Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

30.12.14

2014 ili hesabatım və 2015-ci ilə addım...

Bəli beləcə bir ili daha başa vururuq... Fikrimcə hər şəxs heç olmasa ildə bir dəfə də olsa özü üçün bir hesabat olmasa belə, elədiklərinin və eləmədiklərini qələmə almalıdır... Mən də bu minvalla bu ildə elədiklərimi yazıb, eləmədiklərimə isə 2015-ci ildə özümdə reallaşdırmaq istəyinin oyanması və Allahın köməkliyini diləyirəm... Təbii ki mən burada hər kiçik nüansı deyil, elədiklərimin aid olduğum cəmiyyət və onun alt sistemləri üçün faydalılığını əsas alaraq yazıram. 

Bu il nələr elədik...
- Müxtəlif qurum, təşkilat və şəxslərin istəyi ilə10-dan çox ödənişsiz seminar və təlimlər verərək, gənclərimizlə bilgi paylaşımında bulunduq...
- Keçən illərə nisbətən bloq yazılarımın sayı azalsa da bu il də bloq yazılarıma davam etdim və çalışdım ki maraqlı və işlənməmiş mövzulara toxunaraq oxucularımla fikir paylaşımı edim. Və nəticəsində çoxlu maraqlı "feedback"lər aldım ki bu da bir daha daxili motivasiyamızı gücləndirərək düzgün istiqamətdə olduğumuzu təsdiqləməkdədir. 
- Bu ildə "Ecolife" dərgisinin bəzi sayılarında yazılarla çıxış etdim.
- Ölkənin qabaqcıl təhsil qurumlarının ikisindən birində bakalavrda, digərində isə MBA pilləsində dərslərim oldu... Bütün tələbələrimə fürsətdən istifadə edərək 2015-ci ildə uğurlar arzulayıram.
- Çalışdığım şirkətdə funksiyalarımdan əlavə olaraq mərkəzdə və bölgələrdə 20 grupdan çox - bu da 300 nəfərə yaxın Satış və Satışdan sonra xidmət heyətinə satış və müştəri xidməti mövzularında təlim verdim.
- Çalışdığım şirkətdə Stokholm Economy School uzunmüddətli təlim layihəsi çərçivəsində komandalardan birinə mentorluq etdim və bu komanda nəticədə layihələr müsabiqəsində birinci yeri qazanmışdır.
- Bu il Almanyaya Business tour çərçivəsində xüsusilə Pərakəndə sektorunun xüsusiyyətləri, pərakəndəcilikdə yeniliklər, EUROSHOP sərgisində iştirak, Europe Retail Academy və Food Acadmy ilə tanışlıq-də seminar və müzakirəldə bulunmaq fürsəti əldə etdim. Europe Retail Academy qurucusu ilə dostluğumuz yarandı və əlaqələrimiz davam edir.
- Müxtəlif şirkətlərdən gələn təlim və konsultasiya tələblərini də vaxt darlığı olsa da qarşılamağa çalışdım. Tələblərini vaxt məhdudiyyəti ilə əlaqədar geri çevirdiyim şirkət və şəxslərin bunu anlayışla qarşılayacaqlarını ümid edir və gələcək ildə əməkdaşlıq fürsətini dəyərləndirəcəyimi bildirirəm.
- Təbii ki sayını deyə bilməyəcəm, amma sosial şəbəkələr vasitəsilə və birbaşa müraciət edən çox sayda gənclərimizin  təhsilləri, iş həyatı, seçimləri istiqamətində məsləhət ehtiyaclarını can-i könüldən və səmimiyyətlə qarşılamağa da çalışmışam. Hər birinə növbəti ildə uğurlar!
-Bir layihə çərçivəsində bölgələrimizin birində "Kiçik biznes fəaliyyətləri və biznes planın hazırlanması" ilə əlaqədar 4 gün 40-a yaxın vətəndaşımıza təlim verdim...Bu layihə çərçivəsində təlimçilər üçün vəsait olaraq eyni adlı kitabçam bu layihəni maliyyələşdirənlər tərəfindən elə bu ay çap edilmişdir...
- Çox hörmətli jurnalist aparıcı dostumuzun dəvəti ilə bir neçə verilişdə iqtisadi və marketinq mövzularında İTV-də çıxışlarım oldu...
- Çoxdandır üzərində işlədiyim bir kitabımı yekunlaşdırma mərhələsinə çatdırdım və inşallah 2015-ci ildə işıq üzü görməsi üçün çalışacağam.
- Təbii ki dostları da unutmayaq... Müxtəlif zamanlarda dostlarla maraqlı görüşlərimizdən də həzz aldım. 
Beləliklə mən 2014-cü ili məhsuldar və maraqlı il olaraq dəyərləndirsəm, ilin haqqını vermiş olaram düşüncəsindəyəm...

Etdiklərimiz edəcəklərimizin qarantiyasıdır...!!!

2015-ci ildə özümə və hər kəsə potansiallarımızın reallaşdırılmasını diləməklə, Yeni ilin uğurlu keçməsini arzulayıram!

25.12.14

Vətəndaş elmi nədir və biznesdə yeri...

İnformasiya cəmiyyətinin yaratdığı çox sayda anlayışlar mövcuddur. Bunlardan biri də yeni anlayış kimi qəbul edilən "Vətəndaş elmi"-"Citizen Science"dir. Bu anlayış 2014-cü ildə lüğətlərə girmiş, ancaq praktik olaraq həmişə mövcud bir anlayışdır. Bəzən bu anlayış "civic science", "crowd science", "networked science"  olaraq, "mülki elm", "kütlə (camaat, grup, topluluq) elmi", "şəbəkə elmi" və s. kimi də işlədilir. 

Bu anlayış, ənənəvi elm-in müəyyən bir teorik çərçivələndirmə tələbindən çıxaraq, hər hansı bir sahənin elm adamlarının, professionallarının araşdırma və yanaşmasından ziyadə, kütlənin içindən peşəkar olmayan, həvəskar və könüllü araşdırmaçıların  bu istiqamətdəki fəaliyyətlərini əhatə edir.

11.12.14

Yenə iş dünyası-akademik dünya əməkdaşlığı haqqında...

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq Kafedrasının və Marketing klibunun dəvəti ilə  "Araşdırma və Analiz mövzusunda" seminarımız oldu... Əvvəlcə buradan seminara dəvət edən və seminarın təşkilində əməyi keçən hörmətli müəllim və gələcəyin marketoloqları olan gənclərə öz təşəkkürümü bildirirəm.  

Həm seminara qatılım, maraq, həm də seminar sonrası hörmətli kafedra müdiri Telman müəllim və digər müəllimlə görüş və söhbətimizdən həqiqi mənada həzz aldım! Sevinirəm ki ən köklü akademik ocaqlarımızın birində mütərəqqi düşüncəli və gənclər üçün faydalı işlər görən müəllim-insanlarımız var!
 Hər birinə işlərində və təhsillərində uğurlar...!!! Seminar gedişatında və sonrasında çox aydın şəkildə görünürdü ki, akademik həyatla-iş həyatı arasında bizdə uçurumlar var! Marketinq diliylə desək hər iki sahə bu "GAP"-larını artıq görməli və aradan qaldırmağa çalışmalıdırlar. Bu istiqamətdə ASEU Marketinq kafedrasının gələcəkyönlü fikirlərini və fəaliyyətlərini alqışlayıram. 

9.12.14

Dəyişikliklərin idarə edilməsi...


Bloqumuzu izləyən oxucularımız yəqin xatırlayarlar ki, həm 2012, həm də 2013 üçün Bain&Company tərəfindən araşdırılıb hazırlanan TOP 10 idarəetmə texnikalarının hansılar olduğu haqqında yazılarımız vardı... Bu yazımda həmin siyahıda yer alan və bununla da hələ də öz aktuallığını və önəmini qoruyan "Change Management"-"Dəyişikliklərin İdarə edilməsi" idarəetmə texnikası haqqında qısa da olsa sadə bilgi paylaşımı etmək istədim.

7.12.14

Araşdırma etikası...

İdarəetmənin hər sahəsində etikanın, etik dəyərlərin yeri və önəmi danılmazdır. Biznes etika bu gün ayrıca dərs kimi tədris olunmaqdadır. Şirkətlər öz korporativ kodekslərinə etik qaydalar əlavə edirlər. Şirkətlərdə,  mikro və makro mühit faktorlarına, o cümlədən çalışanlarına, müştərilərinə və cəmiyyətə qarşı məsuliyyətlər toplusu çox zaman əməl olunmasa da hazırlanmaqdadır. Mən bu yazımda uzun illər marketinq araşdırmaları sahəsində lokal və beynəlxalq araşdırma şirkətləri ilə daim əməkdaşlıqda olmuşam.  İşə yanaşma və etika sahəsində müxtəlif bənzərliklər və fərqliliklərin şahidi olmuşam.

3.12.14

Məhsuldarlıqda rol oynayan amillər...

İqtisadi artım və inkişaf mövzusunda öz sözünü demiş ekonomistlərdən biri Nobel ödüllü Robert Solow-dur ki, mən də irəli sürdüyü tezislərlə daha çox razılaşıram. Neo-klasik iqtisadi artım modelini irəli sürən ekonomist uzun illər 1950-ci ildən bu sahədə müxtəlif çalışmalarıyla meydandadır. 1987-ci ildə də elə iqtisadi artım mövzusundakı çalışmalarına görə Nobel mükafatı almışdır. Solow artım modelində, ən sadə dillə desək texnolojik inkişaf diqqətə alınır və iqtisadi artım sürətinin texnolojik inkişaf sürəti və əhali artım sürətinin birlikdə toplamına bərabər olması tezisi müdafiə olunur. 

1.12.14

İdarəetmə şəffaflığı...

Hansı sahədə olur olsun, baş verən proseslərin, fəaliyyətlərin izlənməsi üçün şəffaflıq vacib şərtlərdən biridir.  Maddi və maddi olmayan resursların daha effektiv idarə olunmasında da               şəffaflıq önəmli bir faktordur. Sistemli idarəetmə yanaşması da yenə şəffaflıq tələb edir.

Əvvəlki yazılarımızda  birində  idarəetmədə sistem anlayışı  haqqında yazmışdım. Sistem, input, process, output, daxil olanlar, proses və nəticə-əldə olunanlardan ibarət olan və daim onlara təsir edə biləcək xarici faktorlarla birlikdə incələnən bir yanaşma tərzidir.