"Value Angles" məqaləmiz Social Science Research Network sisteminə qəbul edildi... Davamı gələcək...
Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...
24.3.13
Satışın yekunlaşdırılması mərhələsində satış menecerləri nələr etməlidirlər?
Satış menecerlərinin təqdimatı bitirdikdən və ortaya çıxan
etirazları cavablandırdıqdan sonra növbəti atacaqları addım satışı nəticələndirmək,
yekunlaşdırmaqdır. Satışın yekunlaşdırılması metodları ilə əlaqədar çox sayda kitablar mövcuddur. Satış menecerlərinin satışı yekunlaşdırmaqda qarşılaşdığı problemlər haqqında bu cür kitablardan məlumat əldə etmək mümkündür. Satışı yekunlaşdırmağa mane olan əsas faktorlardan biri, bu addımdan öncəki addımları uğurla həyata keçirməməkdir.
12.3.13
Intel çipləri və Maslow ierarxiyası...
Intel şirkətinin baş futuroloqu Steve Brown: "Dünya artıq beşölçülü (boyutlu) dünya olmaq üzrədir". Internet və digitallaşma (rəqəmsallaşma) dünyanı artıq beşölçülü dünya halına gətirməkdədir. Beşinci ölçü(boyut) data, informasiyadır. Artıq əşyaların fiziki halından başqa digital halı da önəmli olmağa başlayır. Hər hansı bir şəhərdə otel otağının, restorandakı bir masanın, mağazadakı bir geyim əşyasının və s. fiziki mövcudluğundan başqa bir də digital (rəqəmsal) mövcudluğu vardır.
5.3.13
Marketinq Araşdırmaları bazarları haqqında...
Bu yazıda dəyərli oxucularımla ölkəmiz də daxil olmaqla bir neçə ölkənin Marketinq Araşdırmaları bazarı və iştirakçıları haqqında düşüncələrimi paylaşacağam. Yazıya başlamadan əvvəl yaxın ölkələrin Marketinq Araşdırmaları bazarı haqqında bəzi statistik bilgilər vermək istəyirəm.
Rusiya marketinq araşdırmaları bazarının həcm imüxtəlif qaynaqlar tərəfindən təqribən 300 mln. dollar olaraq göstərilməkdədir. Bu isə adambaşı marketinq araşdırma xərcinin 2 dollara yaxın olduğunu göstərir. Ukraynada marketinq araşdırmaları bazarının həcmi isə təqribən 40-45 mln. dollar olduğu haqqında məlumatlar var.
28.2.13
Xan Akademiyası: Qlobal virtual məktəb...
Bilgi çağının yaratdığı dəyərlər! kimilər üçün informasiya və bilik əldə etmək üçün fürsət, kimilər üçün əyləncə, kimilər üçünsə zamanın boşa xərclənməsidir... Bilgi çağının dəyərlərindən olan internet (belə desəm səhv etmərəm yəqin ki...) və internetin yaratdığı müxtəlif vasitələrin ən çox istifadə sahəsi məhz akademik sahədir. Sol kənarda Khan Academy rəsmini görənlər düşünməsinlər ki bu academi "XAN"lar üçündür və s.
Bir qədər müəyyən statistik rəqəmlərlə sizləri tanış etdikdən sonra yazının əsas məqsədinə keçiş edəcəyəm.
20.2.13
19.2.13
Etnoqrafik araşdırma nədir? Nələr öyrənilir?
Marketinq araşdırmaları ilə əlaqədar EKSPERT TV-dəki silsilə suallara cavabları bloqdan və qaynağından oxuyan dəyərli oxucularıma çox hörmətli İlkin müəllimin "Etnoqrafik araşdırma haqqında" yazısını da oxumağı tövsiyyə edirəm. İlkin müəllimin bu araşdırma metodunun müsbət tərəflərinə toxunması təqdirə layiqdir. Etnoqrafik araşdırma nədir və nələr öyrənilir bu haqda aşağıdakıları da nəzərinizə çatdırmaq istərdim:
18.2.13
13.2.13
Vizyonsuzlaşma və səbəbləri...
Dəyərli oxucularım yəqin ki xatırlayar keçən yazıda "Azadlıq və inkişaf..." haqda yazmışdım. İnsanların fürsət, şans və şərtlərə hakim olmasının onların inkişafına dəstək olacağı bunlara malik olmaq üçün isə azad olmalarını dilə gətirmişdim. Bəli, bu iki anlayış bir biri ilə müttəfiqdirlər, biri əldə edildiyi vaxt digəri də artar! Və eyni zamanda real olaraq bu xüsusların olması qeyri müəyyənliyi azaldır və nəticədə insanların gələcək istiqamətində düşüncə və görüşlərinin formalaşmasına şərait yaradır. Məhz bu fikirlərdən yola çıxaraq bu yazıda "Vizyon"la əlaqədar qısa düşüncələrimi paylaşmaq istədim.
11.2.13
Azadlıq və inkişaf...
İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir.
Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədiyini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir.
4.2.13
Təcrübə önəmlidir, ancaq...
"Bir defa ben tecrübeye inanmam. Neden? Son 10 yılda olan deyişiklikler, son 2 bin yılda olan deyişikliklərdən daha fazla. Şayet 30 yıllık bir mühendis "Benim tecrübelerim var" derse ve eskide kalmışsa o aradaki tecrübe bir işe yaramaz. Amerikada öyle bir konuşma yaptım, sonunda bin kişi ayağa kalktı ve beni alkışladı. Ancak öncesinde eşim beni uyardı, "yapma, rezil olacaksın" dedi ve toplantıya gelmedi. Ama izleyenler ayakta alkışlayınca baktım ki eşim de dışarıda tebrikleri kabul ediyor." -
İşadamı Şarık Tara. ("Capital" dərgisi-Fevral, 2013 sayından)
Təcrübənin, praktikanın iş həyatında önəmli olduğu haqqında təbii olaraq hər zaman fikirlər irəli sürülür. Bu fikirlər əlbəttə müəyyən bir işi yerinə yetirmək üçün, o işlə əlaqədar daha öncələri rastlanan problem və həll yollarından qazanılan təcrübənin və istifadəsinin önəmliliyini ifadə edir.26.1.13
Ukrayna: İqtisadiyyatın siyasətə qurban edildiyi ölkə...
Bir neçə gündür iş səyahəti məqsədilə Sovetlərin ən zəngin respublikalarından biri olmuş Ukraynadayam. Ukraynaya ilk səyahətim 1998-ci ildə olmuşdur. Həmin vaxt İstanbulda işlədiyim qaynaq elektrodları və telləri istehsal edən bir şirkət üçün paslanmaz polad alımı məqsədilə İstanbul Texnik Universitetinin professoru Kutsal Tülbentçi və Yıldız Texnik Universitetdə marketinq müəllimim olan Prof.Dr İbrahim Kırcova ilə səyahət etmişdim. Bu səyahət zamanı Kiyev, Dnepropetrovsk, Donetsk, Krivoy-Roq və Zaporojye şəhərlərində olmuşdum. Dəyərli hocalarım nə gözəl bir ölkə kişili qadınlı, böyüklü kiçikli hər kəsin üzündən nur yağır deyirdilər...
22.1.13
Satışda etirazları cavablandırmaq yolları...
Əvvəli: "Satışda etirazlarla iş silsiləsindən-1 və Satışda etirazlarla iş silsiləsindən-2" yazılarında...
Müştərinin etirazının əsaslı olduğunu öyrəndikdən sonra etirazların öhdəsindən gəlməniz, yəni müştərinin məmnuniyyətini təmin etməklə etirazı düzgün şəkildə cavablandırmağınız lazımdır. Etirazların öhdəsindən gəlmək üçün istifadə edəcəyiniz üsullardan bəziləri bunlardır:
Subscribe to:
Posts (Atom)










