Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

27.2.12

Eurovision 2012 və Bakının şəhər marketinqi

Şirkətlərdə olduğu kimi, şəhərlərin də marketinqi mövcuddur ki bu city marketing adlanır və  marketinq həyatında və ədəbiyyatında öz yerini almışdır. Eurovision 2012 və ona  hazırlıq (bilincli və ya bilincsiz şəkildə fərq etmir) Bakının marketinqi üçün çox əhəmiyyətlidir.
Əvvəlcə city marketing dedikdə bunu qısaca, bir şəhərin imicinin olması və ya formalaşdırılması və bu istiqamətdə şəhərə dəyər qazandırılması fəaliyyətlərini əhatə etdiyini deyə bilərik. Əslində hər bir şəhər bir brenddir.

23.2.12

Konseptuallıq, İş (hərəkət), yoxsa hər ikisi? Dünya bazarına çıxmaqda Azərbaycan şirkətləri nəyi seçməlidir?

Yəqin ki hamı Azərbaycan şirkətlərinin dünya bazarına çıxmasını arzulamaqdadır. Amma dünya bazarına çıxış üçün qısaca desək əvvəlcə şirkətlərimizdə buna inanmaq, bunu istəmək və bu iqtiqamətdə müxtəlif ölkələrə məxsus şirkətlərin təcrübəsini öyrənərək bəhrələnmələri lazımdır. Təbii ki müxtəlif ölkələr dedikdə ilk növbədə yaxın ölkələrə baxmaq lazımdır.
Türkiyə şirkətlərinin dünya bazarına çıxışında izlədikləri strategiya əsasən ixrac üzərində cəmləşməkdədir. Bu ölkənin 1980-ci illərdən sonra iqtisadi inkişafda seçdikləri ixraca yönəlik sənayeləşmə strategiyalarının təbii nəticəsidir. Və danılmaz faktdır ki, bu ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Bu gün KOBİ (Kiçik və Orta böyüklükdəki işlətmələr) kateqoriyasına aid olan kiçik regional şirkətlər belə bunun faydalarını görməkdə və bu politika ilə öz məhsullarını dünya bazarına çıxarmaqdadır. Təbii ki dünya bazarına çıxış şirkətlərin və ixrac etdikləri məhsulların rəqabətin nəticəsi olaraq daim təkmilləşməsinə və şirkətin inkişafına böyük kömək göstərməkdədir.

21.2.12

Yeni iqtisadiyyat və Tələb-Təklif əyriləri...

Bilgi texnologiyalarının inkişafı ilə birlikdə iqtisadiyyat elminə və tarixinə yeni anlayışlar girməyə başladı: bunlar informasiya cəmiyyəti, bilgi(bilik )iqtisadiyyatı, yeni iqtisadiyyat, şəbəkə iqtisadiyyatı (information society, knowledge economy, new economy, network economy) və bunlarla bağlı törəmə anlayışlardır. Bu barədə bizim yazılı və internet ədəbiyyatlarda  çox az qaynağa rast gəldiyim və bunun maraqlı olacağını düşünərək bu barədə qısaca yazmağa qərar verdim.

17.2.12

Yapon idarəetmə mədəniyyəti və idarəetmə prinsipləri...

Bildiyiniz kimi idarəetmə mədəniyyətində iki əsas anlayış Şərq (?) və Qərb idarəetmə mədəniyyəti mövcuddur. Şirkətlərin korporativ idarəetmə sistemləri ümumi idarəetmə mədəniyyətindən təsirlənməkdədir. Korporativ idarəetmədə daha çox iki qərb sistemindən ingilis-amerikan və alman sistemindən bəhs edilir ki, burda da ən çox idarəetmə formalarındakı fərqliliklər ön plana çıxarılır. Bunun da səbəbi əslində bu iki qərb sisteminin idarəetmə mədəniyyəti baxımından bənzər xüsusiyyətlərə malik olmasıdır. Bu xüsusiyyətlər isə ümumi olaraq, fərdilik (qəraralma və məsuliyyət baxımından), iş bölümü və ixtisaslaşma, buna dayanan kariyera inkişafıdır.

Liderlik haqqında: Liderlikdə yeni fəlsəfə

Academic view: A new philosophy of leadership
Business schools need to produce leaders for the many, not the few, says Ken Starkey, a professor at Nottingham University Business School
WHAT are the three hardest words for a business leader to speak? Probably “I don’t know”. Business leaders are encouraged to exhibit confidence, competence and omniscience. But this leads to only two possible outcomes. They can fake it: pretend that they are right because they know that the admission of uncertainty and weakness is a career killer. Or they can believe their own hype, convinced that they are right and know better than everybody else.

16.2.12

İdarəetmə professionallığı...

Professionallıq və bizim şirkətlərdəki səviyyəsi ilə əlaqədar bu məqalədə  əvvəlcə bəzi nüanslara toxunmuşdum. İndi isə idarəetmə professionallığı və bunun sadəcə və sadəcə uzun müddətli iş təcrübəsi və ya üst idarəetmədə uzun müddət işləməklə və yaxud qısa müddətli 1-2 günlük treyninqlərlə əldə etmək mümkün deyil düşüncəsində olduğumu bildirmək istəyirəm. İdarəetmə məktəblərinin, idarəetmə ixtisas və fakültələrinin (əlbəttə səviyyəli) idarəetmə professionallığının yaranmasında nüvə rolu oynadığına mən yaşadığım və izlədiyim hadisə təcrübələrdən əminəm!
Bu gün ölkəmizdə nəinki kiçik şirkətlərdə, bazarda müəyyən səviyyəyə qalxmış böyük sayıla biləcək şirkətlərdə belə idarəetmə professionallığı həddindən ziyadə əksik səviyyədədir.
Bunu necə görmək olar?

15.2.12

Konsumerizm (Consumerism) nədir? Azərbaycanda konsumerizm niyə aşağı səviyyədədir?

Marketinqin inkişafı ilə birlikdə marketinq fəaliyyətlərindən təbii surətdə narazılıqlar da yaranmağa başlamışdır. Bu narazılıqlar nələrdir?

Satış nədir? Satış menecerləri üçün nə ifadə edir?

"Uğurlu Satış Metodları" kitabımdan (Satış menecerləri üçün əl kitabı)


Satış sahəsində işləyən insanlar təmsil etdikləri şirkətin məhsul və ya xidmətlərinin müştərilərə tanıtımını, sifarişin alınmasını, malın təslimi və ödəməsini almaqla bərabər şirkətin müştəri ilə əlaqələrini yaradır, həyata keçirir və inkişaf etdirir. Yəni satış sadəcə sifarişin alınması və malın təslimi deyildir. Eyni zamanda müştərilə əlaqə yaradıb onu inandırmaq və bu əlaqənin, münasibətin davam və inkişaf etdirilməsi fəaliyyətidir.

14.2.12

Satış işçiləri və fərqləri...

"Uğurlu Satış Metodları" kitabımdan...

Şirkətlərdə satış heyətinin vəzifə və funksiyaları, bu heyətin fərqli məqsədlər üçün istifadə edilməsinə görə bir birlərindən fərqlənir.
Hər şirkət öz marketinq və satış strategiyasına (təklif edilən mal və xidmətə görə və s.) bir satış heyətini seçir və bu satış heyətindən gözlədiyi xidmətlər digər bir satş heyətinkindən fərqlənir.
Satışla əlaqədar vəzifələri ən az yaradıcılıq istəyən növündən ən çox yaradıcılıq istəyən növünə doğru bir sırayla sıralasaq aşağıdakı əsas satış vəzifələri qarşımıza çıxacaq.

11.2.12

Azərbaycanda marketinq

Azərbaycanda marketinqin dünəni, bu günü və gələcəyi haqqında düşüncələrimi paylaşmaq istədim. Başlamadan əvvəl bunu demək istəyirəm ki Azərbaycanda marketinqin dünəni ele bu gündür, gələcəyinin isə bu gündən fərqli olması üçün çox çalışmaq lazımdır, çox. Əks təqdirdə gələcəyi də elə bugünkü vəziyyətdən fərqli olmayacaqdır.

10.2.12

Og Mandino fəlsəfəsi...

Og Mandino ilə ilk tanışlığım "Dünyanın ən böyük satıcısı" kitabını oxumaqla oldu... Elə bu kitabındaca onun həyat fəlsəfəsi ilə tanış olmaq mümkündür. Və bu kitabdan öyrəndiyim əsasən "istə, hərəkət et və başarana qədər təslim olma!" olmuşdur. Daha sonra Mandinonun həyat fəlsəfəsiylə daha yaxından tanış olmaq üçün onun "The Ten Scrolls"-unu oxumuşdum. Bunu oxumağı və həyatınızda tədbiq etməyə çalışmanızı tövsiyyə edərdim. Nədir bu on qayda?

9.2.12

İş romanları...Darboğaz idarəetməsi və Goldratt

Son illərdə mənim üçün maraqlı olan kitablar iş romanları kitablarıdır. Belə romanlar ilk dəfə keçən il əbədiyyətə qovuşan Eliyahu Goldratt tərəfindən yazılmışdır və idarəetmə məktəblərində böyük rəğbət qazanmışdır.
Goldrattın bu silsilədə Jeff Cox-la birlikdə yazdığı kitablardan biri "The Goal" adlanır. Bu iş romanında Goldratt özünün banisi olduğu TOC- Theory of Constraints-in "Darboğaz idarəetməsi"nin (Kısıtlar teorisi) istehsal sahəsində nəcə istifadə olunacağını çox sadə və günlük iş söhbətləri şəklində ortaya qoymuşdur. Bu əsər bestseller olmuş və idarəetmə məktəblərinin çoxunda istifadə edilməyə başlanmışdır. Bu kitabı xüsusilə istehsal sahələri idarəetməçilərinə çox tövsiyyə edərdim.
Bu əsərdən sonra Goldratt-ın 2007-ci ildə Satış qabiliyyəti və Satış əməliyyatlarının TOC vasitəsilə idarəedilməsi mövzusunda yazdığı " The Cash Machine" adlı kitabını bu sahədə çalışanlara tövsiyyə edə bilərəm.

7.2.12

İş dünyası-Universitet əməkdaşlığı və faydaları

Bundan əvvəlki iş dünyasında professionallıqla əlaqədar yazımda idarəetmə mədəniyyətinin formalaşması üçün idarəetmə məktəbinin olması bunun üçün isə iş dünyası(sənaye) universitet əməkdaşlığının yaradılması və gücləndirilməsinin vacib olduğu haqqında yazmışdım.
İş dünyası və akademi dünyası (universitetlər) arasında əməkdaşlıq nə üçün lazımdır və bu istiqamətdə nələr etməliyik?  Hər iki sahənin inkişafı iş dünyasının elmi və akademi dünyasının isə praktiki imkanları necə istifadə etdiyindən, necə dəyərləndirdiyindən birbaşa asılıdır. Akademik bilgiləri istehsal edilə biləcək mal və xidmətə çevirmək, praktik təcrübələrin isə yeni elmi yeniliklər üçün istifadə etmək iş dünyası-akademik dünyası əməkdaşlığının ən əsas vəzifəsi olmalıdır.

6.2.12

Professionallıq nədir və bizim şirkətlərdə hansı səviyyədədir...

Yəqin ki mənimlə razılaşarsınız ki, ölkəmizin biznes və digər idarəetmə sahələrində mövcud problemlərin kökündə əsasən idarəetmənin qeyri professional (qeyri peşəkar) olması durur. Bunun obyektiv və subyektiv səbəblərinin var olduğunu da qəbul edirik. Bu yazımda professinallıq haqqında fikirlərimi qısaca sizə çatdıraraq müxtəlif sahələrdə idarəetmə kadrlarının öz professionallıqlarını artırmaq üçün hansı addımlar atmalarının önəmli olduğunu qeyd edəcəyəm.
İlk növbədə professionallıq nədir bunu izah edək...

3.2.12

Satışın və xidmətin tək ölkəsi...

İstanbulda keçirilən İMOB - Mebel sərgisində bir daha  satışın və müştəri xidmətinin ən yüksək səviyyədə olduğu tək ölkənin Türkiyə olmasının şahidi oldum. Sərgi keçirilən salonlara daxil olmadan elə  resepşndakı,  məlumat bürosundakı gülərüz qarşılma, heç bir problemsiz və çox qısa zamanda qeydiyyatların aparılması, giriş qapılarındakı təhlükəsizlik xidməti əməkdaşlarının gülərüz simaları, "hoş geldiniz, buyurun efendim" kəlimələrini söyləmələri sərgiyə gələnlərdə ilk andaca xoş təəssüratlar yaradır.

1.2.12

İnandırma qabiliyyətinin 4 P-si

İş həyatında və ya ümumiyyətlə şəxsi inkişaf sahəsində ən çox danışılan və tələb olunan fərdi qabiliyyətlərdən biri inandırma qabiliyyətidir. Bu mövzuda müxtəlif idarəetməçi və psixoloqlar tərəfindən xeyli kitablar yazılmış və yazılmaqdadır. Bu barədə bilindiyi kimi ən çox oxunan və tanınan "Dost qazanma və insanlara təsir etmə sənəti" kitabının müəllifi Amerikan yazar Dale Carnegie -dir. Ancaq  son on ildə idarəetmə, şəxsi inkişaf  və xüsusilə fərdi satış sahəsində müxtəlif kitablarla məşhur biznes məsləhətçi və təlimçi Brian Tracy-nin fikirləri diqqətəlayiqdir. Biznes məsləhətçi bu mövzuda son günlərdə yayınladığı məqaləsində İnandırma qabiliyyətində 4 P-nin əhəmiyyətli olduğunu vurğulamaqdadır. Bəs nədir bu 4 P?