Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

4.9.14

Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında ölkəmizin mövqeyi: müsbət və mənfi faktlar...

İki gün əvvəl Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hazırlanmış 2014-2015-ci illər üçün 144 ölkəni əhatə edən Qlobal Rəqabətqabiliyyətlilik hesabatı açıqlanmışdır. Təqribən iki il əvvəl 2012-2013-cü illər üçün açıqlanmış hesabat haqqında "Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış" adlı yazımda həmin dövrə aid olan maraqlı göstəricilər haqqında fikirlərimi bölüşmüşdüm. İndi  həmin dövrün göstəricilərinə də nəzər salaraq yeni hesabatda açıqlanmış göstəricilər haqqında fikirlərimi Sizlərlə bölüşmək istərdim.
İlköncə necə deyərlər aysberqin görünən üzünü qeyd edək: Ölkəmiz bu son Qlobal Rəqabətqabiliyyətlilik hesabatında 144 ölkə arasında 39. yerdə mövqelənmişdir. İki il əvvəl ümumi göstəricilər sıralamasında yerimiz 46 idi. Təbii ki bu yüksəlişə sevinmək olar. Ümumi sıralamada ildən ilə yüksəlmək sevindirici haldır. 
Ancaq bu yüksəlişin səbəbi nəyə bağlıdır deyə incələdiyimiz zaman və ya ümumiyyətlə hesabatdakı göstəriciləri bütünlüklə incələrsək görərik ki, ələ alınan çox sayda önəmli faktorlarda elə də irəliləyiş  yoxdur və ya çox azdır.

12.8.14

E-care: Müştəri məmnuniyyətində rəqəmsal vasitələrin rolu

E-care: Müştəri məmnuniyyətində rəqəmsal vasitələrin rolu...

Bu yazımda Müştəri (daxili və xarici) idarəedilməsində Rəqəmsallaşmanın (digitallaşma) yeri və faydaları haqqında qısaca fikir paylaşmaq istəyirəm. Rəqəmallaşma və müxtəlif sahələrdə istifadəsi sürətlə yayılmaqdadır. Yayıldıqca da “ positive externality” faktorunun təsiri ilə müxtəlif sahələrdə öz faydasını göstərməkdədir.

25.7.14

Yenilik nə üçün lazımdır...?

 Hörmətli bloq oxucularım, uzun müdddətli bloq məzuniyyətindən (2 aylıq ara çox uzun müddətdir bloq üçün) sonra Sizinlə faydalı hesab etdiyim bir yazıyla görüşmək istədim. Boston Consulting Group-un növbəti maraqlı araşdırmasından ortaya çıxan nəticələri və bununla əlaqədar yorumları Siz-dəyərli oxucularımla paylaşmağın faydalı olacağı qənaətindəyəm.

Vaxtaşırı müxtəlif araşdırmalar aparan və yayınlayan BCG indi elə öz adıyla bir olan BCG matrisasında 25-30 illik dövrlər arasında baş verən fərqləri önə çıxaran araşdırma və nəticələrini açıqlamışdır. Şirkətlər sahib olduqları business unit-lərə görə Bazar payları və Qazanc paylarına görə 1978-1982 və 2008-2012 dövrlərinə görə araşdırılmışdır. Aşağıdakı şəkildə nəticələr görülməkdədir.

15.5.14

Sistemsiz idarəetmənin zərərləri və dəyişiklik haqqında qısa fikirlər...

 Şirkətlərimizdə idarəetmə professionallığı səviyyəsi aşağı səviyyədə olduğu kimi, bunu aradan qaldırma potensialı da aşağı səviyyədədir. Şirkətlər cəmiyyətin bir vahidi olduğuna görə bu və ya digər vasitə ilə cəmiyyətdə olan bütün “xəstəliklər” onun kiçik forması olan şirkətlərdə də baş verməkdədir. Şirkət bir organizmdir... Başı, bədəni, qolları, ayaqları mövcuddur... Orqanizmin bir üzvündə meydana çıxan bədxassəli yaralar sağalmayınca digər üzvlərə də yayılır və onların da funksiyalarını pozar. Çünki organizm bir sistemdir... Sistem şəklində mövcudluğunu davam etdirməsi üçün sistemi əmələ gətirən hissələr sağlam olmalıdır.

12.5.14

Rəhim müəllimin fəaliyyətləri davam etdirilməlidir...

Əslində mən çox yaxın olmamışam özü ilə. Təxminən bir neçə dəfə müxtəlif tədbirlərdə görüşüb söhbət etdiyim şəxs idi. Ancaq ölkəmizdə illərdir ki aktiv fəaliyyət göstərən şəxslərdən biri olduğunu bilirdim və təqdir edirdim ... Etdikləri az deyildi... yaşasaydı, daha da çox ola bilərdi... Vaxtilə “Azərbaycanda Marketinq” adlı bloq yazımda Marketinq cəmiyyətini azacıq tənqid etsəm də bu “uman yerdən küsərlər” xarakterli və daha çox fəaliyyətə səsləniş idi ki, bununla özü də razılaşmış və tənqidə müsbət və mütərəqqi yanaşmışdır və ölkəmizdə Marketinq fəaliyyətlərinə işıq tutmağa davam edirdi. Bu yazımda Rəhim müəllimin fəaliyyəti haqqında bildiyim və tanıdığım qədəriylə yazmaq istədim...

8.5.14

Korporativ və fərdi təlimlər...

TƏKLİF ETDİYİMİZ TƏLİMLƏR HAQQINDA...

Korporativ təlimlər: 

İstər kiçik ve yeni qurulmuş, istərsə də böyük və aid olduğu sektorda geniş təcrübəyə malik olsun, bütün şirkətlərin hər zaman biznes təlimlərə ehtiyacı vardır. Çünki dünya dəyişdikcə biznes mühiti də dəyişir və dəyişən mühit içində dəyişimdən geri qalmamaq, dəyişimi mənimsəmək, rəqiblərdən fərqlənmək və əlbəttə ən nəhayət lider bir ...qurum olaraq dəyişim yaratmaq üçün bilgi və sevgi ilə dolu personal ehtiyatı vacib amildir.
 Sizə təqdim edəcəyimiz korporativ təlimlərimiz, məhz bu istiqamətdə şirkət personalının ümumi idarəetmə, marketinq və satış, fərdi inkişaf mövzusunda bilgi və işə sevgi dərəcəsini yüksəldərək şirkətinizin davamlı inkişafıyla paralel inkişaf xətti sərgiləməsinə bir vasitədir.

2.5.14

Parazitlər, Qəhrəmanlar, Autsayderlər və Liderlər…

İstər cəmiyyətdə istərsə də cəmiyyətin bir parçası olan biznes sferasında və şirkətlərdə insanları müxtəlif cür kateqoriyalaşdırmaq mümkündür. Bu yazımda belə bir kateqoriyalaşdırmadan bəhs etmək istəyirəm.
Bəhs etdiyim kateqoriyalaşdırma tipinə görə insanları dörd qrupa ayırmaq mümkündür. Mən xarakteristikanı əvvəlcə cəmiyyətdən nümunə verərək izah etmək fikrindəyəm. Daha sonra da bu kateqoriyaları biznes-şirkət həyatı çərçivəsində aydınlaşdırmağa çalışacağam. Bu dörd kateqoriya budur: Parazitlər, Qəhrəmanlar, Autsayderlər və Liderlər.

30.4.14

SATICI VƏ MƏHSUL...

Satışla əlaqədar verdiyim təlimlərdə və ümumiyyətlə satış məkanlarında qarşılaşdığım bir problem haqqında yazmaq istəyirəm. Bu “SATICININ MƏHSULUN ARXASINDA GİZLƏNMƏSİ” problemidir...
Əlbəttə satışın sadə “al-ver, ver-al” izahında  aradakı vasitə mal, məhsul olsa da, əsas problemi görən və həll edən və ya “alan” və “verən” bunu həyata keçirəndir... Bu prosesdə cansız faktorun canlı faktora meydan oxumasını isə təəssüf ki çox görürük. İndiki dövrdə məhsullardakı fərqliliklərdən çox satıcılardakı fərqliliklər daha önəmlidir... Müştəri bağlılığını sadəcə məhsulla yaratmaq təhlükəlidir...  Brend məfhumunun da ortaya çıxması bu səbəbdəndir... Brend dəyərləri müştəriyə kompleks şəkildə çatdırılmadığı təqdirdə aradakı cansız vasitə asanlıqla vazkeçiləcək, başqa bir məhsulla dəyişdiriləcəkdir... Müştəri üçün Siz “doğma” olun...!
Hörmətli satıcılar, satış menecerləri və ümumiyyətlə satış adamları! Təqdim etdiyiniz məhsulun arxasında gizlənməyin.  Həmişə ön planda siz olun, problemi siz ortaya çıxarın, siz həll edin... Yoxsa müştəri məhsul arxasınca başqa satana gedəcəkdir...  
Qısaca məhsul arxasında gizlənməyən, “öncə özünü satmağı bacaran” cəsur, aktiv satıcılar peşəkarlıqlarını artıra biləcəklər, qazanan onlar olacaq... “bu gün bu məhsullarla, sabah başqa məhsullarla”!

11.4.14

Davamlı inkişaf göstəricimiz necədir...?


Dünyanın qabaqcıl araşdırma və məsləhət xidməti göstərən Boston Consulting Group-un (BCG) dünya ölkələrinin DAVAMLI İNKİŞAF göstəriciləri ilə əlaqədar yeni  2014 hesabatı və interaktiv xəritə ilə tanış oldum və istərdim dəyərli oxucularımla paylaşım. BCG-un hazırladığı və SEDA (Sustainable Economic Development Assessment) adlanan hesabat dünyanın 149 ölkəsini əhatə edir. Hesabatda tam 54 göstərici nəzərə alınıb. Bu göstəricilər, Təhsil və bacarıqların inkişafı, Sağlıq, İnvestisiya kapasitesi, Maliyyə göstəriciləri, İqtisadi instutlaşma, İqtisadi dinamika, Sosial inkişaf, Demoqrafiya və işsizlik, Makroiqtisadi idarəetmə kimi ana faktorlar (Key Sustainable Factors) altında incələnmişdir.

10.4.14

Elm adamları və sahibkarlıq fəaliyyəti...

Elm adamı və sahibkarlıq fəaliyyəti... Elm adamı və sahikarlıq fəaliyyəti təəssüfki, bizim düşüncəmizdə daha çox bir-biri ilə uymayan iki fərqli sahə, iki fərqli istiqamət kimi qəbul edilir. Bu əksik düşüncənin indi və yaxın gələcəkdə dəyişdirilməsinin çətin olacağını da söyləmək düzgün olar. Ancaq pessimizmdən çıxaraq bu yazımda bu əksik düşüncənin bəzi ölkələrdə çıxarılan qanunları nümunə göstərərək necə həll etdikləri barədə fikirlərimi paylaşmaq istədim. Yazılarımı təqib edən dəyərli oxucularım yəqin ki “İş dünyası-Universitet əməkdaşlığı və faydaları” adlı yazını oxuyublar. Bu yazıda adından görüldüyü kimi iş dünyası ilə universitetlərin əməkdaşlığı və bu əməkdaşlığın hər iki tərəfə sağlayacağı faydalardan bəhs etmişdim. Hazırkı yazım da məhz bu yazının davamı və orada səslənən fikirlərin möhkəmləndirilməsi istiqamətindədir.

7.4.14

Pərakəndəçilikdə yeni innovasiyalar...

Bloqumuzda vaxtaşırı pərakəndə sektorundakı yeniliklərlə əlaqədar yazılara yer verməyə çalışıram. Bu mövzuda vaxtilə  "Kassa önündə gözləməyə son...Alış-verişdə innovasiya..." adlı yazıda xüsusilə pərakəndə sektorunda-mağazalarda bilgi texbnologiyalarından istifadə haqqında yazmışdım. İndi isə istərdim Almaniyada əyani olaraq gördüyüm pərakəndəçilik sektoruna yönəlik  bəzi innovasiyalar haqqında fikirlərimi paylaşım. Bu innovasiyalardan bəhs etmədən əvvəl Almaniya Kölndə "GS1- Germany Knowledge Center-haqqında məlumat vermək istərdum. Köln Texnologiya Parkında yerləşən GS1-Bilgi mərkəzi xüsusilə şirkətlərdə biznes proseslərin optimallaşdırılması və bu istiqamətdə bilgi texnologiyalarının inkişaf etdirilməsi və tədbiqi sahəsində elmi-praktiki-tədbiqi fəaliyyətləri həyata keçirir.


27.3.14

Alman qənaətcilliyi...amma nədə?

Almaniyadakı biznes tur çərçivəsində xüsusilə pərakəndə sektoru iştirakçılarının fəaliyyət sistemləri haqqında məlumat almaq və fərqli, üstün tərəflərini gözləmləmək imkanı əldə etmişdim.
Alman qənaətcilliyi deyə həmişə üstünə basa basa qeyd edilən bir xüsusiyyətin də əslində nədən ibarət olduğunu da müşahidə etmək, öyrənmək imkanı qazandım.
European Retail Academy prezidenti Prof. Hallierə bu imkanları yaratdığına görə təşəkkür edirəm.
Alman qənaətcilliyinin, xüsusilə pərakəndə sektor baxımından nədən ibarət olduğu barədə yazmaq istəyirəm.

14.3.14

Alıcılar dəyişir, bəs satıcılar...?

Uzun müddətdir xarici və daxili iş səfərlərimin bloqda yazılara davam etməyə mane olsa da faydası da olduqca çox olmuşdur. Pərakəndə sektoruna aid fərqli yanaşmaları, yenilikləri görmək və təbii ki müxtəlif bazarları bu minvalla müqayisə etmək imkanı vermişdir bu səfərlər. Mən də bu əldə etdiyim bu imkanı yazılarımda  Sizlərlə paylaşmaq düşüncəsindəyəm. Bu ilk yazıda ümumi bir tendensiya haqqında yazmaq istədim. Növbəti yazılarda isə daha çox praktik nümunələrdən bəhs edəcəyəm.

7.2.14

Qlobal İnnovasiya İndeksi və ölkəmiz...

Hər hansı bir sahədə inkişaf və uğurun göstəriciləri həmin sahə ilə əlaqədar fərdi və/ və ya qurumsal ekspert rəy və hesabatlarında öz təsdiqini tapmaqdadır. Doğrudur, müəyyən sahələrdə hazırlanan hesabatlarda araşdırma ehmalları və bilərəkdən edilən yanıltmaların olması mümkündür. Ehmallar bilgi faktorundan qaynaqlansa da, yanıltmalardan məqsədli  olaraq istifadə edilir. Ancaq bəhs etdiyim bu əksikliklər çox vaxt siyasi və sosial araşdırmalarda öz əksini tapır. Elmi və bənzər araşdırma və hesabatlarda məqsədli yanıltmaların dərəcəsi nisbətən azdır...

5.2.14

İnformasiya iqtisadiyyatı və “big data” haqqında...

ECOLIFE jurnalında yayınlanmış məqaləm...

 Bilgi texnologiyalarının inkişafı ilə birlikdə iqtisadiyyat elminə və tarixinə yeni anlayışlar girməyə başladı ki bunlar: informasiya cəmiyyəti, bilgi(bilik) iqtisadiyyatı, yeni iqtisadiyyat, şəbəkə iqtisadiyyatı (information society, knowledge economy, new economy, network economy) kimi anlayışlardır.

 Doktorantura təhsilim zamanı bu mövzular bizim dərslərdə çox müzakirə olunan mövzulardı... Və o zaman yeni iqtisadiyyatın klassik iqtisadiyyatla fərqlərini araşdırarkən Kevin Kelly və Nordhaus-un bu barədə irəli sürdükləri çox maraqlı bir tezisin olduğunu görmüşdük. Bu tezis yeni iqtisadiyyat deyə adlandırılan informasiya iqtisadiyyatında tələb və təklif əyrilərinin yerdəyişməsi idi. Bu dəyişmə nəyi açıqlayır?

13.1.14

İdarəetmə, Marketinq, İnnovasiya, Strategiya, Liderlik kimi sahələrdə TOP 50 alim və yazarlar...

 Bundan əvvəlki yazımızda son illərdə marketinq və futurologiya sahəsində mükafat almış və/və ya ən çox satılan və oxunan kitablar haqqında yazmışdım. Bu səpgili yazının davamı olaraq bu yazıda management, marketinq, strategiya, innovasiya, futurologiya, liderlik kimi mövzularda 2002-ci ildən bəri "qurular" siyahılarında yer alan alim, yazar və Business school professorlarının siyahısını nəzərinizə çatdırmaq istəyirəm. Oxumağa çalışarsaq faydalı olacağını ümid edirəm... 

8.1.14

Bu kitablar oxunmalıdır...

2014-cü ildə xoş gördük sizləri... Bütün oxucularıma 2014-cü ildə yeni-yeni uğurlar diləyirəm.
2014-cü ilin ilk yazısında faydalı olsun deyə kitablardan bəhs etmək istəyirəm. Bəhs edəcəyim kitablar 2013-cü ildə Dünya Futuroloqlarının və Amerika Marketinq Assosiasiyasının seçimləri əsasında müəyyənləşən kitablardır. Bu kitabları əldə edib oxumağımız lazımdır.
Ancaq əvvəlcə istərdim Marketinq sahəsində öncəki illərdə ön sıralarda olan kitabları yəni AMA Book Prize for the Best Book in Marketing-də prize alanları və finalistləri nəzərinizə çatdırım.

5.12.13

Özünü Avropaya aid hesab edən ölkə və xalq...

2007-ci ildən demək olar ki hər il və bəzən ildə bir neçə dəfə qonşu Gürcüstanda oluram. Həmin ildən indiyədək həmişə müşahidə etdiyim bir nüans var ki hələ davam edir. Bu da digər ölkələrdən, xüsusilə də Azərbaycandan fərqli olaraq xalqı və hökümətiylə birlikdə Avropalı olmaq istəyidir...

Bəzən özlərini  italyanlara, bəzən ispanlara bənzədən (bunu müxtəlif zamanlarda müxtəlif gürcülərin dilindən eşitmişəm) gürcülər

3.12.13

Benzinin qiyməti, orta əmək haqqı, Qazaxstan və Azərbaycan...

Ölkədə benzinin qiyməti tarif şurasının qərarı ilə ortalama 33,5% qalxdı...
Bəzi müqayisəli rəqəmlər haqqında yazmazdan əvvəl dünyada müxtəlif ölkələrdə benzinin  indiki Noyabr 2013 qiymətləri haqqında bu keçiddən istifadə edərək baxa bilərsiniz: Global Petrol Prices.
İndi isə müxtəlif müqayisəli rəqəmlərlə Sizləri tanış edim.

Azərbaycanda benzinin qiyməti AI-92 70 qəpik= 0,90 USD, AI-95 isə 80 qəpik= 1,02 USD
Qazaxstan neft ölkəsi AI 92 - 117 Tenge=0,76 USD
Qazaxstanda artım cəmi 7 tenqe yani 110 tengeden 117 tengeye qalxmışdır ki bu da 7% artım deməkdir.