Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

16.8.12

DƏYƏR BUCAQLARI-2 Müştəri dəyərlərinin klassifikasiyası



      Müştəri dəyərlərinin klassifikasiyası marketinq və idarəetmə sahəsində aktual məsələlərdən biridir. Belə ki bu sahədə  Anderson, J. C., Narus, J. A., & Rossum, W. v. (2006). Customer Value Propositions in Business Markets. Harvard Business Review dərgisindəki yazılarında müştəri dəyər təkliflərini 3 sinfə ayırmışlar:
 1.    All benefits-Bütün yararlar
 2.    Favourable Points of Difference-   Fərqliliyin əsas nöqtələri
 3.    Resonating Focus-Gücləndirici fokuslaşma

Aşağıdakı cədvəldə bu 3 tip dəyər təkliflərinin nə ifadə etdiyini göstəririk.

15.8.12

DƏYƏR BUCAQLARI-1 (Brend dəyərlərinə aid məqalə)

İstehlakçılar onların mövcud dəyərlərinə dəyər qatan məhsulları almaq istəyirlər. Şirkətlər bu nöqtəni həmişə nəzərə alaraq müştərinin dəyərlərinə dəyər əlavə edən məhsullar təqdim etməlidirlər.
Şirkət öz hədəf kütləsini müəyyənləşdirsə də bu hədəf kütlənin özündə belə şirkəti xaosa götürəcək kifayət qədər çox sayda dəyərlər mövcud ola bilər. Ancaq şirkətlərin mövqelənmə istiqamətindəki fəaliyyətlərinin xaotik olmaması üçün müştərilərin hər hansı bir məhsula verdikləri dəyərlər araşdırılmalı və əsas dəyərlər müəyyənləşdirilməlidir.
Məhsul xarakterindən, istifadə sahəsindən və s. olaraq MÜŞTƏRİ DƏYƏRLƏRİ dəyişə bilər. Bu dəyərlərin sistemləşdirilməsi və əsas dəyərlərin müəyyənləşdirilməsi çətin bir proses olduğu üçün şirkətlərin və ya brendlərin hansı dəyərlərə istigamətlənməsi və bunu məhsullarında necə əks etdirəcəyi də çətin məsələ olaraq qalır.

Şirkətlər bu xaosa düşməmələri üçün iki strategiya izləməlidirlər:

14.8.12

Marketlərdə rəqəmsal marketinq və faydaları

Yazıya nikbin düşüncələrlə başlamaq istəyirəm. Belə ki ticarətin ən aktif və hərəkətli sahəsi olan pərakəndəciliyin ölkədə genişləndiyini görürük. Buna ilbəil açılan yeni market və marketlər şəbəkəsi əyani sübutdur.  Bu sahənin inkişafı və böyüməsi ümumilikdə xidmət sahəsinin inkişafına önəmli dəyər qatacaqdır. Rəqabət artaraq məhsul və xidmət keyfiyyətini stimullaşdıracaqdır. İstehlakçılar da öz növbəsində fərqləndirmə qabiliyyətlərini artıracaqlar və bilgili və tələbkar istehlakçılara çevriləcəkdir.

12.8.12

TƏLİM PROQRAMLARIMIZ



Təlimin adı

                           


   Korporativ


Məqsədi

Distribyutorluq, topdancılıq, dilerlik, franchising kanallarının fəaliyyət şəkilləri və kanalların məqsədyönlü idarə olunma metodlarını satış heyətinə çatdıraraq, satış prosesinin və satış kanallarının efektivliyini artırmaq

Müddəti

2 gün (10:00 -17:00)

Ön şərtlər

Bir qrup maksimum 12 -15 nəfərdən ibarət olmalıdır.

Kimlər iştirak edə bilər

Satış müdirləri, satış menecerləri, ekspeditorlar, logistika işçiləri

Təlimin mövzuları

I Hissə .
Diler (Franchising) Satış kanallarını Efektiv İdarə etmə və İnkişaf Etdirmə Təlimi (2 günlük təlim)

Satış distribyusiya kanalları haqqında məlumatlar
§  Topdancılar
§  Distribyutorluq
§  Pərakəndəçilik
§  Franchising
§  Dilerlik
§  Zincir-Lokal market
§  Mağaza

Dilerlik satış kanalının üstünlükləri
Dilerlik satış kanalının mənfi yönləri
Yeni diler axtarışı və yaradılması fəaliyyətləri
Diler İdarə etmə planı
Diler İdarə etmə funksiyaları
Pull və Push texnologiyaları
Satışların analizi
Diler performansının ölçülməsi
Diler idarə edicinin/Satış menecerinin vəzifələri
Dilerlik standartları və əsas kriteriyalar
Dilerlər sizdən nə gözləyir?
Diler idarəetməsində hesabat işi.

II. Hissə
Müştəri ziyarəti və əhəmiyyəti
Rut Satış sistemi anlayışı
Rut profili nədir
Rut izi nədir
Rut satış sistemi ilə işləyən satış menecerlərinin xüsusiyyətləri
Effektiv Müştəri ziyarəti necə olmalıdır
SATIŞDA 8 ADDIM
-       Addım 1: Hazırlıq
-       Addım 2: Müştəri ilə ünsiyyət qurma
-       Addım 3: Mağazanı və anbarı yoxlamaq
-       Addım 4: Sərgiləmə
-       Addım 5: Sifarişin təyin olunması
-       Addım 6: Təqdimat və etirazlarla iş
-       Addım 7: Satışın yekunlaşdırılması və müştəri xidmətləri
-       Addım 8: İnzibati işlər (Hesabatların hazırlanması,
-        sənədlərin qaydaya salınması)



SATIŞ MENECERLƏRİ ÜÇÜN TƏLİM PROQRAMIMIZ

Təlimin adı

                           
Korporativ Satışların İnkişaf Etdirilməsi Təlimi

Təlimin növü

   Korporativ


Məqsədi
B2B sahəsində fəaliyyət göstərən şirkət satış heyətinə sahənin xüsusiyyətlərinə uyğun satış anlayışlarının və korporativ  satış prinsiplərinin mənimsədilməsi, satış bacarıq və peşəkarlıqlarının artırılması

Müddəti

2 gün (10:00 -17:00)

Ön şərtlər

Bir qrup maksimum 12-15 nəfərdən ibarət olmalıdır.

Kimlər iştirak edə bilər

B2B sahəsi satış heyəti: satış müdirləri, satış menecerləri, ekspeditorlar

Təlimin mövzuları

I. Hissə
Satış, Fərdi satış anlayışları
Business to Business (B2B) və Business to Customers (B2C)
xüsusiyyətləri və əsas fərqlər
B2B-də satın alma metodları
B2B-də müştərilər nə istəyirlər
Satıcı, Satış Meneceri, Satış İnkişaf Meneceri haqqında anlayışlar
Bölgə satışlarının inkişaf etdirilməsi işi nələrdən ibarətdir
Satış bacarığı nədir və necə inkişaf etdirmək olar
Satış bacarıqlarının yoxlanılması metodları
Uğursuz Satış Menecerinin xüsusiyyətləri
Uğurlu Satış Menecerinin xüsusiyyətləri
Müştərilər Satış Menecerlərini necə görmək istəyirlər
Satış Menecerlərinin funksiyaları
Satış Menecerləri hansı məlumatlara malik olmalıdırlar
Satışda istifadə olunan analizlər
(SWOT, ABC analizi, Pareto qanunu, BCG analizi, Product Life circle)
Satışların təxmin edilməsi metodları
Satışların planlaması və əhəmiyyəti
Satışda effektiv ünsiyyət və bədən dilinin istifadəsinin əhəmiyyəti

                                   II. Hissə
Korporativ  satışda satış menecerlərinin fəaliyyət sxemi
           Potensial müştəri bazasının yaradılması
-       Müştərilərin axtarışı, müxtəlif qaynaqlardan istifadə bacarığı
-       Potansial müştəri siyahısının hazırlanması
-       Potansial müştərilərin qiymətləndirilməsi, kateqoriyalaşdırılması
-       Müştərilərlə əlaqələr qurulmasının planlaşdırılması
          Potansial müştərilərlə telefonla iş
-       Qərarverici şəxs(lər)in müəyyənləşdirilməsi
-       Katibə baryerinin aşılması metodları
-       Qərarverici şəxslə telefon görüşməsi necə olmalıdır?
-   Telefon görüşməsini müsbət nəticələndirmə addımları
           Effektiv satış görüşməsinin addımları
-       Hazırlıq (Ofisdə)
-       Addım 1: Əlaqənin (Ünsiyyətin) qurulması
-       Addım 2: Müştərinin mövcud situasiyasının təyin
edilməsi (Ehtiyac analizi)
-       Addım 3: Biznes təklifin təqdimatı
-       Addım 4: Təklifin qəbuluna mane olan faktorların aşkar
edilməsi və aradan qaldırılması ( Bəhanə və etirazlarla iş)
-       Addım 5: Razılaşmanın əldə olunması
-       Addım 6: Satışın kulminasiyası: müştəri ilə
əlaqənin möhkəmləndiriməsi
-       Satışdan sonra görüləcək tədbirlər

29.6.12

Ekspertlər dövrü...

Müxtəlif zaman dövrlərində baş verən dəyişikliklərə görə istehlakçı  davranışları  və bu davranışlara təsir amillər də dəyişməkdədir. Bu dəyişimi 3 etapa bölmək olar:

1. Consumer-İnformation
2. Consumer-User
3. Consumer-Expert

20 il əvvələ qədər istehlakçılara bir malı almaq üçün və ya alış veriş etmək üçün nə lazım idi?

28.6.12

Professionallar hansı qısqacda çabalamaqdadırlar?

Bu gün işə başlarkən bir yaxın dostum tərəfindən bu sözü eşitdim: Şirkət sahibi deyirmiş ki "çox sürətlisən, bu qədər də olmaz"... Bu məqalənin yazılmağına da səbəb bir idarəetməçiyə deyilən bu söz və bu münasibət oldu.
Bilindiyi kimi bir sıra "biznes standartları"na görə şirkətləri güclü və gücsüz (zəif) deyə dərəcələndirməyə ayırmaq mümkündür.  Normal biznes mühitində bu standartların nə olduğu yəqin ki hamya məlumdur. Zəif şirkətlərin gücə sahib olma istiqamətində çalışmaları isə normal biznes mühitində əsas məqsədlərindən biridir. Bəs bizdə? Bu iki ayırıma aid olan "güclü" və "zəif" şirkətlər dərəcəsinə hansı şirkətlər aiddir və burada hansı faktorlar rol oynayır?

15.5.12

Bir daha Eurovision 2012 və Bakının şəhər brendinin formalaşması haqqında...

Bir neçə ay əvvəl bu mövzuda yazdığım yazıya əlavələr etməyin vacibliyini hesab edirəm. Xatırladınızsa yazının sonunda belə bir sual soruşmuşdum:

"Eurovison 2012 şəhər marketinqi baxımından əhəmiyyətli bir layihədir. Ancaq bu layihə Bakıya hansı imici qazandıracaq? Və ya bu Eurovison sonrasında Bakı hansı imic əldə edəcək? 

24.4.12

Kreativlik üçün 3 önəmli faktor...

Kreativlik bilindiyi kimi, əsasən incəsənət dünyası və orijinal ideyaların yaradılması ilə assosiasiya edilməkdədir. Əvvəllər (indi demek olar ki yoxdur ona görə) məşhur rəssamların rassamlıqda yeni cizgilərin yaratması, ədəbi mühitdə yeni cərəyanların yaradılması kimi dəsti-xəttlər kreativlik hesab olunmaqdaydı. Biznesin inkişafı və rəqabətin artması ilə kreativliyin əsas istifadə sahələrindən biri  biznes sferası olmuşdur. Reklam dünyasında ən effektiv və olmazsa olmaz bir vasitə də təbii ki ktreativlikdir.

16.4.12

Marketoloqlara məsləhət: Biraz da futuroloq olsunlar!

Şirkətlərin marketinq əsaslı idarəetməsi əlbəttə ki ilk növbədə marketinqə verilən əhəmiyyətdən və marketoloqların bundan istifadə edərək şirkəti gələcəyə yönləndirmə istək, bilgi və bacarığından asılıdır. Şirkətin sadəcə günlük rutin marketinq fəaliyyətləriylə yanaşı, marketoloqlar hamıdan əvvəl, məhsullarda etdikləri kimi, şirkətlərin də həyat xəttini ən azından təxmin edə bilmələridir. Şirkətin həyat xətti və mərhələləri isə əlbəttə ki daxili və xarici mühitin mövcud və gələcək durumunun təhlili ilə və şirkətin gələcəkdə bazarda hansı mövqedə yerləşəcəyinin təxmin etməklə müəyyənləşdirilə bilər. Bunun üçün marketoloqlar, sadəcə marketoloq deyil, eyni zamanda biraz?! da  futuroloq olmalıdırlar.

25.3.12

Sosial şəbəkələr, brendlər və bununla əlaqədar yeni bir araşdırma...

Xeyli vaxtdır verdiyim fasiləni durduraraq bloqda yeni məqalələrin mövzuları haqqında düşünürdüm. Fikir olaraq bəziləri də hazır idi. Amma bu gün rastladığım bir araşdırma haqqında yazmağın yerinə düşəcəyini düşündüyüm üçün ilköncə buna yer verirəm. Deməli dünyanın aparıcı araşdırma şirkətlərindən biri olan TNS, Digital Life dərgisində sosial şəbəkələrdə istehlakçı davranışları ilə əlaqədar araşdırma nəticələrini yayınlamışdır.

6.3.12

Korporativ saytlardan korporativ bloqlara...

Sosial şəbəkələrdən istifadənin sürətlə artması biznes həyatına da öz təsirini göstərməkdədir. Belə ki şirkətlər sosial şəbəkələrdən müsbət istiqamətdə faydalanmaq məqsədilə artıq  korporativ səhifərilərilə bərabər sosial şəbəkələrdə də şirkət səhifələrinə böyük diqqət göstərməkdədirlər. Ancaq sosial şəbəkələrdəki səhifələr şirkətlərin öz müştərilərinə!!! və ya ümumi ziyarətçilərinə özünü ifadə etməsində eynilə rəsmi şirkət səhifələri kimi yetərsiz qalır. Korporativ səhifələr ya  rəysiz ya da müştəri rəyləri olsa belə qapalı görünməz vəziyyətdə olmaqdadır. Sosial şəbəkələr isə daha çox qısa rəylər məkanı və daha çox qarşı tərəfin fikir və rəylərini duymaq və onu qısaca cavablamaq məkanıdır.

27.2.12

Eurovision 2012 və Bakının şəhər marketinqi

Şirkətlərdə olduğu kimi, şəhərlərin də marketinqi mövcuddur ki bu city marketing adlanır və  marketinq həyatında və ədəbiyyatında öz yerini almışdır. Eurovision 2012 və ona  hazırlıq (bilincli və ya bilincsiz şəkildə fərq etmir) Bakının marketinqi üçün çox əhəmiyyətlidir.
Əvvəlcə city marketing dedikdə bunu qısaca, bir şəhərin imicinin olması və ya formalaşdırılması və bu istiqamətdə şəhərə dəyər qazandırılması fəaliyyətlərini əhatə etdiyini deyə bilərik. Əslində hər bir şəhər bir brenddir.

23.2.12

Konseptuallıq, İş (hərəkət), yoxsa hər ikisi? Dünya bazarına çıxmaqda Azərbaycan şirkətləri nəyi seçməlidir?

Yəqin ki hamı Azərbaycan şirkətlərinin dünya bazarına çıxmasını arzulamaqdadır. Amma dünya bazarına çıxış üçün qısaca desək əvvəlcə şirkətlərimizdə buna inanmaq, bunu istəmək və bu iqtiqamətdə müxtəlif ölkələrə məxsus şirkətlərin təcrübəsini öyrənərək bəhrələnmələri lazımdır. Təbii ki müxtəlif ölkələr dedikdə ilk növbədə yaxın ölkələrə baxmaq lazımdır.
Türkiyə şirkətlərinin dünya bazarına çıxışında izlədikləri strategiya əsasən ixrac üzərində cəmləşməkdədir. Bu ölkənin 1980-ci illərdən sonra iqtisadi inkişafda seçdikləri ixraca yönəlik sənayeləşmə strategiyalarının təbii nəticəsidir. Və danılmaz faktdır ki, bu ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Bu gün KOBİ (Kiçik və Orta böyüklükdəki işlətmələr) kateqoriyasına aid olan kiçik regional şirkətlər belə bunun faydalarını görməkdə və bu politika ilə öz məhsullarını dünya bazarına çıxarmaqdadır. Təbii ki dünya bazarına çıxış şirkətlərin və ixrac etdikləri məhsulların rəqabətin nəticəsi olaraq daim təkmilləşməsinə və şirkətin inkişafına böyük kömək göstərməkdədir.

21.2.12

Yeni iqtisadiyyat və Tələb-Təklif əyriləri...

Bilgi texnologiyalarının inkişafı ilə birlikdə iqtisadiyyat elminə və tarixinə yeni anlayışlar girməyə başladı: bunlar informasiya cəmiyyəti, bilgi(bilik )iqtisadiyyatı, yeni iqtisadiyyat, şəbəkə iqtisadiyyatı (information society, knowledge economy, new economy, network economy) və bunlarla bağlı törəmə anlayışlardır. Bu barədə bizim yazılı və internet ədəbiyyatlarda  çox az qaynağa rast gəldiyim və bunun maraqlı olacağını düşünərək bu barədə qısaca yazmağa qərar verdim.

17.2.12

Yapon idarəetmə mədəniyyəti və idarəetmə prinsipləri...

Bildiyiniz kimi idarəetmə mədəniyyətində iki əsas anlayış Şərq (?) və Qərb idarəetmə mədəniyyəti mövcuddur. Şirkətlərin korporativ idarəetmə sistemləri ümumi idarəetmə mədəniyyətindən təsirlənməkdədir. Korporativ idarəetmədə daha çox iki qərb sistemindən ingilis-amerikan və alman sistemindən bəhs edilir ki, burda da ən çox idarəetmə formalarındakı fərqliliklər ön plana çıxarılır. Bunun da səbəbi əslində bu iki qərb sisteminin idarəetmə mədəniyyəti baxımından bənzər xüsusiyyətlərə malik olmasıdır. Bu xüsusiyyətlər isə ümumi olaraq, fərdilik (qəraralma və məsuliyyət baxımından), iş bölümü və ixtisaslaşma, buna dayanan kariyera inkişafıdır.

Liderlik haqqında: Liderlikdə yeni fəlsəfə

Academic view: A new philosophy of leadership
Business schools need to produce leaders for the many, not the few, says Ken Starkey, a professor at Nottingham University Business School
WHAT are the three hardest words for a business leader to speak? Probably “I don’t know”. Business leaders are encouraged to exhibit confidence, competence and omniscience. But this leads to only two possible outcomes. They can fake it: pretend that they are right because they know that the admission of uncertainty and weakness is a career killer. Or they can believe their own hype, convinced that they are right and know better than everybody else.

16.2.12

İdarəetmə professionallığı...

Professionallıq və bizim şirkətlərdəki səviyyəsi ilə əlaqədar bu məqalədə  əvvəlcə bəzi nüanslara toxunmuşdum. İndi isə idarəetmə professionallığı və bunun sadəcə və sadəcə uzun müddətli iş təcrübəsi və ya üst idarəetmədə uzun müddət işləməklə və yaxud qısa müddətli 1-2 günlük treyninqlərlə əldə etmək mümkün deyil düşüncəsində olduğumu bildirmək istəyirəm. İdarəetmə məktəblərinin, idarəetmə ixtisas və fakültələrinin (əlbəttə səviyyəli) idarəetmə professionallığının yaranmasında nüvə rolu oynadığına mən yaşadığım və izlədiyim hadisə təcrübələrdən əminəm!
Bu gün ölkəmizdə nəinki kiçik şirkətlərdə, bazarda müəyyən səviyyəyə qalxmış böyük sayıla biləcək şirkətlərdə belə idarəetmə professionallığı həddindən ziyadə əksik səviyyədədir.
Bunu necə görmək olar?

15.2.12

Konsumerizm (Consumerism) nədir? Azərbaycanda konsumerizm niyə aşağı səviyyədədir?

Marketinqin inkişafı ilə birlikdə marketinq fəaliyyətlərindən təbii surətdə narazılıqlar da yaranmağa başlamışdır. Bu narazılıqlar nələrdir?

Satış nədir? Satış menecerləri üçün nə ifadə edir?

"Uğurlu Satış Metodları" kitabımdan (Satış menecerləri üçün əl kitabı)


Satış sahəsində işləyən insanlar təmsil etdikləri şirkətin məhsul və ya xidmətlərinin müştərilərə tanıtımını, sifarişin alınmasını, malın təslimi və ödəməsini almaqla bərabər şirkətin müştəri ilə əlaqələrini yaradır, həyata keçirir və inkişaf etdirir. Yəni satış sadəcə sifarişin alınması və malın təslimi deyildir. Eyni zamanda müştərilə əlaqə yaradıb onu inandırmaq və bu əlaqənin, münasibətin davam və inkişaf etdirilməsi fəaliyyətidir.