il iqtisadi sahədə Nobel qazanan "Bazar gücü və tənzimlənmələri analizi" ilə fransız iqtisadçı Jean Tirole oldu. Jean Tirole1980-lərdən sənayə idarəetməsi sahəsində müxtəlif akademik çalışmalar ortaya qoyan iqtisadçıdır.

 Mükafat sahibi iqtisadçı bu analizində nə və necə yol göstərir? Əvvəlcə qeyd etmək lazımdır ki, iqtisadçı bu analizin müxtəlif sektorlara tədbiqini mümkün saymaqdadır. İqtisadçıların diliylə desək əslində bu analizdə "Görünməz əl" prinsipinə müdaxilə etməyin faydaları göstərilir. Çalışma  dövlət dəstəkli, "sektor sahibi" və ya "təbii monopol" şirkətlər və şirkət birləşmələrinin tənzimlənməsi prinsipini müdafiə edir. 

Bu və ya digər şəkildə Bazar gücü (Sektor gücü) əldə etmiş şirkətlərin monopol və/vəya oligopol gücündən dolayı maliyyət endiriminə yetərli istəklərinin olmadığına diqqət çəkən iqtisadçı bunun sektorda məsələn innovasiya kimi rəqabətyaradıcı amillərin qarşısını aldığını müdafiə edir. Qısaca bu mənfi nəticələr səbəbiylə bu cür böyük güclər üçün müəyyən tənzimləmələrin olmasını gərəkli sayır. 

Əslində bu Nobel ödüllü çalışma kiçik miqyaslı da olsa günümüz Azərbaycan iqtisadi həyatı üçün də aktualdır. Ancaq burada tənzimləyici və tənzimlənən rolunu daşıyanların ayrılması mütləqdir...! İqtisadi idarəetmədə yer alan iqtisadçılarımızın bu teorini ələ alaraq təkliflər irəli sürməsi diləyi ilə...

11.10.14

Təbiətdən gələn gözəllik və sağlamlıq qaynağı

Bu gün çox maraqlı günlərdən biri oldu... Türkiyə və Azərbaycanda fəaliyyət göstərən NLG şirkətinin dəvəti ilə Ramada otelində düzənlənmiş "Talya bitkisel ürünlerinin tanıtımı" tədbirinə qatıldım. Hər şeydən öncə çox dəyərli dostumuz, tələbə yoldaşımız Lalə xanım Həsənovaya dəvəti üçün təşəkkür edirəm. İki ölkədə çox uğurlu biznes fəaliyyətlərini yürüdən gənc iş xanımı Lalə xanıma uğurlarının davamını diləyirəm Təbiətdən gələn gözəllik və sağlamlıq qaynaqlı məhsulları ilə Azərbaycan istehlakçılarından qazandığı rəğbət və sevginin daim olmasını arzulayıram.