Intel şirkətinin baş futuroloqu Steve Brown: "Dünya artıq beşölçülü (boyutlu) dünya olmaq üzrədir". Internet və digitallaşma (rəqəmsallaşma) dünyanı artıq beşölçülü dünya halına gətirməkdədir. Beşinci ölçü(boyut) data, informasiyadır. Artıq əşyaların fiziki halından başqa digital halı da önəmli olmağa başlayır. Hər hansı bir şəhərdə otel otağının, restorandakı bir masanın, mağazadakı bir geyim əşyasının və s. fiziki mövcudluğundan başqa bir də digital (rəqəmsal) mövcudluğu vardır.
Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...
12.3.13
5.3.13
Marketinq Araşdırmaları bazarları haqqında...
Bu yazıda dəyərli oxucularımla ölkəmiz də daxil olmaqla bir neçə ölkənin Marketinq Araşdırmaları bazarı və iştirakçıları haqqında düşüncələrimi paylaşacağam. Yazıya başlamadan əvvəl yaxın ölkələrin Marketinq Araşdırmaları bazarı haqqında bəzi statistik bilgilər vermək istəyirəm.
Rusiya marketinq araşdırmaları bazarının həcm imüxtəlif qaynaqlar tərəfindən təqribən 300 mln. dollar olaraq göstərilməkdədir. Bu isə adambaşı marketinq araşdırma xərcinin 2 dollara yaxın olduğunu göstərir. Ukraynada marketinq araşdırmaları bazarının həcmi isə təqribən 40-45 mln. dollar olduğu haqqında məlumatlar var.
28.2.13
Xan Akademiyası: Qlobal virtual məktəb...
Bilgi çağının yaratdığı dəyərlər! kimilər üçün informasiya və bilik əldə etmək üçün fürsət, kimilər üçün əyləncə, kimilər üçünsə zamanın boşa xərclənməsidir... Bilgi çağının dəyərlərindən olan internet (belə desəm səhv etmərəm yəqin ki...) və internetin yaratdığı müxtəlif vasitələrin ən çox istifadə sahəsi məhz akademik sahədir. Sol kənarda Khan Academy rəsmini görənlər düşünməsinlər ki bu academi "XAN"lar üçündür və s.
Bir qədər müəyyən statistik rəqəmlərlə sizləri tanış etdikdən sonra yazının əsas məqsədinə keçiş edəcəyəm.
20.2.13
19.2.13
Etnoqrafik araşdırma nədir? Nələr öyrənilir?
Marketinq araşdırmaları ilə əlaqədar EKSPERT TV-dəki silsilə suallara cavabları bloqdan və qaynağından oxuyan dəyərli oxucularıma çox hörmətli İlkin müəllimin "Etnoqrafik araşdırma haqqında" yazısını da oxumağı tövsiyyə edirəm. İlkin müəllimin bu araşdırma metodunun müsbət tərəflərinə toxunması təqdirə layiqdir. Etnoqrafik araşdırma nədir və nələr öyrənilir bu haqda aşağıdakıları da nəzərinizə çatdırmaq istərdim:
18.2.13
13.2.13
Vizyonsuzlaşma və səbəbləri...
Dəyərli oxucularım yəqin ki xatırlayar keçən yazıda "Azadlıq və inkişaf..." haqda yazmışdım. İnsanların fürsət, şans və şərtlərə hakim olmasının onların inkişafına dəstək olacağı bunlara malik olmaq üçün isə azad olmalarını dilə gətirmişdim. Bəli, bu iki anlayış bir biri ilə müttəfiqdirlər, biri əldə edildiyi vaxt digəri də artar! Və eyni zamanda real olaraq bu xüsusların olması qeyri müəyyənliyi azaldır və nəticədə insanların gələcək istiqamətində düşüncə və görüşlərinin formalaşmasına şərait yaradır. Məhz bu fikirlərdən yola çıxaraq bu yazıda "Vizyon"la əlaqədar qısa düşüncələrimi paylaşmaq istədim.
11.2.13
Azadlıq və inkişaf...
İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir.
Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədiyini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir.
4.2.13
Təcrübə önəmlidir, ancaq...
"Bir defa ben tecrübeye inanmam. Neden? Son 10 yılda olan deyişiklikler, son 2 bin yılda olan deyişikliklərdən daha fazla. Şayet 30 yıllık bir mühendis "Benim tecrübelerim var" derse ve eskide kalmışsa o aradaki tecrübe bir işe yaramaz. Amerikada öyle bir konuşma yaptım, sonunda bin kişi ayağa kalktı ve beni alkışladı. Ancak öncesinde eşim beni uyardı, "yapma, rezil olacaksın" dedi ve toplantıya gelmedi. Ama izleyenler ayakta alkışlayınca baktım ki eşim de dışarıda tebrikleri kabul ediyor." -
İşadamı Şarık Tara. ("Capital" dərgisi-Fevral, 2013 sayından)
Təcrübənin, praktikanın iş həyatında önəmli olduğu haqqında təbii olaraq hər zaman fikirlər irəli sürülür. Bu fikirlər əlbəttə müəyyən bir işi yerinə yetirmək üçün, o işlə əlaqədar daha öncələri rastlanan problem və həll yollarından qazanılan təcrübənin və istifadəsinin önəmliliyini ifadə edir.26.1.13
Ukrayna: İqtisadiyyatın siyasətə qurban edildiyi ölkə...
Bir neçə gündür iş səyahəti məqsədilə Sovetlərin ən zəngin respublikalarından biri olmuş Ukraynadayam. Ukraynaya ilk səyahətim 1998-ci ildə olmuşdur. Həmin vaxt İstanbulda işlədiyim qaynaq elektrodları və telləri istehsal edən bir şirkət üçün paslanmaz polad alımı məqsədilə İstanbul Texnik Universitetinin professoru Kutsal Tülbentçi və Yıldız Texnik Universitetdə marketinq müəllimim olan Prof.Dr İbrahim Kırcova ilə səyahət etmişdim. Bu səyahət zamanı Kiyev, Dnepropetrovsk, Donetsk, Krivoy-Roq və Zaporojye şəhərlərində olmuşdum. Dəyərli hocalarım nə gözəl bir ölkə kişili qadınlı, böyüklü kiçikli hər kəsin üzündən nur yağır deyirdilər...
22.1.13
Satışda etirazları cavablandırmaq yolları...
Əvvəli: "Satışda etirazlarla iş silsiləsindən-1 və Satışda etirazlarla iş silsiləsindən-2" yazılarında...
Müştərinin etirazının əsaslı olduğunu öyrəndikdən sonra etirazların öhdəsindən gəlməniz, yəni müştərinin məmnuniyyətini təmin etməklə etirazı düzgün şəkildə cavablandırmağınız lazımdır. Etirazların öhdəsindən gəlmək üçün istifadə edəcəyiniz üsullardan bəziləri bunlardır:
19.1.13
Satışda etirazlarla iş silsiləsindən-2
Etirazlarla işləmək qaydası
nədir?
Etirazlar ortaya çıxdığı zaman necə davranmaq və hansı cavabları vermək
lazımdır? Etirazları fürsətə necə çevirmək mümkündür? Satış menecerləri öz
işlərinin çətin və stresli tərəflərindən biri olaraq həmişə müştərinin
etirazlarını, onların dilə gətirdikləri problemləri cavablandırmağı
göstərirlər. Buna görə də aşağıda müştəri etirazları ilə işləmək qaydalarını
addımlarla göstərmək satış menecerləri üçün faydalı olacağı qənaətindəyəm.
17.1.13
Satışda etirazlarla iş silsiləsindən...-1
Bloqu izləyən dəyərli oxucularım yəqin ki fərqindədirlər ki, bloqda yer verdiyim son yazılar əsasən ümumi və cəmiyyətin inkişafı istiqamətində olan yazılardır. Uzun müddətdir ki, satış haqqında yazılara ara vermişdik. Ancaq bu sahədə olan oxucuların davamlı istəyini və maraqlarını nəzərə alaraq yenidən satışla əlaqədar yazılara davam etmək istəyirəm. Əvvəlki yazıları incələdiyim zaman gördüm ki, satışda ən maraqlı mövzulardan biri və eyni zamanda çətin mövzu kimi qəbul edilən "Etirazlarla iş" mövzusuna aid yazı yoxdur. Ona görə də yaxında çıxacaq olan satış kitabımdan bu mövzu haqqında müəyyən hissələri bir neçə yazı ilə Siz-dəyərli oxucularımla paylaşıram.
16.1.13
Məslək-i solidarizm...
Çoxdandır bu mövzuda bloqda bir yazı yazmaq istəyirdim. Və nəhayət bəzi hadisələr məni bunu yazmağa bir növ tətikləmiş oldu. Yazıya başlamadan əvvəl böyük türkçu Ziya Gökalpın bir deyiminə burda yer vermək istədim:
"Bir cemiyetin dahilinde birtakım tabakaların yahut sınıfların bulunması, dahilî müsavatın bulunmadığını gösterir. Binaenaleyh, halkçılığın gayesi, tabaka ve sınıf farklarını kaldırarak, cemiyetin birbirinden farklı zümrelerini, yalnız işbölümünün doğurduğu meslek zümrelerine hasretmektedir. Yani halkçılık, felsefesini bu düstûrda icmal eder: Sınıf yok meslek var!" Ziya Gökalp
Bu düşüncə, Emile Durkheim tərəfindən irəli sürülən bir düşüncənin : Cəmiyyətdə həmrəyliyin yaranmasının əsas bazası kimi məsləki solidarizm -peşə həmrəyliyinin yaranması və yayılmasının cəmiyyətin rifahına müsbət təsir göstərəcəyi düşüncəsinin davamıdır.
14.1.13
Davamlı inkişaf və kənd təsərrüfatı...
"ECOLIFE" dərgisində yayınlanan növbəti məqaləm...
Cəmiyyətin inkişafının təkcə iqtisadi nöqteyi nəzərdən deyil, eyni
zamanda ictimai, insani və ətraf mühitə görə də dəyərləndirilməsi vacibdir.
Buna görə də 1970-ci illərdə ənənəvi inkişaf anlayışı bu istiqamətdəki tənqidi
fikirlər və tələblər nəzərə alınaraq dəyişməyə başlamışdır. Ənənəvi inkişaf
anlayışı öz yerini ətraf mühit, təbii resurslar və insani tərəfi ələ alınaraq
daha geniş bir anlayış olan davamlı inkişaf anlayışına vermişdir. Ümumiyyətlə
inkişaf nəzəriyyələrində iki əsas problem ön planda olmuşdur. Birinci problem
inkişafın hansı faktorlardan asılı olması, ikinci isə mövcud istehsal
faktorlarının optimal bölüşdürülməsinin necə təmin olunacağı problemidir.
Davamlı inkişafda isə iqtisadi fəaliyyətlərin insan inkişafına və ətraf mühitə
necə təsir edəcəyi əhəmiyyət qazanmışdır.
10.1.13
Marketoloqlar üçün Etik(əxlaqi) Normalar və Dəyərlər...
Marketinqdə əxlaq normaları və dəyərləri mövzusu vaxtaşırı marketoloqlar
tərəfindən müzakirə obyektinə çevrildiyini görürük.
Əxlaqa uyğun olmayan marketinq fəaliyyətləri, reklam yayınları, istehlakçıları
aldatma və s. kimi narazılıqlar həmişə ortaya çıxmış və təbii ki
çıxacaqdır. Consumerism hərəkatlarının başlanması da elə bu narazılıqların
etiraz səsi kimi yaranmış və inkişaf etmiş cəmiyyətlərdə önəmli rol
oynayır.
Consumerism və
Azərbaycanda vəziyyət barədə "Konsumerizm
(Consumerism) nədir? Azərbaycanda konsumerizm niyə aşağı səviyyədədir?" adlı bloq yazımda vaxtilə qısa fikirlərimi
paylaşmışdım.
9.1.13
İqtisadi artım və İqtisadi inkişaf...
Bəzən müxtəlif mənbələrdə iqtisadi artım (economic growth) və iqtisadi inkişafı (economic development) birbirlərinin əvəzinə istifadə edildiyini görürəm. Bu yazını yazmaqda məqsədim, bu iki anlayışın nə qədər bir birinə yaxın və bir biriylə iç-içə olsa da aralarında kəskin fərqlərin olduğu haqqında təbii ki iqtisadi elmə əsaslanaraq bilgi və fikirlərimi paylaşmaqdır. Öncə "artım" və "inkişaf" anlayışlarının iqtisadi tərəfini sonraya saxlayıb sırf bu anlayışların ümumi izahını vermək istərdim.
8.1.13
Marketinq və satışda elmi müşahidənin önəmi...
Nə qədər müşahidələr pozitiv elmlərin dayağını təşkil etsə də sosial elmlərdə də müşahidə çox önəmli faktordur. Ümumiyyətlə son illərdəki iş həyatımda satış və marketinq sahəsində araşdırma və analizlərlə iç-içə olduğum üçün məhz bu sahələrdə müşahidə bacarığının önəmini görmüş və qəbul etmişəm. Müşahidə elmi metodikanın demək olar ki ilkin mərhələsidir. Hər hansı gerçək bilgiləri əldə etmək üçün ilkin etapda müşahidə etmək lazımdır. Müşahidə nəticəsində hipotez irəli sürülür. Hipotezlər bir təklif, öngörüdür. Hipotezlər doğru və yanlış ola bilər.
7.1.13
Bilgi paylaşdıqca artar...!!!
Oxucuların çoxu yəqin ki səhifəyə girişdə "Bilgi və sevgi paylaşdıqca artar!" sloqanına rast gəliblər! Təbii ki bloqda yazılan və paylaşılan hər bir yazı dəyərli oxucularla məhz bu sloqanın stimulu və tələbinə uyğun olmalıdır. Yəni bilgi paylaşılmalıdır ki artsın...! Sloqandakı ikinci paylaşılan dəyər olan sevgi haqqında isə bloqumuzun mövzularından biri olan satışla əlaqədar yazdığım "Satışda bilgi ve sevgi..." adlı məqalədə bəhs etmişdim.
1.1.13
Yeni ildə nələri dəyişdirməliyik?
Yeni ilə yeniliklə başlamaq, yeniliklə davam etmək yeni ilin haqqını verməkdir. Yoxsa ki yeni il gəlir deyə sevinib, şadlanıb amma yenilik etməmək, müsbət istiqamətdə dəyişikliklər etməmək məqsədsiz və içi boş şadyanalıqdan, sevincdən başqa bir şey deyildir!!!
Heç bir dəyişiklik gözləmiriksə və ya özümüz heç bir dəyişiklik etməyəcəyiksə sevinməyə nə halət?
Yeni ildə nələri dəyişməliyik?
31.12.12
2012 il üçün qısa dəyərləndirmə və 2013 ab-havası!!!
Yola saldığımız 2012-ci ili bu məkan üçün uğurlu il hesab edirəm və təkan ili kimi qiymətləndirirəm! Bu il ərzində 90-a yaxın məqalə sığdırdı özünə bu məkan və müəyyən qədər də rəğbət qazandı! 2013- cü il bu uğurların kəmiyyət və keyfiyyətcə davamı ilidir! Ona görə də YENİ İLƏ MÜSBƏT AB-HAVA İLƏ girir bu məkan! Bu məkana nəzər salanlara, oxuyan və fikir söyləyənlərə YENİ İLDƏ MÜSBƏT YENİLİKLƏR arzulayıram! Yeni ildə görüşmək ümidiylə...!!!
27.12.12
Hoshin Kanri-dən stratejik idarəetməyə...
Bir neçə ay bundan əvvəl "Yapon idaerəetmə mədəniyyəti və idarəetmə prinsipləri" adlı yazımda Yaponların idarəetmə mədəniyyəti haqqında bəzi nüanslara toxunmuş və digər idarəetmə mədəniyyətlərindən fərqli tərəflərini göstərmişdim. Elə eyni məqalədə yaponların idarəetmə sahəsinə gətirdikləri bir sıra yeniliklərdən bəhs etmişdim. Bu yazıda idarəetmə həyatında olduqca önəmli olan və yenə Yaponiyada meydana çıxan Hoshin Kanri modelini qeyd etməyi unutmuşdum. Elə bu əksiklikdən istifadə edib bu idarəetmə prinsipi ilə əlaqədar bu yazıda təbii ki vaxtilə oxuduqlarımı sizlərlə paylaşacağam.
25.12.12
Akademik dəyərlər sistemi...
Akademik həyat təbii ki hər bir ölkənin gələcəyinin şəkilləndirilməsində əsas sahələrdən biridir. Ancaq akademik həyatın həqiqətən akademik olması şərti ilə... Bunun üçün isə Akademik həyatın dəyərlər sistemi olmalıdır. Nədir bu dəyərlər?
Akademik ləyaqət:
Akademik ünvanların layiqincə qazanılması, layiqincə verilməsi və istifadəsi, akademik sahədə kadrların, resursların düzgün, layiqincə seçilməsi. Bu seçimlərdə və təyinatlarda elmi uğurların əsas meyar kimi götürülməsi vacibdir.
20.12.12
Kassa önündə gözləməyə son...Alış-verişdə innovasiya...
Təqribən 4-5 ay əvvəl bloqda "Marketlərdə rəqəmsal marketinq və faydaları" adlı məqalədə alış-verişdə innovativ metodlardan olan rəqəmsal marketinqdən bəhs etmişdim. Məqalənin sonlarında isə artıq müəyyən sferalarda istifadə olunan QR kod sistemi ilə alış-veriş haqqında qısaca məlumat vermişdim. Bu yazımda maraqlı bir videonu- QR dəstəkli kredit kartları sistemi və bunların alış-verişdə tədbiqindən bəhs edən videonu sizlərlə paylaşmaq istədim.
19.12.12
Satış menecerlərinin satış sistemindən qaynaqlanan xüsusiyyətləri...
Bundan öncəki yazımda satış menecerlərinin xüsusiyyətlərinin əsas iki hissəyə ayrıldığını qeyd etmişdim. Satış menecerlərinin şəxsi xüsusiyyətləri və fəaliyyət göstərdikləri satış sistemindən qaynaqlanan xüsusiyyətlər. Və elə həmin yazıda satış menecerlərinin şəxsi xüsusiyyətlərinin nələr olduğu haqqında düşüncələrimi paylaşmışdım. İndi isə satış menecerlərinin sistemdən qaynaqlanan xüsusiyyətlərinin nələr olduğu haqqında düşüncələrimi paylaşmaq istəyirəm ki mövzumuz yarımçıq qalmasın.
17.12.12
Satış menecerlərinin şəxsi xüsusiyyətləri nələr olmalıdır?...
Satış sistemi nə olur olsun bu sahədə çalışan satış menecerlərinin xüsusiyyətlərini iki əsas hissəyə ayırmaq mümkündür. Bunlardan biri satış menecerlərinin şəxsi xüsusiyyətləridir. İkinci isə satış menecerinin sistemdən qaynaqlanan xüsusiyyətləridir ki növbəti yazılarda bunu da bloqda işıqlandıracağam. Bu yazıda isə Satış menecerinin şəxsi xüsusiyyətlərinin nələr olması haqqında düşüncələrimi Siz-dəyərli oxucularımla paylaşmaq istəyirəm. Satış menecerlərinin satış sistemindən asılı olmayan şəxsi xüsusiyyətləri əsas etibarilə aşağıdakılardan ibarət olmalıdır:
12.12.12
Qapalı bir cəmiyyətdə inkişaf ???
Yazılarımı təqib edən dostlar yəqin ki futurologiya sahəsinin maraq dairəmdə olduğunu görürlər. Xüsusilə bu sahədə yazılan ədəbiyyatlar hələ tələbə vaxtından mənə maraqlı gəlmişdir və davamlı bu mövzulardakı kitabları oxumağa üstünlük verirdim. Səbəbi isə gələcəkyönlü iqtisadi-sosial inkişafda, təhsildə, idarəetmənin müxtəlif sahələrində ortaya şıxacaq yeniliklərin nələr olacağı və bunun həyatımıza necə təsir edəcəyi haqqında maraqlı nuanslarla tanış olmaq idi. İndi isə təkcə oxumaqla kifayətlənməyin düzgün olmadığını və bu istiqamətdə mütəmadi yazılar vasitəsilə oxucularımla düşüncələrimi paylaşmağı daha məğbul və faydalı olacağını düşünürəm. Məhz bu səbəbdən də dəyərli marketoloqlarımıza yönəlik bu ilin aprel ayında "Marketoloqlara məsləhət: Biraz da futuroloq olsunlar!" məqaləsini yazmışdım.
11.12.12
Gələcəyin şirkətlərində yeni vəzifələr...-2
Gələcəyin şirkətlərində yeni vəzifələr...-1 yazımın davamı...
Yuxarıdakı yazımda gələcəkdə şirkətlərdə hansı yeni vəzifələr olacağı barədə Dünya Futoroloqları Cəmiyyətinin (WFS)-nin gələcək yönlü təxminlərini yazmağa başlamış və uzun olmasın deyə tamamlamamışdım. İndi bəhs etmədiyim vəzifələrin nələr olduğunu da qısa şəkildə Sizə-dəyərli oxucularıma çatdırmaq istəyirəm.
Yuxarıdakı yazımda gələcəkdə şirkətlərdə hansı yeni vəzifələr olacağı barədə Dünya Futoroloqları Cəmiyyətinin (WFS)-nin gələcək yönlü təxminlərini yazmağa başlamış və uzun olmasın deyə tamamlamamışdım. İndi bəhs etmədiyim vəzifələrin nələr olduğunu da qısa şəkildə Sizə-dəyərli oxucularıma çatdırmaq istəyirəm.
10.12.12
Gələcəyin şirkətlərində yeni vəzifələr...-1
Bir neçə ay əvvəl 2020-ci ilə doğru gələcəyin ən çox qazandıracaq peşələrinin bir siyahısının qaynağını göstərərək qeyd etmişdim ki, bu 10 peşədən 9-u tibb sahəsi ilə əlaqədardır. Tək bir peşənin isə idarəetmə və marketinqlə əlaqədar olduğunu qeyd etmişdim. Bu da Bazar analitiki peşəsidir. Və elə həmin məqalədə bu peşə ilə əlaqədar düşüncələrimi paylaşmışdım.
İndi isə World Future Society-nin hesabatlarında yer alan gələcəyin şirkətlərində meydana çıxacaq vəzifələr haqqında yazmaq istəyirdim. Bu vəzifələr və ya işlər maraqlı olduğu qədər elə indidən üzərində düşünülməsi vacib işlərdir. Nədir bunlar? İstərdim bir neçəsi haqqında bəhs edim:
5.12.12
Pərakəndə müştərilərin (Mağazaların) satınalma səbəbləri nələrdir?
Bu yazıda yeni ildə satışa çıxacaq olan satış kitabımdan bir hissəni Siz-dəyərli oxucularıma təqdim etmək istəyirəm. Pərakəndə müştərilərin yəni pərakəndə ticarət obyektlərinin satınalma səbəbləri və bunun bilinməsi satış heyəti üçün çox əhəmiyyətlidir. Müştərilərinin staınalma səbəblərini təxmin edən və bilən satış adamları müştəri ilə görüşmədə, təklifləri hazırlamaqda və təklif etməkdə, habelə sonrakı mərhələlərdə öz işlərini asanlaşdırmış olurlar. Beləliklə pərakəndə ticarət obyektlərinin daha çox davaranış nöqteyi nəzərindən satınalma səbəblərini Siz -dəyərli oxucularıma çatdırmaq istəyirəm. Əsas satınalma məqsədləri haqqında isə gələcək yazılarda bəhs edəcəyəm.
3.12.12
Xəstəxanaların brendləşməsi...
Bu yazını yazmağıma səbəb son vaxtlar şəhərin müxtəlif yerlərində açıq hava reklam vasitələrindən biri olan billboard-larda müxtəlif həkim-ekspertlərin fərdi reklamlarıdır. Hətta öz həkimlərimizdən ziyadə digər ölkə həkimlərinin də artıq billboardlarda reklamları yer alır. Hətta artıq ayrı ayrı həkimlərin reklamları xəstəxana-klinika reklamlarını keçmək üzrədir. Bunun səbəbləri nədir? Xəstəxana və klinikalrımızın brendləşə bilməmələri! Brendləşə bilməmələrinin səbəbidir ki insanlarımız xəstəxana deyil, klinika deyil, həkim arayışındadırlar.
30.11.12
Fərdi və ictimai inkişafda IQ kifayət etməz...EQ, MQ, BQ və digər "Q"-lər də lazımdır!
Bir vaxtlar hamıda maraq oyandıran IQ intellektual zeka zəmanəmizdə fərdi inkişaf və toplumun inkişafı üçün kifayət etmir. Artıq həm fərdi, həm də toplumun inkişafında digər zəka növləri də dəyərləndirilməli və hesaba alınmalıdır. Müxtəlif xarici universitetlərdə (MIT-Massachusetts Institute of Technology) və araşdırma mərkəzlərində (Carnegie studies) aparılan araşdırmalarla bunları təsdiqləyici yazılar yayınlamağa (HBR, Forbes) başlayıblar. Nələrdir bu zəka növləri? Mən bu yazıda IQ -dən əlavə digər əsas 3 zəka faktoru haqqında bəhs edəcəyəm. Gəlin elə IQ-nün özündən başlayaq...
IQ-İntellektual zəka... məntiqi (logical) təsəvvürün, yanaşmanın və texniki bilgilərin əsas alındığı zəka səviyyəsi. İntellektual zəkada rasional-məntiqi yanaşma,
29.11.12
Satış və motivasiya qurusu Zig Zigların xatirəsinə...
Satış və motivasiya qurusu Zig Ziglar bu gün dünyasını dəyişib. Kitablarından və yazılarından çox şey öyrəndiyim qurunun xatirəsinə onun müxtəlif zamanlarda dediyi dəyərli sözləri bloqumda yayınlamaq istədim.
Allah günahlarını bağışlasın və o dünyasını versin....
"Failure is detour, not the dead-end street."
"Remember failure is an event not a person."
"When you are tough on yourself, life is going to be infinitely easier for you."
"Statistics suggest that when customers complain, business owners and managers ought to get excited about it. The complaining customer represents a huge opportunity for more business."
Allah günahlarını bağışlasın və o dünyasını versin....
"Failure is detour, not the dead-end street."
"Remember failure is an event not a person."
"When you are tough on yourself, life is going to be infinitely easier for you."
"Statistics suggest that when customers complain, business owners and managers ought to get excited about it. The complaining customer represents a huge opportunity for more business."
28.11.12
Marketinqin halqaları...
Marketoloqların yaxşı tanıdığı Seth Godinin bloquna baxarkən "Marketinqin halqaları" adlı məqaləsi diqqətimi cəlb etdi. Sizinlə həm məqaləni, həm də bu barədə düşüncələrimi paylaşmaq istədim. Yazı ilə bu linkdən tanış ola bilərsiniz: http://sethgodin.typepad.com/seths_blog/2012/07/the-circles-of-marketing.html
Yazıda ilk başda qeyd edilən "marketinq reklam deyil" fikri və nəhayət ən sonda məhsul vəya xidmətin daha önəmli olduğu düşüncəsi məni daha çox cəlb etdi. Xüsusilə bu fikirlər həmişə müdafiə etdiyim bir məsələnin doğruluğunu təsdiqləyici bir fikirdir.
Yazıda ilk başda qeyd edilən "marketinq reklam deyil" fikri və nəhayət ən sonda məhsul vəya xidmətin daha önəmli olduğu düşüncəsi məni daha çox cəlb etdi. Xüsusilə bu fikirlər həmişə müdafiə etdiyim bir məsələnin doğruluğunu təsdiqləyici bir fikirdir.
27.11.12
Türkiyədə və Rusiyada ən çox qazanan CEO-lar fərqi...
Bir neçə gün əvvəl Türkiyədə nəşr olunan "Capital" dərgisində Türkiyədə ən çox qazanan super yönəticilərdən, CEO-lardan bəhs edilən araşdırma ilə tanış oldum. Təsadüfdür ki, eyni zamanda rus dilində nəşr olunan "Forbes" dərgisinin son nömrəsində də Rusiyada ən çox qazanan 25 CEO-nun kimlər olduğu haqqında araşdırma yayınlanmışdı. Hər iki araşdırma nəticələrinin bir-birinə tərs düşən bir maraqlı tərəfi var. Maraqlı olduğu üçün bu haqda yazmaq istədim.
Deməli Rusiyada ən çox qazanan 25 CEO-nun demək olar ki hamısı bürokratik sistem kökənlidir. Bunlar nə vaxtsa hansısa nazir, nazir müavini, hansısa dövlət komitəsinin rəhbəri, şəhər meri və s. vəzifədə olan şəxslərdir. Elə sıralamadakı yerlərin əksəriyyətin və ilk yerlərini dövlət şirkətlərinin CEO-ları tutur.
Türkiyədə isə ən çox qazanan CEO sıralamasında heç bir dənə də olsun bürokratik sistemdən gələn CEO yoxdur. Maraqlı və bəlkə də gözlənilən nəticədir... Yorum sizlərin...
Deməli Rusiyada ən çox qazanan 25 CEO-nun demək olar ki hamısı bürokratik sistem kökənlidir. Bunlar nə vaxtsa hansısa nazir, nazir müavini, hansısa dövlət komitəsinin rəhbəri, şəhər meri və s. vəzifədə olan şəxslərdir. Elə sıralamadakı yerlərin əksəriyyətin və ilk yerlərini dövlət şirkətlərinin CEO-ları tutur.
Türkiyədə isə ən çox qazanan CEO sıralamasında heç bir dənə də olsun bürokratik sistemdən gələn CEO yoxdur. Maraqlı və bəlkə də gözlənilən nəticədir... Yorum sizlərin...
26.11.12
Satış müdirləri haqqında silsilə yazılar...-2 Satış müdirləri tapşırıqları necə verməlidirlər...?
Satışda satış menecerlərinin günlük rutin işləri əvvəlcədən düzənlənmiş və qəbul eidlmiş bir sistem çərçivəsində aparılır. Şirkətin qəbul etdiyi satış sisteminə görə (məsələn Rut satış sistemi) günlük ziyarət nöqtələri və hər nöqtədə görüləcək işlər əvvəlcədən planlanmış şəkildə həyata keçirilməlidir. Rut xaricinə çıxışlar satış müdirlərinə (vəya supervayzerlərə) bildirilir və lazımdırsa icazə alınır.
Satış menecerlərinin günlük rutin işlərindən başqa vaxtaşırı satış müdirləri tərəfindən verilən tapşırıqlar da satışda çox önəmlidir. Tapşırıqlar bəzən rut daxili tapşırıqlar, bəzən isə rut xarici tapşırıqlar xarakterində ola bilər. Hər iki növ tapşırığın rut proqramına mənfi təsir etməməsi mütləq nəzər alınmalıdır.
Tapşırıqların daha effektiv halda yerinə yetirilməsi üçün Satış müdirlərinin bu tapşırıqları necə vermələri çox önəmlidir.
22.11.12
İxracın şirkətlərə faydaları...
"Ecolife" dərgisində yayınlanan məqaləm...
Qapalı cəmiyyətdən və iqtisadi sistemdən açıq cəmiyyətə və bazar istisadiyyatı mexanizmli qlobal iqtisadi sistemə keçişin şirkətlərə yaratdığı fürsətlərin əsasını şirkətlərin xarici ticarətdə iştirak etməsi və bunun faydalarından istifadə etməsi təşkil edir. Xüsusilə lokal şirkət statusundan çıxıb böyümək istəyən şirkətlər üçün beynəlxalq bazarlarda iştirak etmək vacib amillərdən biridir. Beynəlxalq bazarlarda iştirak formalarından biri və ən sadəsi ixracdır. İxrac məhz kiçik və orta şirkətlərin beynəlxalq və qlobal şirkət olmaq istiqamətində istifadə edəcəkləri ən ilkin variantdır. Burada ixracın da eyni zamanda birbaşa ixrac və dolayı ixrac olaraq iki əsas şəklinin olduğunu qeyd etmək istəyirəm. Daha sonra yazı içində bununla əlaqədar müəyyən düşüncələrimi paylaşacağam.
Qapalı cəmiyyətdən və iqtisadi sistemdən açıq cəmiyyətə və bazar istisadiyyatı mexanizmli qlobal iqtisadi sistemə keçişin şirkətlərə yaratdığı fürsətlərin əsasını şirkətlərin xarici ticarətdə iştirak etməsi və bunun faydalarından istifadə etməsi təşkil edir. Xüsusilə lokal şirkət statusundan çıxıb böyümək istəyən şirkətlər üçün beynəlxalq bazarlarda iştirak etmək vacib amillərdən biridir. Beynəlxalq bazarlarda iştirak formalarından biri və ən sadəsi ixracdır. İxrac məhz kiçik və orta şirkətlərin beynəlxalq və qlobal şirkət olmaq istiqamətində istifadə edəcəkləri ən ilkin variantdır. Burada ixracın da eyni zamanda birbaşa ixrac və dolayı ixrac olaraq iki əsas şəklinin olduğunu qeyd etmək istəyirəm. Daha sonra yazı içində bununla əlaqədar müəyyən düşüncələrimi paylaşacağam.
20.11.12
20 Noyabr, 1992-ci il-başlanğıclar tarixi...
20 Noyabr, 1992-ci il... Bu tarix haqqında bloqumda bir yazı olsun istədim... Fikirləşdim necə olsun... Qərarım "20 Noyabr, 1992-ci il-başlanğıclar tarixi" adı ilə və həyatımda və düşüncə tərzimdə nələrin başlanğıcı olduğunun bir siyahısını çıxarmaq oldu... Yəqin ki bu siyahıda olanlar eyni taleyi paylaşdığımız çox sayda dostların da ürəyincə olar...
20 Noyabr, 1992-ci il- baçlanğıclar tarixi...
20 Noyabr, 1992-ci il- baçlanğıclar tarixi...
19.11.12
Satış müdirləri haqqında silsilə yazılar...-1 Satış müdirlərinin hakimiyyəti...
Çoxdandır ki, bloqda məni narahat edən başqa mövzulara yer verdiyim üçün satışla əlaqədar yazılara ara vermişdim. Yenidən satışla əlaqədar yazıları davam etdirmək niyyətindəyəm. Təbii ki vaxtaşırı digər mövzularda da yazılar olacaqdır. Satışla əlaqədar indiyəcən yazdığım yazılar əsasən satış menecerləri haqqında idi. Oxucularımdan aldığım feedback-lərdə satış müdürlərinin idarəetmə bacarıqları, fəaliyyətləri haqqında da yazılara ehtiyac və tələb olduğunu gördüm. Ona görə də Satış müdirləri haqqında silsilə yazılarla bu tələbləri müəyyən ölçüdə qarşılamağı düşünürəm. Faydalı olacağını ümid edirəm.
Elə ilk yazıda satış müdirləri üçün daha önəmli hesab etdiyim bir mövzuya toxunmaq istəyirəm.
15.11.12
Ana dilimizdə izahlı marketinq lüğəti...
Ana dilimizdə izahlı marketinq lüğətinə ehtiyac var ya yoxdur...?
Artıq xeyli müddətdir özverili (bu kəlimənin dilimizdə qarşılığını tapa bilmədim) marketoloq dostların təşkil etdiyi və gənclərimizin faydalandığı Marketing Air havası əsir. Əvvəlcə bu marketoloq dostları belə bir fəaliyyətləri üçün alqışlayıram və Marketinq Air-ə uğurlar arzulayıram. Eyni zamanda bu Marketing Air havasına məni də qoşduqları və qonaq qismində təlimçi kimi dəvət etdikləri üçün onlara və xüsusilə İlkin müəllimə təşəkkür edirəm. Gənclərlə marketinq ab-havasında görüşmək və müzakirələr aparmaq xoş və sevindiricidir. İndi isə yazımızın əsas məğzinə keçmək istəyərdim.
13.11.12
Elmin inkişafı araşdırmaçı ruhlu gəncləri tələb edir...
Elmin bütün sahələrində araşdırma və araşdırmaların təhlili, müqayisəsi böyük əhəmiyyət kəsb edir. Meydana çıxan yeniliklər də şübhəsiz hansısa araşdırmanın, təhlilin nəticəsində yaranır. İstər yenilik gətirsin, istər gətirməsin araşdırma hər bir elm və elmi nailiyyətlər üçün olmazsa olmaz kimi şərtlərdəndir. Yazılan və yazılacaq yazıların, kitabların, elmi əsərlərin, elmi yeniliklərin əsasında araşdırma dayanır.
Araşdırma özü isə əlbəttə başdansovdu edilməməli, məqsədli aparılmalı, sistematik və faydalı olmalıdır.
8.11.12
Marketinq və satışda cansız rəqəmlərin canlı dili...
Bu yazıda marketinq və satış sferasında (maliyyə də ola bilər) müxtəlif mövqelərdə fəaliyyət göstərən oxucularımla cansız rəqəmlərin canlı dili haqqında fikirlərimi bölüşmək istəyirəm. İndiyəcən çalışdığım işlərin çoxu satış, ixrac, marketinq sahəsində müxtəlif funksiyaları əhatə edən işlər olsa da bu işlərdə daim qarşılaşdığım bu olmuşdur ki əksər marketinq və satış əməkdaşları bu istiqamətdə-rəqəmlərdən istifadə etmək, rəqəmləri yorumlamaq (izah etmək) və bundan faydalanmaq istiqamətində bilgi kimi düzgün istifadə etməkdən çətinlik çəkirlər. Marketinq və satış analizləri, habelə planlama və təxminlər (forecasting) üçün isə bu olduqca vacibdir.
6.11.12
İnnovativ şirkət, sektor, ölkə.... (Reallıq və İmic)
İnnovasiya mövzusu mənim üçün həmişə maraqlı mövzulardan olubdur. Buna görə də bu sahədə olan araşdırma ve yenilikləri hər zaman izləyirəm. Son əldə etdiyim araşdırma nəticələri çox maraqlıdır. Buna görə də sizlərlə paylaşmaq istədim. Bu araşdırma innovasiya sahəsindəki araşdırmaları ilə tanınan Booz&Company şirkətinin "2012 Global Innovation Study" araşdırmasıdır.
Əvvəlcə araşdırmanın müsbət tərəfləri haqqında fikirlərimi bildirmək istərdim. Araşdırmada innovativ şirkət sıralamasını şirkətlərin R&D (Tədqiqat və Təkmilləşdirmə) əsasən
5.11.12
Ekspertlər dövrü...(yenilənmiş yazı)
Müxtəlif zaman dövrlərində baş verən dəyişikliklərə görə istehlakçı davranışları və bu davranışların təsir amilləri dəyişməkdədir. Bu dəyişimi 3 etapa bölmək olar:
1. Consumer-İnformation
2. Consumer-User
3. Consumer-Expert
20 il əvvələ qədər istehlakçılara bir malı almaq üçün və ya alış veriş etmək üçün nə lazım idi?
2.11.12
Yeni zamanın hökumətləri haqqında McKinsey-dən maraqlı yazılar...
McKinsey yeniliklərinə abunə olduğum üçün vaxtaşırı müxtəlif mövzularda maraqlı araşdırma, hesabatlarını təqib edirəm. Bu gün McKinsey-dən elektron poçtuma daxil olan mövzu-araşdırma-conversation çox diqqətimi cəlb etdi. Mövzu "Yeni zamanın hökumətləri" haqqında idi. Ana başlıqlar altında bütün yazıları istədim diqqətinizə çatdıram. Məncə çox faydalı mövzulardır. Yazılar müxtəlif dövlət adamları, elm adamları, ekonomistlər, sosialbilimcilər, tərəfindən yazılmışdır.
Aşağıda bütün yazıların linkini yerləşdirmişəm. Yazılardan biri "How Estonia became E-stonia?"-dır. Qısa bir yazıda Estoniyanın elektron hökümət (e-dövlət)-lə əlaqədar gördüyü
1.11.12
TOP 10 İdarəetmə Texnikləri...
Biznesin hansı sahəsində fəaliyyət göstərilməsinə baxmayaraq biznesi uğura daşıyan istifadə edilən idarəetmə texnikləri və bu texniklərin nə qədər effektiv istifadə edilməsidir.
İdarəetmənin müxtəlif sahələrində konsaltinq xidmətləri göstərən Bain&Company şirkəti global miqyasda 1993-cü ildən bu yana idarəetmə texnikləri və trendləri (management tools and trends) ilə əlaqədar araşdırmalar aparmaqdadır. Araşdırmanın məqsədi dünyanın müxtəlif ölkələrindən müxtəlif miqyaslı şirkətlərin idarəetməçiləri tərəfindən ən çox rəğbət göstərilən və ən çox istifadə etdikləri idarə etmə texniklərinin nələr olduğunu öyrənmək və bunu yayınlamaqdır.
29.10.12
Sahələr üzrə assosiasiyalar (birliklər) nə üçün lazımdır...?
İqtisadiyyatın müxtəlif sahələri ilə əlaqədar assosiasiyaların mövcud olması və məqsədyönlü fəaliyyəti müxtəlif ölkələrdə əlaqədar sahələrin və bu sahədə fəaliyyət göstərən şirkətlərin inkişafında xüsusi yer tutur. Belə assosiasiyalar əsasən sahələr və bölgələr üzrə yaradılmaqdadır.
Assosiasiya iqtisadiyyatın (biznesin) eyni sahəsində və ya eyni iqtisadi bölgədə fəaliyyət göstərən şirkətlərin üzvlük iştirakı ilə yaradılan, üzv şirkətlərin və ümumiyyətlə aid olduqları sektor və ya bölgələrin inkişafını dəstəkləyən quruluşlardır. Nümunə üçün, Türkiyədə və bir sıra Avropa və Şərq ölkələrində belə birliklər çox effektiv fəaliyyət göstərir. Məsələn Türkiyədə ümumi olaraq müxtəlif sahələr üzrə istehsalçılar və
24.10.12
Azərbaycan şirkətlərində HR-İnsan Resursları probleminə subyektiv?! baxış
Çoxdandır yazmaq istədiyim mövzulardan biri Azərbaycan şirkətlərində HR problemləri haqqındadır. Bu mövzu həm geniş, həm də həmişə narazılıq və etirazlar doğuracaq mövzu olduğu üçün müəyyən müddətdə yazıb yazmamaqda qərarsız qalmışdım. Ancaq ümumi olaraq hər bir yazılanın müəyyən müsbət təsiri ola biləcəyini düşündüyüm üçün nəhayət yazmağa qərar verdim.
Hər bir şirkətin bildiyimiz kimi müştəriləri daxili və xarici müştərilər olaraq ikiyə ayrılır. Xarici müştərilər şirkətin məhsulunu alan, istifadə edən, almağı düşünən potensial
22.10.12
Satışda ünsiyyət və əhəmiyyəti (satış menecerləri üçün)...
Satışda müştəri ilə ünsiyyət olduqca əhəmiyyətli yer tutur. Satış şirkətlərarası və/və ya şəxslərarası bir sövdələşmə və anlaşma prosesindən ibarət olduğuna görə bu prosesin həyata keçirilməsi hər iki tərəf arasında ünsiyyətin qurulması və inkişafından birbaşa asılıdır.
İlk dəfə ziyarət olunan satış nöqtəsində izlənəcək addımlar:
1. Satış nöqtəsinə daxil olarkən qarşılayanlarla salamlaşmaq!
2. Qərar verici şəxsin təyin edilməsi!
18.10.12
Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı və ölkəmizin vəziyyəti...
Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı (Patent, Utility model, İndustrial Design, Trademark) - rəqabətqabiliyyətlilik və inkişaf göstəriciləri üzrə ölkəmiz nə vəziyyətdə? Heç bununla əlaqədar düşündünüzmü?
İstanbul Universitetində doktorantura pilləsində gördüyümüz dərslərdən biri "Bilgi Ekonomisi" dərsi idi və bu dərsi əksər politik görüşünə qatılmadığım Mehmet Altandan alırdıq... Ancaq bununla bərabər qeyd etmək istərdim ki, M.Altan bu dərslərdə o zamana qədər heç düşünmədiyimiz ancaq həqiqətən maraqlı və
16.10.12
Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış...
Bir müddət əvvəl ölkəmizin Dünya İqtisadi Forumun hesabatı olan Qlobal Rəqabətqabiliyyətlilik sıralamasında bir neçə pillə irəliləyərək 144 ölkə arasında 46-cı yeri tutduğunu bəzi KİV-lərdən duyarkən təbii olaraq maraq oyandı və bunu araşdıraraq bizi önə çəkən nələrin olduğunu öyrənmək istədim. Ancaq hesabatı incələyərkən məni əsas maraqlandıran və gələcəyimiz üçün daha vacib olan göstəricilərdə hələ də arxa sıralarda olduğumuzu görəndə irəli göstəricilər məni elə də sevindirmədi... Ona görə də irəli göstəricilərin nələr olduğuna bu keçiddən http://www3.weforum.org/docs/WEF_GlobalCompetitivenessReport_2012-13.pdf Sizlər özünüz hesabata baxaraq görə bilərsiniz.
12.10.12
Reklamda açıqlıq (aydınlıq) və sadəlik...
Bu yazını yazmağıma səbəb Türkiyənin mobil operator şirkəti AVEA-nın yayınladığı son reklam olmuşdur. Bundan əvvəl də bir neçə yerdə yazdığıım və oxunmasını məsləhət gördüyüm Robert Apdegraff-ın "Obvious Adams" hekayəciyində deyilənlərin işığında çəkilmiş reklamdır sanki...
"Obvious Adams" hekayəciyi 1916-cı ildə yazılmasına baxmayaraq hələ də öz güncəlliyini qorumaqdadır. Bu hekayəcikdə deyilənlərlə bunu əlaqələndirmək istərdim.
"Obvious Adams" hekayəciyi 1916-cı ildə yazılmasına baxmayaraq hələ də öz güncəlliyini qorumaqdadır. Bu hekayəcikdə deyilənlərlə bunu əlaqələndirmək istərdim.
4.10.12
Korporativ satışda nə önəmlidir...?
Satışla əlaqədar yazılarımı oxuyan dəyərli oxucularım korporativ satışlar haqqında da oxumaq istəklərini dilə gətirmişdilər. Bunu nəzərə alaraq bu yazıda korporativ satışda nə önəmlidir, ən çox diqqət ediləcək nüanslar nədir bunun haqqında qısaca görüşlərimi paylaşacağam. Əslində korporativ satış haqqında kitab və məqalələrdə və xüsusilə bu mövzu ilə əlaqədar təlimlərdə qeyd ediləcək nüanslar ön plana çıxarılır. Ancaq bəzən mövzu daha geniş götürülür və bu zaman daha vacib olan bu nüanslar mövzunun genişliyinin və çoxluğunun əzizliyinə uğrayır, diqqət cəlb etmir.
Korporativ satışdan bəhs edərkən istədim əvvəlcə bu istiqamətdə
Subscribe to:
Posts (Atom)

















































