Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

30.4.14

SATICI VƏ MƏHSUL...

Satışla əlaqədar verdiyim təlimlərdə və ümumiyyətlə satış məkanlarında qarşılaşdığım bir problem haqqında yazmaq istəyirəm. Bu “SATICININ MƏHSULUN ARXASINDA GİZLƏNMƏSİ” problemidir...
Əlbəttə satışın sadə “al-ver, ver-al” izahında  aradakı vasitə mal, məhsul olsa da, əsas problemi görən və həll edən və ya “alan” və “verən” bunu həyata keçirəndir... Bu prosesdə cansız faktorun canlı faktora meydan oxumasını isə təəssüf ki çox görürük. İndiki dövrdə məhsullardakı fərqliliklərdən çox satıcılardakı fərqliliklər daha önəmlidir... Müştəri bağlılığını sadəcə məhsulla yaratmaq təhlükəlidir...  Brend məfhumunun da ortaya çıxması bu səbəbdəndir... Brend dəyərləri müştəriyə kompleks şəkildə çatdırılmadığı təqdirdə aradakı cansız vasitə asanlıqla vazkeçiləcək, başqa bir məhsulla dəyişdiriləcəkdir... Müştəri üçün Siz “doğma” olun...!
Hörmətli satıcılar, satış menecerləri və ümumiyyətlə satış adamları! Təqdim etdiyiniz məhsulun arxasında gizlənməyin.  Həmişə ön planda siz olun, problemi siz ortaya çıxarın, siz həll edin... Yoxsa müştəri məhsul arxasınca başqa satana gedəcəkdir...  
Qısaca məhsul arxasında gizlənməyən, “öncə özünü satmağı bacaran” cəsur, aktiv satıcılar peşəkarlıqlarını artıra biləcəklər, qazanan onlar olacaq... “bu gün bu məhsullarla, sabah başqa məhsullarla”!

11.4.14

Davamlı inkişaf göstəricimiz necədir...?


Dünyanın qabaqcıl araşdırma və məsləhət xidməti göstərən Boston Consulting Group-un (BCG) dünya ölkələrinin DAVAMLI İNKİŞAF göstəriciləri ilə əlaqədar yeni  2014 hesabatı və interaktiv xəritə ilə tanış oldum və istərdim dəyərli oxucularımla paylaşım. BCG-un hazırladığı və SEDA (Sustainable Economic Development Assessment) adlanan hesabat dünyanın 149 ölkəsini əhatə edir. Hesabatda tam 54 göstərici nəzərə alınıb. Bu göstəricilər, Təhsil və bacarıqların inkişafı, Sağlıq, İnvestisiya kapasitesi, Maliyyə göstəriciləri, İqtisadi instutlaşma, İqtisadi dinamika, Sosial inkişaf, Demoqrafiya və işsizlik, Makroiqtisadi idarəetmə kimi ana faktorlar (Key Sustainable Factors) altında incələnmişdir.

10.4.14

Elm adamları və sahibkarlıq fəaliyyəti...

Elm adamı və sahibkarlıq fəaliyyəti... Elm adamı və sahikarlıq fəaliyyəti təəssüfki, bizim düşüncəmizdə daha çox bir-biri ilə uymayan iki fərqli sahə, iki fərqli istiqamət kimi qəbul edilir. Bu əksik düşüncənin indi və yaxın gələcəkdə dəyişdirilməsinin çətin olacağını da söyləmək düzgün olar. Ancaq pessimizmdən çıxaraq bu yazımda bu əksik düşüncənin bəzi ölkələrdə çıxarılan qanunları nümunə göstərərək necə həll etdikləri barədə fikirlərimi paylaşmaq istədim. Yazılarımı təqib edən dəyərli oxucularım yəqin ki “İş dünyası-Universitet əməkdaşlığı və faydaları” adlı yazını oxuyublar. Bu yazıda adından görüldüyü kimi iş dünyası ilə universitetlərin əməkdaşlığı və bu əməkdaşlığın hər iki tərəfə sağlayacağı faydalardan bəhs etmişdim. Hazırkı yazım da məhz bu yazının davamı və orada səslənən fikirlərin möhkəmləndirilməsi istiqamətindədir.

7.4.14

Pərakəndəçilikdə yeni innovasiyalar...

Bloqumuzda vaxtaşırı pərakəndə sektorundakı yeniliklərlə əlaqədar yazılara yer verməyə çalışıram. Bu mövzuda vaxtilə  "Kassa önündə gözləməyə son...Alış-verişdə innovasiya..." adlı yazıda xüsusilə pərakəndə sektorunda-mağazalarda bilgi texbnologiyalarından istifadə haqqında yazmışdım. İndi isə istərdim Almaniyada əyani olaraq gördüyüm pərakəndəçilik sektoruna yönəlik  bəzi innovasiyalar haqqında fikirlərimi paylaşım. Bu innovasiyalardan bəhs etmədən əvvəl Almaniya Kölndə "GS1- Germany Knowledge Center-haqqında məlumat vermək istərdum. Köln Texnologiya Parkında yerləşən GS1-Bilgi mərkəzi xüsusilə şirkətlərdə biznes proseslərin optimallaşdırılması və bu istiqamətdə bilgi texnologiyalarının inkişaf etdirilməsi və tədbiqi sahəsində elmi-praktiki-tədbiqi fəaliyyətləri həyata keçirir.