Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...
12.10.15
18.2.15
Ya həp, ya heç...iqtisadi cızmaqaralar...-1
Yarıaçıq və ya yarı bağlı iqtisadiyyat ola bilməz... Ya həp, ya heç...
Real sektoru güclü olmayan ölkələr öz ölkəsinin olmasa da (öz ölkəsində önəmli bir inkişaf səviyyəsində olmasa da) digər ölkə, ölkələr toplusu və ya beynəlxalq mali sektordan mütləq surətdə təsirlənəcəkdir...
Sənayedə- real sektorda diversifikasiya olmalıdır... ya həp, ya heç... Birtərəfli, təksektorlu, təkbölgəli iqtisadi inkişaf yoxdur... ya həp, ya heç...
1960-70-ci illərin İdxal əvəzləyici sənayeləşmə strategiyası iqtisadi inkişafa tam deyil, yarımçıq və keçici dəstək olur... İdxal əvəzləyici sənayeləşmə kiçik ölkələr üçün səciyyəvi və təsirli deyil... ya həp, ya heç...
9.2.15
Əlavə dəyər yaratma yolları...
Şirkətlərin həyatlarının hər mərhələsində əsas məqsədləri qazanc əldə etməkdir. Bu istiqamətdə inkişaf tempində olan şirkətlərdə çətinliklər az olsa da və ya daha az hiss edilsə də demək olar ki, bütün şirkətlərdə müxtəlif zamanlarda qeyd edilən əsas məqsədi əldə etmədə bir tıxanıqlıq yaranır və ya azalma meyli göstərir. Bu tıxanıqlıq və azalmanın həlli pərakəndə fəaliyyətlərlə deyil, konseptual yanaşma və böyük çərçivəni görməkdən asılıdır. Xüsusilə böhran dönəmlərində və kəskin rəqabət şəraitində şirkətlər problemlərə daha stratejik və konseptual baxmalıdırlar. Bu yazıda qazanc əldə etmə istiqamətində əlavə dəyər yaratma yollarından bəhs etmək istəyirəm. Və bunu aşağıdakı şəkil vasitəsilə göstərərək aydınlaşdırmaq fikrindəyəm:
30.1.15
28.1.15
"Sınaq müddəti"- kimin üçün?
Şirkətlərin yeni işçilərin qəbul edilməsi zamanı çox zaman tanıdıqları "3 aylıq (və ya hər hansı bir müddət) sınaq müddəti" haqqında qısaca fikirlərimi paylaşmaq istədim. Yazının başlığında da gördüyünüz kimi "kimin üçün?" sualını verərək bu olaya fərqli tərəfdən yanaşmaq istədim. Bəli, əlbəttə ki işə götürənlə işə götürülən arasındakı razılaşmalarda sınaq müddəti daha çox işə ehtiyacı olan tərəfə məsuliyyət yükləməkdədir.
Ancaq mən qısaca burada ikinci tərəf olan şirkətlərin də eyni zamanda bir sınaqdan keçdiyini artıq qəbul etmələrini istəyirəm. İşçiyə tanınan o sınaq müddəti eyni zamanda ümumilikdə şirkətin, onun hansısa bölümünün və ya daha irəli getsək ona rəhbərlik edəcəklərin "sınaq müddəti" kimi də yanaşılmasının faydalı olacağı bilinməlidir.
23.1.15
Masabaşı araşdırma yolları...
Bildiyiniz kimi ölkəmizin ali təhsil ocaqlarından birində "Biznes araşdırmaları" dərsini tədris edirəm. Dərs slaydlarımı incələdiyim zaman əslində bloqda da paylaşılacaq məlumatların varolduğunu hiss elədim. Buna görə də müəyyən aralıqlarla dərs mövzularımı əhatə edən məlumatları da Siz oxucularımla paylaşmağı nəzərdə tuturam... Bu yazıda Masabaşı araşdırma (Desktop research) ilə əlaqədar, xüsusilə özümün də bilavasitə istifadə etdiyim yollardan bəhs edəcəyəm. Məhz fikrimcə lokal araşdırma şirkətlərimizin də zəif və inkişaf etdirmələri lazımlı əsas istiqamətlərdən biri də budur. Və qeyd etmək istəyirəm ki bu yazıda məqsəd detallı açıqlama deyil, istiqamətverici fikir paylaşımıdır.
12.1.15
Marketinqdə səmimiyyət ili...
2015-ci ilə başladıq.. həm də gözəl başladıq... 2015-ci ilə aid olduğumuz bir qrupun, bir camianın səmimi ab-havası, səmimi bir mühiti ilə başladıq... Bu məni sevindirir və ili bu minvalla ruh yüksəkliyi ilə davam edəcəyimizə inanıram... Və sevinirəm ki, bu ildə bloqumuzun ilk yazısı da məhz bu gözəl ab-hava ilə yazılır...
Günümüzdə network və bunun əsasında yaranan və yüksələn qarşılıqlı faydalı əməkdaşlıqlar, hansı platformada həyata keçirilməsindən asılı olmayaraq bir reallıqdır. Və həm də hər hansı bir istiqamətdə gələcək yönümlü atılmış addımlardır.
Peşə sahələri baxımından Facebook sosial şəbəkəsində yer alan qruplar arasından Marketinq Azərbaycan qrupu 6200-dən çox üzvü ilə və ölkənin demək olar ki hər sahədən şirkət nümayəndələrini əhatə etməsi ilə seçilməkdədir. İki gün əvvəl aid olduğum qrupumuzun 3 illiyi münasibəti ilə, həm də yeni ilə yeni ab-hava ilə başlamamız səbəbi ilə gözəl qeyri-rəsmi, SƏMİMİ bir mühitdə tədbirimiz keçirildi... Tədbirdə açılışda uzun-uzadı danışmaq lüzumsuz olduğu üçün orada ürəyimdən keçib demək istədiyim, ancaq az toxunub, tam deyə bilmədiyim bəzi nüansları Sizlərlə paylaşmaq istədim... Oxuyan gözlər var olsun!
30.12.14
2014 ili hesabatım və 2015-ci ilə addım...
Bəli beləcə bir ili daha başa vururuq... Fikrimcə hər şəxs heç olmasa ildə bir dəfə də olsa özü üçün bir hesabat olmasa belə, elədiklərinin və eləmədiklərini qələmə almalıdır... Mən də bu minvalla bu ildə elədiklərimi yazıb, eləmədiklərimə isə 2015-ci ildə özümdə reallaşdırmaq istəyinin oyanması və Allahın köməkliyini diləyirəm... Təbii ki mən burada hər kiçik nüansı deyil, elədiklərimin aid olduğum cəmiyyət və onun alt sistemləri üçün faydalılığını əsas alaraq yazıram.
Bu il nələr elədik...
- Müxtəlif qurum, təşkilat və şəxslərin istəyi ilə10-dan çox ödənişsiz seminar və təlimlər verərək, gənclərimizlə bilgi paylaşımında bulunduq...
- Keçən illərə nisbətən bloq yazılarımın sayı azalsa da bu il də bloq yazılarıma davam etdim və çalışdım ki maraqlı və işlənməmiş mövzulara toxunaraq oxucularımla fikir paylaşımı edim. Və nəticəsində çoxlu maraqlı "feedback"lər aldım ki bu da bir daha daxili motivasiyamızı gücləndirərək düzgün istiqamətdə olduğumuzu təsdiqləməkdədir.
- Bu ildə "Ecolife" dərgisinin bəzi sayılarında yazılarla çıxış etdim.
- Ölkənin qabaqcıl təhsil qurumlarının ikisindən birində bakalavrda, digərində isə MBA pilləsində dərslərim oldu... Bütün tələbələrimə fürsətdən istifadə edərək 2015-ci ildə uğurlar arzulayıram.
- Çalışdığım şirkətdə funksiyalarımdan əlavə olaraq mərkəzdə və bölgələrdə 20 grupdan çox - bu da 300 nəfərə yaxın Satış və Satışdan sonra xidmət heyətinə satış və müştəri xidməti mövzularında təlim verdim.
- Çalışdığım şirkətdə Stokholm Economy School uzunmüddətli təlim layihəsi çərçivəsində komandalardan birinə mentorluq etdim və bu komanda nəticədə layihələr müsabiqəsində birinci yeri qazanmışdır.
- Bu il Almanyaya Business tour çərçivəsində xüsusilə Pərakəndə sektorunun xüsusiyyətləri, pərakəndəcilikdə yeniliklər, EUROSHOP sərgisində iştirak, Europe Retail Academy və Food Acadmy ilə tanışlıq-də seminar və müzakirəldə bulunmaq fürsəti əldə etdim. Europe Retail Academy qurucusu ilə dostluğumuz yarandı və əlaqələrimiz davam edir.
- Müxtəlif şirkətlərdən gələn təlim və konsultasiya tələblərini də vaxt darlığı olsa da qarşılamağa çalışdım. Tələblərini vaxt məhdudiyyəti ilə əlaqədar geri çevirdiyim şirkət və şəxslərin bunu anlayışla qarşılayacaqlarını ümid edir və gələcək ildə əməkdaşlıq fürsətini dəyərləndirəcəyimi bildirirəm.
- Təbii ki sayını deyə bilməyəcəm, amma sosial şəbəkələr vasitəsilə və birbaşa müraciət edən çox sayda gənclərimizin təhsilləri, iş həyatı, seçimləri istiqamətində məsləhət ehtiyaclarını can-i könüldən və səmimiyyətlə qarşılamağa da çalışmışam. Hər birinə növbəti ildə uğurlar!
- Təbii ki sayını deyə bilməyəcəm, amma sosial şəbəkələr vasitəsilə və birbaşa müraciət edən çox sayda gənclərimizin təhsilləri, iş həyatı, seçimləri istiqamətində məsləhət ehtiyaclarını can-i könüldən və səmimiyyətlə qarşılamağa da çalışmışam. Hər birinə növbəti ildə uğurlar!
-Bir layihə çərçivəsində bölgələrimizin birində "Kiçik biznes fəaliyyətləri və biznes planın hazırlanması" ilə əlaqədar 4 gün 40-a yaxın vətəndaşımıza təlim verdim...Bu layihə çərçivəsində təlimçilər üçün vəsait olaraq eyni adlı kitabçam bu layihəni maliyyələşdirənlər tərəfindən elə bu ay çap edilmişdir...
- Çox hörmətli jurnalist aparıcı dostumuzun dəvəti ilə bir neçə verilişdə iqtisadi və marketinq mövzularında İTV-də çıxışlarım oldu...
- Çoxdandır üzərində işlədiyim bir kitabımı yekunlaşdırma mərhələsinə çatdırdım və inşallah 2015-ci ildə işıq üzü görməsi üçün çalışacağam.
- Təbii ki dostları da unutmayaq... Müxtəlif zamanlarda dostlarla maraqlı görüşlərimizdən də həzz aldım.
Beləliklə mən 2014-cü ili məhsuldar və maraqlı il olaraq dəyərləndirsəm, ilin haqqını vermiş olaram düşüncəsindəyəm...
Etdiklərimiz edəcəklərimizin qarantiyasıdır...!!!
2015-ci ildə özümə və hər kəsə potansiallarımızın reallaşdırılmasını diləməklə, Yeni ilin uğurlu keçməsini arzulayıram!
25.12.14
Vətəndaş elmi nədir və biznesdə yeri...
İnformasiya cəmiyyətinin yaratdığı çox sayda anlayışlar mövcuddur. Bunlardan biri də yeni anlayış kimi qəbul edilən "Vətəndaş elmi"-"Citizen Science"dir. Bu anlayış 2014-cü ildə lüğətlərə girmiş, ancaq praktik olaraq həmişə mövcud bir anlayışdır. Bəzən bu anlayış "civic science", "crowd science", "networked science" olaraq, "mülki elm", "kütlə (camaat, grup, topluluq) elmi", "şəbəkə elmi" və s. kimi də işlədilir.
Bu anlayış, ənənəvi elm-in müəyyən bir teorik çərçivələndirmə tələbindən çıxaraq, hər hansı bir sahənin elm adamlarının, professionallarının araşdırma və yanaşmasından ziyadə, kütlənin içindən peşəkar olmayan, həvəskar və könüllü araşdırmaçıların bu istiqamətdəki fəaliyyətlərini əhatə edir.
11.12.14
Yenə iş dünyası-akademik dünya əməkdaşlığı haqqında...
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq Kafedrasının və Marketing klibunun dəvəti ilə "Araşdırma və Analiz mövzusunda" seminarımız oldu... Əvvəlcə buradan seminara dəvət edən və seminarın təşkilində əməyi keçən hörmətli müəllim və gələcəyin marketoloqları olan gənclərə öz təşəkkürümü bildirirəm.
Həm seminara qatılım, maraq, həm də seminar sonrası hörmətli kafedra müdiri Telman müəllim və digər müəllimlə görüş və söhbətimizdən həqiqi mənada həzz aldım! Sevinirəm ki ən köklü akademik ocaqlarımızın birində mütərəqqi düşüncəli və gənclər üçün faydalı işlər görən müəllim-insanlarımız var!
Hər birinə işlərində və təhsillərində uğurlar...!!! Seminar gedişatında və sonrasında çox aydın şəkildə görünürdü ki, akademik həyatla-iş həyatı arasında bizdə uçurumlar var! Marketinq diliylə desək hər iki sahə bu "GAP"-larını artıq görməli və aradan qaldırmağa çalışmalıdırlar. Bu istiqamətdə ASEU Marketinq kafedrasının gələcəkyönlü fikirlərini və fəaliyyətlərini alqışlayıram.
9.12.14
Dəyişikliklərin idarə edilməsi...
7.12.14
Araşdırma etikası...
İdarəetmənin hər sahəsində etikanın, etik dəyərlərin yeri və önəmi danılmazdır. Biznes etika bu gün ayrıca dərs kimi tədris olunmaqdadır. Şirkətlər öz korporativ kodekslərinə etik qaydalar əlavə edirlər. Şirkətlərdə, mikro və makro mühit faktorlarına, o cümlədən çalışanlarına, müştərilərinə və cəmiyyətə qarşı məsuliyyətlər toplusu çox zaman əməl olunmasa da hazırlanmaqdadır. Mən bu yazımda uzun illər marketinq araşdırmaları sahəsində lokal və beynəlxalq araşdırma şirkətləri ilə daim əməkdaşlıqda olmuşam. İşə yanaşma və etika sahəsində müxtəlif bənzərliklər və fərqliliklərin şahidi olmuşam.
3.12.14
Məhsuldarlıqda rol oynayan amillər...
İqtisadi artım və inkişaf mövzusunda öz sözünü demiş ekonomistlərdən biri Nobel ödüllü Robert Solow-dur ki, mən də irəli sürdüyü tezislərlə daha çox razılaşıram. Neo-klasik iqtisadi artım modelini irəli sürən ekonomist uzun illər 1950-ci ildən bu sahədə müxtəlif çalışmalarıyla meydandadır. 1987-ci ildə də elə iqtisadi artım mövzusundakı çalışmalarına görə Nobel mükafatı almışdır. Solow artım modelində, ən sadə dillə desək texnolojik inkişaf diqqətə alınır və iqtisadi artım sürətinin texnolojik inkişaf sürəti və əhali artım sürətinin birlikdə toplamına bərabər olması tezisi müdafiə olunur.
1.12.14
İdarəetmə şəffaflığı...
Hansı sahədə olur olsun, baş verən proseslərin, fəaliyyətlərin izlənməsi üçün şəffaflıq vacib şərtlərdən biridir. Maddi və maddi olmayan resursların daha effektiv idarə olunmasında da şəffaflıq önəmli bir faktordur. Sistemli idarəetmə yanaşması da yenə şəffaflıq tələb edir.
Əvvəlki yazılarımızda birində idarəetmədə sistem anlayışı haqqında yazmışdım. Sistem, input, process, output, daxil olanlar, proses və nəticə-əldə olunanlardan ibarət olan və daim onlara təsir edə biləcək xarici faktorlarla birlikdə incələnən bir yanaşma tərzidir.
21.11.14
"Bura Azərbaycandır..."- özünümüdafiə instinkti
Bəli, bura Azərbaycandır... Burada baş verənlərin də çoxu müsbət və ya mənfi məhz bura aid cəmiyyətin xüsusiyyətlərini əks etdirir...
Hər şeyin ifratının mənfi nəticələrə səbəb olduğu məlumdur. Çox zaman müqayisə baxımından söylənən "Bura Azərbaycandır" fikri də öz ifrat dərəcəsinə çataraq müqayisəli yanaşma çərçivəsindən çıxıb özünümüdafiə instinktinə çevrilibdir...
Müxtəlif sahələrdən müxtəlif mövqeli insanlardan eşitdiyim bu mənfi hal bu yazını yazmağa səbəbiyyət verdi.
5.11.14
E-vətəndaşlıq...bəs harda?
İndicə oxuduğum məlumata görə Estoniya artıq "E-stonia" olmaq yolunda bir ilkə daha imza atmışdır... Vaxtilə "Yeni zamanın hökumətləri..." haqqında bir yazımda Estoniada səhiyyədə e-hökumətin real tədbiqi barədə qısaca bəhs etmişdim.
İndi isə buyurun daha bir ilk... Estoniyada elektron vətəndaşlıq (e-vətəndaşlıq) haqqında qanun qəbul edilmişdir...
4.11.14
"İctimai mağaza və ya icma mağazası, bəs harda? "
Yazının başlığı bilirəm ki, çoxumuzda maraqdan çox "saçma" bir fikir oyadacaqdır... Ancaq bəli artıq belə bir mağaza tipi dünyada mövcuddur... Bəli elə burdaca sual çıxır, harda? Sizcə belə bir mağaza tipi hansı ölkələr üçün daha uyğundur və ya hansı ölkələrdə olmalıdır və hansı ölkədə açılıb?
Yəqin ki bu sualın da cavabı məntiqən təbii ki az inkişaf etmiş və ya kasıbı çox ölkələrdə olmalıdır olacaq... Amma biz yenə yanılırıq.
15.10.14
Qlobal Korporativ Davamlılıq Prinsipləri...
(ECOLIFE dərgisində yayınlanmış məqaləm)
“Davamlılıq” anlayışı son XX əsrin sonlarından başlayaraq müxtəlif sahələrdə ən önəmli və aktual anlayışlardan biri olmuş və çağımızda da öz aktuallığını qorumaqdadır. Davamlılıq mövzusu makro və mikro səviyyədə müxtəlif quruluş və araşdırmaçılar tərəfindən fərqli apektlərdən daimi incələnən bir mövzudur. Mövzunun aktuallığını nəzərə alaraq bu yazımızda “Birləşmiş Millətlər Qlobal Anlaşma”da yer alan Qlobal korporativ davamlılılq prinsiplərindən bəhs etmək istəyirəm.
Ən son 2013-cü ildə qəbul edilən və yayınlanan “Unated Nations Global Compact”, müxtəlif biznes dairələrinin, müxtəlif qurum və quruluşların, biznes sferasındakı cəmiyyətlərin öz fəaliyyətləri və yaxın və uzaq ətraf mühitlə əlaqələrində 10 əsas prinsipi qəbul etməsi və bu prinsipləri qorumasından ibarətdir.
Bu anlaşmada ön görülən 10 prinsip dörd ana istiqaməti əhatə edir: 1. İnsan haqqları, 2.Əmək münasibətləri, 3. Ətraf mühit, 4. Korrupsiyaya qarşı mübarizə. Bu dörd ana istiqamətdə yer alan 10 prinsip isə aşağıdakılardır:
14.10.14
"Bazar gücü və tənzimlənmələri analizi..."
Bu il iqtisadi sahədə Nobel qazanan "Bazar gücü və tənzimlənmələri analizi" ilə fransız iqtisadçı Jean Tirole oldu. Jean Tirole1980-lərdən sənayə idarəetməsi sahəsində müxtəlif akademik çalışmalar ortaya qoyan iqtisadçıdır.
Mükafat sahibi iqtisadçı bu analizində nə və necə yol göstərir? Əvvəlcə qeyd etmək lazımdır ki, iqtisadçı bu analizin müxtəlif sektorlara tədbiqini mümkün saymaqdadır. İqtisadçıların diliylə desək əslində bu analizdə "Görünməz əl" prinsipinə müdaxilə etməyin faydaları göstərilir. Çalışma dövlət dəstəkli, "sektor sahibi" və ya "təbii monopol" şirkətlər və şirkət birləşmələrinin tənzimlənməsi prinsipini müdafiə edir.
Bu və ya digər şəkildə Bazar gücü (Sektor gücü) əldə etmiş şirkətlərin monopol və/vəya oligopol gücündən dolayı maliyyət endiriminə yetərli istəklərinin olmadığına diqqət çəkən iqtisadçı bunun sektorda məsələn innovasiya kimi rəqabətyaradıcı amillərin qarşısını aldığını müdafiə edir. Qısaca bu mənfi nəticələr səbəbiylə bu cür böyük güclər üçün müəyyən tənzimləmələrin olmasını gərəkli sayır.
Əslində bu Nobel ödüllü çalışma kiçik miqyaslı da olsa günümüz Azərbaycan iqtisadi həyatı üçün də aktualdır. Ancaq burada tənzimləyici və tənzimlənən rolunu daşıyanların ayrılması mütləqdir...! İqtisadi idarəetmədə yer alan iqtisadçılarımızın bu teorini ələ alaraq təkliflər irəli sürməsi diləyi ilə...
11.10.14
Təbiətdən gələn gözəllik və sağlamlıq qaynağı
Bu gün çox maraqlı günlərdən biri oldu... Türkiyə və Azərbaycanda fəaliyyət göstərən NLG şirkətinin dəvəti ilə Ramada otelində düzənlənmiş "Talya bitkisel ürünlerinin tanıtımı" tədbirinə qatıldım. Hər şeydən öncə çox dəyərli dostumuz, tələbə yoldaşımız Lalə xanım Həsənovaya dəvəti üçün təşəkkür edirəm. İki ölkədə çox uğurlu biznes fəaliyyətlərini yürüdən gənc iş xanımı Lalə xanıma uğurlarının davamını diləyirəm Təbiətdən gələn gözəllik və sağlamlıq qaynaqlı məhsulları ilə Azərbaycan istehlakçılarından qazandığı rəğbət və sevginin daim olmasını arzulayıram.
Subscribe to:
Posts (Atom)





.jpg)

.jpg)
.jpg)


.jpg)
.jpg)
.jpg)


