Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

20.4.13

İctimai insiativlik və nümunəsi...

Demokratik dəyərləri, prinsipləri həmişə ya okeanın o tayında ya da qərbi Avropada axtarırıq. Ancaq nə qədər uzaq olsaq da bizimlə müəyyən dövr eyni şərtlərdə, sistemdə yaşamış, ancaq bu sistemdən yaxalarını qurtaran kimi,  digər sovet cümhuriyyətlərindən fərqli olaraq şüurda və əməldə demokratik prinsipləri mənimsəmiş baltikyanı dövlətləri heç izləmirik.

İctimai insiativlik (təşəbbüskarlıq) cəmiyyətlərin inkişafında və demokratikləşmə istiqamətində önəmli   fəaliyyət və özveridir. İctimai təşəbbüskarlığı cəmiyyətin mənafeyinə yönəlik dəyişiklik və yeniliklərə nail olmaq üçün həmin cəmiyyətin müsbət rəyini və dəstəyini qazanaraq aparılan  fəaliyyət kimi adlandıra bilərik. 

Dünya futurulogiya birliyinin səhifəsində maraqlı bir məlumata rast gəldim. Cəmiyyətlərin insiativliyi haqqında olan bir yazıda bunun parlaq nümunəsi olaraq Latviya göstərilmişdir. Niyə məhz Latvia, hansı ictimai insiativlik (təşəbbüskarlıq) nəticəsində? Qısa olaraq bu haqqında yazmaq istədim. 

Latviyada ictimai insiativlik (təşəbbüskarlıq) saytı fəaliyyət göstərməkdədir: http://manabalss.lv/.  İctimai insiativlik olaraq sayt hansı işi görür? Sayta 16 yaşını doldurmuş hər bir Latviya vətəndaşı qanun təklifi və dəyişikliyi haqqında təklif irəli sürə bilər. Saytda irəli sürülən təəkliflər 10000-dən artıq səs toplayarsa, bu əlaqədar qurumlarda (parlamentdə) müzakirə olunur. Bunun nəticəsində artıq iki qanun qəbul edilmişdir.

Gördüyümüz kimi, bəzi ölkələrdə sosial şəbəkələrdəki ictimai təşəbbüskarlığın, aktivliyin qarşısı alınmaq istənir,  əngəllənir və s., bəzi ölkələrdə isə bu təşəbbüskarlıq üçün lazımi imkan və şərait yaradılır. Hansı daha mütərəqqi və inkişafa yönəlikdir...?

No comments: