Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

18.2.08

İXRAC MARKALAŞMA TƏLƏB ETDİYİ KİMİ, MARKALAŞMA DA İXRACI TƏLƏB EDİR!

Azərbaycanda yerli istehsalçıların problemlərindən və ya elə lap dərdlərindən biri
daxili bazarda yerli istehsala güvənin olmaması və import mallarının yerli
istehsaldan üstün tutulmasıdır. Bu qənaət o qədər güclüdür ki, istehlakçılarla bərabər istehsalçıların və satışda rol oynayan insanların özlərində də bu fikri formalaşdırmışdır.
Mən şəxsən formalaşan bu rəyi, mühakimələri aradan qaldırmaq yolunda yerli istehsalçıları fəaliyyətsiz və ya fəaliyyətlərində olduqca yetərsiz görürəm.
Bir malın imicinin formalaşması və MARKAlaşması müxtəlif proses və fəaliyyətlər aşamasından ibarətdir. Markalaşmaya gedən yolda KEYFİYYƏT ən önəmli amildir. Bəs keyfiyyət özünü necə sübut etməlidir?

1.2.08

SATIŞLARIN TƏXMİNİ

Satışlarin təxmini, satışların idarə edilməsinin və ümumiyyətlə idarə etmənin ən çətin sahələrindən biridir. Çox idarəetməçilər düşünürlər ki, onlar çox gözəl təxminləmə apara bilirlər. Ancaq təxminlər çoz zaman alt-üst olmaqda və şirkət və idarəçilər üçün ağır nəticələrə gətirib çıxarmaqdadır.