Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

27.5.13

Dünya dəyişir: 2020-ci ilin ən böyük 10 iqtisadiyyatı

Dəyərli bloq oxucularımı Beynəlxalq Maliyyə Fondunun (IMF) 2020 və daha sonrakı dönəmlər üçün ön sürdüyü maraqlı dəyişikliklərlə tanış etmək istəyirəm.
IMF-Euromonitor araşdırma və təxminlərinə görə 2020 və sonrakı 10 illiklərdə iqtisadi coğrafiyada güc mərkəzləri dəyişəcəkdir. Böyük umudlarla qurulan Avropa Birliyi iqtisadi cəhətdən geriləmə xəttindədir. Geriləmə trendi daha əvvəldən başlasa da  2010-cu il ilə 2020-ci ildə dünyada ən iri iqtisadiyyata sahib ölkələr sırasından artıq Avropa ölkələri arxa pillələrə düşməkdə, bəziləri isə ümumiyyətlə siyahıdan çixmaq üzrədirlər. Bu geriləmə trendinin daha sonrakı 10 illiklərdə isə daha sürətlə gedəcəyi də söylənir. 2030-cu illərdə Türkiyənin də ən böyük iqtisadiyyatlardan birinə sahib olacağı təxmin edilməkdədir.  Bəs Avropa ölkələrini hansı dövlətlər əvəz edəcək? Bu suala cavab vermək üçün elə aşağıdakı cədvəl və grafiklərə nəzər salsaq aydınca görə bilərik:

22.5.13

2013 üçün TOP 10 İdarəetmə texnikaları və trendləri...

Hər hansı bir sahədə professionallığın yüksəlməsinin ən önəmli yollarından biri də həmin sahəyə aid dünyada baş verən yenilikləri, trendi izləmək, müqayisəli analiz etmək və mümkün olduğunca maksimum səviyyədə bunlardan öyrənərək, istifadə edərək, tətbiq etməyə çalışmaqdır.  

İdarəetmə sahəsində bu cür trendləri və araşdırmaları edən şirkətlərdən biri araşdırma və konsaltinq xidməti göstərən Bain&Company konsaltinq şirkətidir. Yazılarımızı davamlı təqib edən dəyərli oxucularım xatırlayar ki keçən ilin əvvəllərində Top 10 İdarəetmə texnikləri adlı yazımda bununla əlaqədar məlumatlar vermişdim. Burada adı qeyd olunan şirkət tərəfindən 2011 üçün hazırlanmış hesabat haqqında informasiyaları paylaşmışdım.

21.5.13

Satışların təxmini və önəmi...

Satışların təxmini, satışların idarə edilməsinin və ümumiyyətlə idarə etmənin ən çətin sahələrindən biridir. Çox idarəetməçilər düşünürlər ki, onlar çox gözəl təxminləmə apara bilirlər. Ancaq təxminlər çox zaman alt-üst olmaqda və şirkət və idarəçilər üçün ağır nəticələrə gətirib çıxarmaqdadır. 
Marketinq quruları hələ də təxminləmənin bir elm və ya sənət olması haqqında mübahisə edirlər. Deyə bilərik ki, təxminləmə hem bir elm, həm də bir sənətdir.

Təxmin- fəaliyyətlərin nəticəsini təyin etməyə çalışan ehtimalların ve ekspert rəylərinin fəaliyyətin özünün həyata keçirilmə yolu və trendi və ya gözlənən nəticələrin rəqəmlərlə ifadə edilməsidir. Təxminlər qısa-müddətli (adətən 3 aylıq zaman ərəfəsini), orta müddətli (normalda 1 vəya 2 ili əhatə edən) və uzun müddətli (3 ildən çox müddət) olmaqdadır. 
Bazarın təxmini, əldə olan informasiyanın nə qədər düzgün olmasına baxmayaraq, marketoloqların ən çətin vəzifələrindən biridir. Mal və xidmətlər istehsalına qoyulacaq investisiyalara bazar təxminlərinə dayanaraq qərar verilməkdədir.

16.5.13

Milli Marketinq Forumu...

Hər bir sahənin irəliləyişi, inkişafı həmin sahə ilə əlaqədar qurum və şəxslərin: ixtisas sahiblərinin, sahə akademisyenlərinin, praktik iş təcrübəsi olanların,  sahənin PROBLEMLƏRİ-ni görüb həlli istiqamətində   nəzəri və PRAKTİK bilgilərini dilə gətirərək, qarşılıqlı müzakirə və PAYLAŞMA-dan çox asılıdır. Dilə gətirilməyən problem, PROBLEM olaraq qalır, dilə gətirilirsə PRAKTİK həlli yolları düşünülür və bu həll yolları ilə əlaqədar  bilgi və informasiyaları PAYLAŞMAQ isə həmin bilgi və informasiyaların  istifadə  arenasını genişləndirir... Bu isə əlaqədar sahədə yer alan bütün iştirakçıların inkişafına xidmət edir.

7.5.13

Ölkədə elmin inkişafı haqqında görüşlər...

Bir əvvəlki bloq yazımda elmi jurnalistika haqqında yazmışdım. Bu sahənin ölkəmizdə hansı səviyyədə olduğu haqqında fikirlərimi paylaşmışdım. Ümumiyyətlə akademik sahənin içində olduğum üçün bu sahədəki problemlər və çıxış yolları məni həmişə düşündürür. Elmi jurnalistika haqqında fikirlərim də bundan qaynaqlanmışdır. Ancaq daha sonra düşündüm ki bu elmin inkişafı üçün eşitdiyim, oxudğum və gördüklərimdən bu sahə haqqında mütəmadi yazılarla çıxış edim. Elə buna görə də bu yazıda da ümumi olaraq elmin inkişafı ilə əlaqədar "eşitdiklərim, oxuduqlarım, gördüklərim" silsiləsindən bəzi fikirlərimi paylaşmaq istədim.

4.5.13

Elmi jurnalistikamız nə yerdədir?

Jurnalistika dedikdə təbii ki ilk öncə yazılı və sözlü KİV jurnalistikası ağlımıza gəlir. Bu normaldır, ancaq  jurnalistikada bir sahə də elmi jurnalistika sahəsidir. Bu yazıda məhz elmi jurnalistikanın bu günü və gələcəyi barədə fikirlərimi bölüşmək istədim.
Digər jurnalistika sahələrində  mütəxəssis və elə yazılı mətbuat baxımından problem keyfiyyətdə olsa da kantitativ baxımdan bu sahələr "inflyasiyadadır" deyə bilərik. Təəssüf ki jurnalistikanın ənənəvi sahələrində bu kantitativ çoxluq keyfiyyətə hələ yansımayıbdır. Ancaq elmi jurnalistika sahəsində məhz hələ ikincinin yetərsizliyi hökm sürür. Keyfiyyətin hər sahədə müqayisə və rəqabətdən doğmasını nəzərə alsaq, rəqabətə və ya onun şiddətinə isə həmin sahədə iştirakçı sayının kifayət qədər çox olması təsir edir.

2.5.13

İdarəetmədə McKinsey 7S modeli...

Dəyərli oxucularım xatırlayar ki, "İdarəetmədə sistem anlayışı" adlı  bundan əvvəlki yazımda sistem mexanizmi və sistemi əmələ gətirən faktorlar, açıq və qapalı sistem və sistem elementlərindən bəhs etmişdim. Və növbəti yazıda İdarəetmədə McKinsey-in 7S modeli haqqında yazacağımı bildirmişdim.

Bu model haqqında yazmadan əvvəl demək istərdim ki ümumiyyətlə idarəetmə, iqtisad və ya digər müxtəlif sahələrdə irəli sürülən problem və həll yolları əsasən sistem anlayışı içində ələ alınmış və irəli sürülmüşdür.