Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

18.2.08

İXRAC MARKALAŞMA TƏLƏB ETDİYİ KİMİ, MARKALAŞMA DA İXRACI TƏLƏB EDİR!

Azərbaycanda yerli istehsalçıların problemlərindən və ya elə lap dərdlərindən biri
daxili bazarda yerli istehsala güvənin olmaması və import mallarının yerli
istehsaldan üstün tutulmasıdır. Bu qənaət o qədər güclüdür ki, istehlakçılarla bərabər istehsalçıların və satışda rol oynayan insanların özlərində də bu fikri formalaşdırmışdır.
Mən şəxsən formalaşan bu rəyi, mühakimələri aradan qaldırmaq yolunda yerli istehsalçıları fəaliyyətsiz və ya fəaliyyətlərində olduqca yetərsiz görürəm.
Bir malın imicinin formalaşması və MARKAlaşması müxtəlif proses və fəaliyyətlər aşamasından ibarətdir. Markalaşmaya gedən yolda KEYFİYYƏT ən önəmli amildir. Bəs keyfiyyət özünü necə sübut etməlidir?
 Hər şeydən əvvəl nəzərə alaq ki keyfiyyət nisbi xarakter daşıyır. Yəni keyfiyyət RƏQABƏT analizində yer alan ən mühüm amildir və buna görə bir şirkət mallarının keyfiyyəti bir və ya bir neçə digər şirkətlərin mallarına görə nisbi olaraq keyfiyyətli, bəzilərinə görə isə nisbi olaraq keyfiyyətsiz olmaqdadır. Bununla bərabər bir malın keyfiyyəti, istehsal olunduğu coğrafi məkan və bu coğrafi məkanın eyni adlı malda ənənəvi keyfiyyət üstünlüyünün olması ilə sıx bağlıdır. Məsələn, Çex xrustal qabları, Alman maşınları, Yaponiya elektronik əşyaları, İtalya mebelləri, Fransa şərabı, Hollandiya pendiri və s. və s. Bu mallar ənənəvi keyfiyyət üstünlüyünə görə artıq ölkə adlarıyla birgə simvollaşmışdır.

Amma bu o demək deyil ki, digər ölkələr eyni adlı mallarda yüksək keyfiyyət əldə edə bilməz və tanına bilməz. Burada iş şirkətlərə düşür! Əgər hər hansı bir şirkət keyfiyyətli olmasına rəğmən öz malıyla daxili bazarda imic qazana bilmirsə, bu şirkətlərə ən yaxşı məsləhət xarici bazarlara çıxmasıdır. Demirlər ki keyfiyyətimiz import mallarından daha geri qalmır və ya hətta analoq import mallardan üstündür. Onda öz keyfiyyətlərini rəqabətin daha çox olduğu müxtəlif xarici bazarlarda sübut etməlidirlər. Hətta bu bazarlar içində inkişaf etmiş ölkələr və ümumi yaşayış səviyyəsi ölkəmizdən yüksək olan ölkələr yer almalı və ixrac ölkə say etibariylə az olmamalıdır. Qısaca şirkətlər ölkə əsaslı BAZAR ÇEŞİDLƏNDİRİLMƏSİnə (country based market differentiation) getməlidirlər. Bunu bacardıqları və sübut etdikləri təqdirdə daxili bazarda imic formalaşdırmaq və istehlakçıların rəğbətini qazanmaq çətin olmayacaqdır.

ŞİRKƏTLƏRİN XARİCİ BAZARLARDA BÖYÜK RƏQABƏT İÇİNƏ GİRMƏLƏRİ ONLARIN ÖZ MALLARINDA KEYFİYYƏTCƏ TƏKMİLLƏŞMƏYƏ GETMƏSİNİ SÜRƏTLƏNDİRƏCƏK VƏ SÖZÜN ƏSİL MƏNASINDA KEYFİYYƏT STANDARTI QAZANDIRACAQDIR!

Bir məhsul üçün BAZAR ÇEŞİDLƏNDİRİLMƏSİ bu məhsula KEYFİYYƏT STANDARTI və AD –MARKA QAZANDIRIR!

İXRAC MARKALAŞMA TƏLƏB ETDİYİ KİMİ, MARKALAŞMA DA İXRACI TƏLƏB EDİR!

İXRAC DAXİLİ BAZARDA İMİC QAZANMAQ ÜÇÜN ÇOX EFFEKTLİ BİR VASİTƏDİR!

Qaldı ki, daxili bazarda markalaşmada və imic formalaşdırmaqda çətinlik çəkən şirkətlər söylədiyimiz bu yolda əlindəki və / və ya istifadə edə biləcəkləri qaynaqlardan necə istifadə edir və ya etməlidir? Bu ayrı bir yazı mövzusudur...

11 comments:

Rüstəm Məmmədov said...

Cəbrayıl bəy, yazınızın mövzusuna aid konkret bir sual soruşmaq istəyirdim. EMBAWOOD-un bir neçə ölkəyə ixrac etdiyini bilirik. Mənə maraqlıdır bu ölkələrdə markalaşma adına nəsə plan var, yoxsa bir nümayəndəyə mal verilir və satılmağı gözlənilir? İkincisi də, Azərbaycanda niyə EMBA Masallı mebeli imicindən çox da yaxa qurtara bilmir? Ola bilsin ki, mən yanılıram. Amma, ətrafımda soruşduqlarımdan bənzər cavablar aldığıma görə məcbur oldum soruşum bu sualı.

Hörmətlə,

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Salam.
Rüstəm bəy,dedikləriniz reallığı əks etdirir. Bunun da real sebebleri var:

-EMBAWOOD Masallıda qurulub və bazara ilk girişindən son zamanlaradək EMBAWOODadından daha çox Masallı Mebel Fabriki adı istifadə olunub, məhsulları mebel dükanlarına öz satış menecerləri tərəfindən bu adla təklif olunub və onlar da bu adı qəbul edib. Şirket terefinden konkret markalaşma siyaseti aparılmayıb ve Satış menecerləri qarşısında belə bir məsələ qaldırılmayıb ki Masallı adıyla yox EMBAWOOD adıyla təklif edin.
-Son 1-2 ilədək EMBAWOOD adıyla satış yeri (mağaza olmayıb). Ancaq son illərdə Respublikanın rayonlarından başlayaraq ya EMBAWOOD-un öz mağazaları ya da franchising-ə bənzər bir üsulla EMBAWOOD adlı mağazalar fəaliyyətə keçir və bu getdikçə artır. Bakıda EMBAWOOD adıyla ev mebeli satışları həyata keçirilən mağaza bu günədək yoxdur.
-EMBAWOOD-un demək olar ki öz mağazaları hesab olunan mağazalar "İdeal Mebel" adlandırılıb. (Bu məntiqsizlik təəssüf ki hələ davam edir).
Bir haşiyə: Ofis Mebeli markamız İDEAL DİZAYN- Son ilədək paytaxtda EMBAWOOD-dan daha çox tanınmaqdadır. 3 yerdə mağazası(indi 2)olduğuna görə. Indi tekce Masallıda deyil istehsalımız, hem de Xırdalanda (daha qiymetli ve müasir tipli mebeller) da istehsalımız var. Amma hele Masallı mebeli adı silinməyib.
İndi respublikanın rayonlarında artıq EMBAWOOD qebul olunub ve mehsullarımız istehlakçılara bu adla təklif edilir və istehlakçılardan bu adla tələb görür. Bakıda isə mehsullarımız hələ də Polşa malı adıyla vasitəçi mebel mağazalarından istehlakçılara təqdim olunur.
Marketinq şöbesi yeni teşkil olunub və artıq markalaşma yolunda bir sıra tedbirler görülmektedir. Yuxarıdakıları aradan qaldırmağın yollarından biri, rayonlarda olduğu kimi paytaxtda da istehlakçıların mağazalardan EMBAWOOD mebeli istəməsini yaratmaqdır. Onda artıq mağazalar Polşa adıyla deyil, EMBAWOOD adıyla satmağı üstün tutacaqlar. Bu istiqamətdə fəaliyyətlər davam edir. İnşallah yaşayarıq görərik.
Burayadək "imic" məsələsinin səbəblərini izah eləməyə çalışdım.

Eksportda isə sevindirici haldır ki,
EMBAWOOD-Azerbaycan şirkəti vəya EMBAWOOD mebeli imici var. Bu imic getdikçə yayılır və EMBAWOOD yer aldığı bazarlarda xitab etdiyi seqmentə görə indilik əsasən Rusyanın və Polşanın şirkətləriylə rəqabətə girişib.İldən ilə bazar alanı genişlənir.
EMBAWOOD ixrac edildiyi ölkələrdə EMBAWOOD markasıyla tanınır və bu istiqamətdə planlar da çoxdur.
Ixrac ölkelerimizde her il ixtisas ve yaxın sergilerde iştirak edirik. Azerbaycandan və Qafqazdan yegane mebel şirketi olaraq bu sergilere qatıldığımız üçün Azerbaycan mebel şirketi deyilen zaman EMBAWOOD nəzərdə tutulur.
Gürcüstana mebel ixrac etmekle beraber bu ölkədə 1 ilə yaxındır istehsala başlamışıq ve mehsullarımız yenə EMBAWOOD markasıyla buraxılır. Markalaşma yolunda addımlayırıq. Ümid edirem ətraflı cavab verə bildim.
Hörmetle,
Cəbrayıl

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Rüstem bey əlavə etmək istərdim ki,Yuxarıdakı yazıda şirket terefden qaynaqlanan sebebleri göstermişdim.
Masallı mebeli adı üzərində dayananların çoxu əslində Çin vəya digər ölkə malları satanlardır ki satışlarında EMBAWOODu bir növ rəqib kimi qəbul edirlər.
EMBAWOOD mebelini Polşa mebeli adıyla satan ve böyük çoxluqda olan mağazalar ise son illerde yükselen keyfiyyet faktoruna güvenir, ancaq melum "xarici mal sevgimiz"i də kənara atmırlar:). Bunun da yolu yuxarıda dediyim kimi, adın, markanın satılmasıdır. Məhsul onsuz da satılır:).
Sag olun.
Hörmetle,
Cəbrayıl

Rüstəm Məmmədov said...

Ele meni de maraqlandiran bu idiş Dogurdan da markalashma adina addim atilmayib ve duzu hele de men hiss etmirem tildiginiş Maraqlanmayan hech kim bilmir. Polsha mebeli adiyla istehlakchi aldadilir eslinde. Ve bu sizin uchun de pis haldir.

Chox maraqli gelir mene bunlar. Yazacam blogda amma hele tam duzenleye bilmirem.

Mene ele gelir ki, satishlar yaxshi getdiyi uchun ve firma sahiblerinin de tek maraqlarinin vaxtile ancaq indi sat indi qazan prinsipi ile hereket etmeleri olub. Indi siz ve bashqa mutexessisler var. Inshallah daha da yaxshi olacaq men buna inaniram.

Hormetle,

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Rustem muellim, markalaşma qısa vəya uzun fərq elemez bir sürecdir. EMBAWOOD da bu sürece yeni başlayıbdır və ya başlamaq istəyir. Marka olmaq üçün müeyyen etapları keçmək lazımdır. Bu etaplardan biri ve ən esası da KEYFİYYƏT və onun nəticələridir. Keyfiiyetin yaxşılaşdırılması xüsusilə bu sahede uzun tecrübeden sonra mümkündür. Artıq bu ön süreci yaşadıqdan sonra markalaşmaya başlamaq mümkündür ki, men bu şirketde bunu görürem.
Malların Polşa malı adıyla satılması bunu gösterir. Bəli haqlısınız bu bize ziyandır. Məhz bunun üçün bundan sonrakı faaliyetlerde çalışırıq ki, müşteri EMBAWOOD malı tələb elesin ve bizim malı Polşa malı adıyla satanlar bu "xarici" sevdasından el çeksinler. Düzdür tek bunu gözlemirik. Bu istigametde müeyyen planlar var ve zamanla heyata kecirmeye chalishacagig.
Size bir misal deyim bu barede: EV Mebeli satishinda satilan her destin icine oz katalogumuzu da qoyuruq (bu metod bashgalarina yayilmasin:) Ele mağazalar ve onların ustaları var ki turkler demish "kötü niyet"li olaraq o kataloqlari çıxarırlar. Bundan elave qutularda EMBAWOOD şoxdan yazılır. Bəzi planlar da var ki mueyyen aksesuarlarda ve ya mueyyen gizli yerlerde EMBAWOOD yazisi olaaq ki bunun qarshisini az da olsa alacaq. Bundan elave bizim bezi mehsullari yerli sexlər kopyalayir (əsasən ucuz mallari, daha ferqli özellikleri ve deyishik texnologiya gerektiren bahali mallari yox). Bu metodlarla onlarla da mubarize aparirig. Bele... GORULECEK İŞLER İSE LAAAP ÇOXDUUUUUR!:) Təklifler veririk, görek de:).

Shared Folders said...

məqaləninın əsas fikri olan "şirkət ixrac edərək, daxili bazarda" öz müştərilərini artırabilər və brendini gücləndirəbilər" mənə o qədər də inandırıcı gəlmədi.
rəqabət üstünlüklərini əldə etmək o qədər də asan məsələ deyil.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Salam Shared folders.
ŞİRKƏTLƏRİN XARİCİ BAZARLARDA BÖYÜK RƏQABƏT İÇİNƏ GİRMƏLƏRİ ONLARIN ÖZ MALLARINDA KEYFİYYƏTCƏ TƏKMİLLƏŞMƏYƏ GETMƏSİNİ SÜRƏTLƏNDİRƏCƏK VƏ SÖZÜN ƏSİL MƏNASINDA KEYFİYYƏT STANDARTI QAZANDIRACAQDIR!
Bir məhsul üçün BAZAR ÇEŞİDLƏNDİRİLMƏSİ bu məhsula KEYFİYYƏT STANDARTI və AD –MARKA QAZANDIRIR!
Meqalede esas ixracın markalaşmaya tesirinden sohbet gedir. Bildiyimiz kimi her yerde ixrac üçün markalaşmaq lazımdır fikri yer alır. Men ise burada subyektif fikir olaraq ixracın markalaşmaya müsbet tesirinden söz açmışam ve bu fikri de müdafie edirem. Bunu müdafie etmeme sebeb ise, yuxarıda yazdıqlarimdir. ixrac geniş reqabet alanı demekdir. Reqabet ise keyfiyyetin pisden-yaxşıya, yaxşıdan-mükemmele bir (sürec) prosesin gerçekleşmesinde böyük rol oynayır. Bu ise tebii ki, yerli bazara teqdim olunan malların da keyfiyyetinin bu proses esasında artmasına getirib çıxarır. Keyfiyyet brendleşmeye xidmet edir. Men demirem ki ixrac direkt daxili bazarda brendleşmeye tesir edir. Keyfiyyet ve s. amiller vasitesile bu baş verir. Elave olaraq eger şirketler öz PR kompaniyalarinda bu İXRACi(hansi olkelere, hansi mehsullarini, ne migdarda ve s. regemlerle)istifade etseler bu yayilacaq. Bu da brendleşmeye komek etmirmi? Men şexsen buna inaniram.

Çox sağ olun.
Hörmetle,
Cebrayil

Shared Folders said...

jabrayil,

razılaşmıram.
1. Şirkətin keyfiyyəti yüksək olmayan mallarla xarici bazarlara girməsi təhlükəlidir. Uğursuzluq nəticəsində həmin bazarlar birdəfəlik əldən çıxabilər.
2. İxracat özü ilə bərabər fərqli standartlar gətirir. Yəni öz ölkənizdə satdığınız məhsulun eynisini ixrac edəbilməyə bilərsiniz. Əgər həmin ölkədə istehsala başlasanız bu da koordinasiya problemləri ortaya çıxarır.
3. İxrac bazarlarında yer tutmaq kifayət qədər vaxt tələb edir, bu da həmin müddət ərzində şirkətin gəlirlərinin azalması deməkdir.

Bu strategiya uzmək bilməyən uşağı suya atıb, orada üzmək öyrənməsini istəməyə bənzəyir.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Salam Shared.
1. Men demirem ki, şirket keyfiyyetsiz mehsullarla ixraca yönelsin.
2. Beli ixrac ferqli standartlar getirir bu da olan keyfiyyetin ve sş faktorlarin daha da yaxşılaşmasına getirib çıxarır. Amma bu o demek deyil ki, yerli bazarda satılan mehsulların eynisini ixrac ede bilmezler... Her iki hal istenilen gederdir.
3.İxracda itirilen vaxtla şirketin gelirlerininin azalmasını ise heç başa düşmedim. Demirem ki ancaq ixraca yönelsin yerli bazarı atsın kenara. İxrac etmekle bazar çeşidlendirmenin şirketin gelirlerinin azalmasına getirib çıxaracağını başa düşe bilmirem dogrusu...

Hörmetle,
Cebrayil

Shared Folders said...

jabrayil,
Reallıqda hər şey kağız üzərində olduğu kimi asan olmur.
1. Məsələ sadəcə məhsulun keyfiyyətsiz olmasında deyil. Həmin bazarına strukturuna görə keyfiyyət hansı səviyyədədir,məsələ bundadır.
2. Fərqli standartlar heç vaxt keyfiyyətin yüksəlməsinə gətirib çıxartmır, əksinə keyfiyyətin stabilliyini azaldır. Bunu öz istehsal üzrə mühəndisinizdən soruşabilərsiniz. Eyni məhsulu ixrac etmək isə bir çox hallarda (xüsusilə də istehlakçı mallarında) mümkün olmur. Çünkü müxtəlif ölkələrin həyat tərzi fərqli olabilər. Məsələn siz Gürcüstanda Azərbaycanda satdığınız malların birəbir eynisini mi satırsınız?
3. İxrac bazarlarında möhkəm yer tutmaq kifayət qədər vaxt və resurs tələb edir. Şirkətin resurslarının bir qismini həmin tərəfə yönəltməsi əlbəttə daxili bazarda müəyyən gəlir itkisinə gətirəcək. Əgər siz Gürcüstana mebel ixrac edirsinizsə, istehsal xəttlərinizin, insan resurslarınızın bir qismini bu işlə məşğul edəcəksiniz. Halbuki həmin resurslardan daxili bazara yönəlik daha effektiv istifadə etmək olardı.

Summary: Sizin göstərdiyiniz strategiyanın əlbəttə tətbiq sahələri var, ancaq bunu şirkətin keyfiyyətinin artması üçün çıxış yolu olaraq göstərmək mənə inandırıcı gəlmir.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Shared men de realligdan danishiram esasen. Beli, Gürcüstana, Rusyaya ve Orta Asiyaya birebir eyni malları satırıq. Gürcüstanda da eyni malları istehsal edirik. Demek ki bu mallar o bazarlar üçün uygundur. Tebii ki bu ölkeler arasında da ferqlilikler var. Meselen Gürcüstan müşterileri Rusya ve Qazaxistana nezeren daha tünd rengleri tercih edirler. Qazaxistanin shimali daha aciq rengi cenubu ise tünd rengi tuturlar ve s ve s. Araşdırmalarla, satış analizleriyle bunlar ortaya çıxarılır. Ve her şirket mal ve bazar çeşidlendirilmesi ederken tebii ki bunu evvelceden oyrenir ki istehsal etdiyi mallar o olkeler ucun uygundur ya yox? Ve zamanla ise eyni ic bazardakı deyişikliklerle beraber o olkelerdeki deyişiklikleri de izleyirler ve product differentation-da bunu da nezere alirlar. Bu böyük bir sürecdir ve zererden çox xeyrinin olduğu qenaetindeyem.
Elave edim ki şirketlerin xarici bazara yönelmesiyle daxili bazarda zeifleyeceyini hec ve hec qebul etmirem. Biz de de xarici bazarla beraber daxili bazarda da satış hecmi artır, satış kanalları artır ve s. ve s. Bunlar ayrı ayrılıqda ve koordinasiyali shekilde idare olunduğu zaman niye gelir itkisine sebeb olsun ve ya daxili bazarda efektiv olmasına menfi tesir elesin.