Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

18.2.15

Ya həp, ya heç...iqtisadi cızmaqaralar...-1

Yarıaçıq və ya yarı bağlı iqtisadiyyat ola bilməz... Ya həp, ya heç...
Real sektoru güclü olmayan ölkələr öz ölkəsinin olmasa da (öz ölkəsində önəmli bir inkişaf səviyyəsində olmasa da) digər ölkə, ölkələr toplusu və ya beynəlxalq mali sektordan mütləq surətdə təsirlənəcəkdir... 
Sənayedə- real sektorda diversifikasiya olmalıdır... ya həp, ya heç... Birtərəfli, təksektorlu, təkbölgəli iqtisadi inkişaf yoxdur... ya həp, ya heç...
1960-70-ci illərin İdxal əvəzləyici sənayeləşmə strategiyası iqtisadi inkişafa tam deyil, yarımçıq və keçici dəstək olur... İdxal əvəzləyici sənayeləşmə kiçik ölkələr üçün səciyyəvi və təsirli deyil... ya həp, ya heç...

9.2.15

Əlavə dəyər yaratma yolları...

Şirkətlərin həyatlarının hər mərhələsində əsas məqsədləri qazanc əldə etməkdir. Bu istiqamətdə inkişaf tempində olan şirkətlərdə çətinliklər az olsa da və ya daha az hiss edilsə də demək olar ki, bütün şirkətlərdə müxtəlif zamanlarda qeyd edilən əsas məqsədi əldə etmədə bir tıxanıqlıq yaranır  və  ya azalma meyli göstərir. Bu tıxanıqlıq və azalmanın həlli pərakəndə fəaliyyətlərlə deyil, konseptual yanaşma və böyük çərçivəni görməkdən asılıdır.  Xüsusilə böhran dönəmlərində və kəskin rəqabət şəraitində şirkətlər problemlərə daha stratejik və konseptual baxmalıdırlar. Bu yazıda qazanc əldə etmə istiqamətində əlavə dəyər yaratma yollarından bəhs etmək istəyirəm. Və bunu aşağıdakı şəkil vasitəsilə göstərərək aydınlaşdırmaq fikrindəyəm:

28.1.15

"Sınaq müddəti"- kimin üçün?

Şirkətlərin yeni işçilərin qəbul edilməsi zamanı çox zaman tanıdıqları "3 aylıq (və ya hər hansı bir müddət)  sınaq müddəti" haqqında qısaca fikirlərimi paylaşmaq istədim. Yazının başlığında da gördüyünüz kimi  "kimin üçün?"  sualını verərək bu olaya fərqli tərəfdən yanaşmaq istədim. Bəli, əlbəttə ki işə götürənlə işə götürülən arasındakı razılaşmalarda sınaq müddəti daha çox işə ehtiyacı olan tərəfə məsuliyyət yükləməkdədir.
 Ancaq mən qısaca burada ikinci tərəf olan şirkətlərin də eyni zamanda bir sınaqdan keçdiyini artıq qəbul etmələrini istəyirəm. İşçiyə tanınan o sınaq müddəti eyni zamanda ümumilikdə şirkətin, onun hansısa bölümünün və ya daha irəli getsək ona rəhbərlik edəcəklərin "sınaq müddəti" kimi də yanaşılmasının faydalı olacağı bilinməlidir.

23.1.15

Masabaşı araşdırma yolları...

Bildiyiniz kimi ölkəmizin ali təhsil ocaqlarından birində "Biznes araşdırmaları" dərsini tədris edirəm. Dərs slaydlarımı incələdiyim zaman əslində bloqda da paylaşılacaq məlumatların varolduğunu hiss elədim. Buna görə də müəyyən aralıqlarla dərs mövzularımı əhatə edən məlumatları da Siz oxucularımla paylaşmağı nəzərdə tuturam...  Bu yazıda Masabaşı araşdırma (Desktop research)  ilə əlaqədar, xüsusilə özümün də bilavasitə istifadə etdiyim yollardan bəhs edəcəyəm. Məhz fikrimcə lokal araşdırma şirkətlərimizin də zəif və inkişaf etdirmələri lazımlı əsas istiqamətlərdən biri də budur. Və qeyd etmək istəyirəm ki bu  yazıda məqsəd detallı açıqlama deyil, istiqamətverici fikir paylaşımıdır.

12.1.15

Marketinqdə səmimiyyət ili...

2015-ci ilə başladıq.. həm də gözəl başladıq... 2015-ci ilə aid olduğumuz bir qrupun, bir camianın səmimi ab-havası, səmimi bir mühiti ilə başladıq... Bu məni sevindirir və ili bu minvalla ruh yüksəkliyi ilə davam edəcəyimizə inanıram... Və sevinirəm ki, bu ildə bloqumuzun ilk yazısı da məhz bu gözəl ab-hava ilə yazılır...

Günümüzdə network və bunun əsasında yaranan və yüksələn qarşılıqlı faydalı əməkdaşlıqlar, hansı platformada həyata keçirilməsindən asılı olmayaraq bir reallıqdır. Və həm də hər hansı bir istiqamətdə gələcək yönümlü atılmış addımlardır. 

Peşə sahələri baxımından Facebook sosial şəbəkəsində yer alan qruplar arasından Marketinq Azərbaycan qrupu 6200-dən çox üzvü ilə və ölkənin demək olar ki hər sahədən şirkət nümayəndələrini əhatə etməsi ilə seçilməkdədir. İki gün əvvəl aid olduğum qrupumuzun 3 illiyi münasibəti ilə, həm də yeni ilə yeni ab-hava ilə başlamamız səbəbi ilə gözəl qeyri-rəsmi, SƏMİMİ bir mühitdə tədbirimiz keçirildi... Tədbirdə açılışda uzun-uzadı danışmaq lüzumsuz olduğu üçün orada ürəyimdən keçib demək istədiyim, ancaq az toxunub, tam deyə bilmədiyim bəzi nüansları Sizlərlə paylaşmaq istədim... Oxuyan gözlər var olsun!