Marketinqdə əxlaq normaları və dəyərləri mövzusu vaxtaşırı marketoloqlar
tərəfindən müzakirə obyektinə çevrildiyini görürük.
Əxlaqa uyğun olmayan marketinq fəaliyyətləri, reklam yayınları, istehlakçıları
aldatma və s. kimi narazılıqlar həmişə ortaya çıxmış və təbii ki
çıxacaqdır. Consumerism hərəkatlarının başlanması da elə bu narazılıqların
etiraz səsi kimi yaranmış və inkişaf etmiş cəmiyyətlərdə önəmli rol
oynayır.
Consumerism və
Azərbaycanda vəziyyət barədə "Konsumerizm
(Consumerism) nədir? Azərbaycanda konsumerizm niyə aşağı səviyyədədir?" adlı bloq yazımda vaxtilə qısa fikirlərimi
paylaşmışdım.
















































