Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

30.11.12

Fərdi və ictimai inkişafda IQ kifayət etməz...EQ, MQ, BQ və digər "Q"-lər də lazımdır!

Bir vaxtlar hamıda maraq oyandıran IQ intellektual zeka zəmanəmizdə fərdi inkişaf və toplumun inkişafı üçün kifayət etmir. Artıq həm fərdi, həm də toplumun inkişafında digər zəka növləri də dəyərləndirilməli və hesaba alınmalıdır. Müxtəlif xarici universitetlərdə (MIT-Massachusetts Institute of Technology) və araşdırma mərkəzlərində (Carnegie studies) aparılan araşdırmalarla bunları təsdiqləyici yazılar yayınlamağa (HBR, Forbes) başlayıblar. Nələrdir bu zəka növləri?  Mən bu yazıda IQ -dən əlavə digər əsas 3 zəka faktoru haqqında bəhs edəcəyəm. Gəlin elə IQ-nün özündən başlayaq...

IQ-İntellektual zəka... məntiqi (logical) təsəvvürün, yanaşmanın və texniki bilgilərin əsas alındığı zəka səviyyəsi. İntellektual zəkada rasional-məntiqi yanaşma,

29.11.12

Satış və motivasiya qurusu Zig Zigların xatirəsinə...

Satış və motivasiya qurusu Zig Ziglar bu gün dünyasını dəyişib. Kitablarından və yazılarından çox şey öyrəndiyim qurunun xatirəsinə onun müxtəlif zamanlarda dediyi dəyərli sözləri bloqumda yayınlamaq istədim.
Allah günahlarını bağışlasın və o dünyasını versin....

"Failure is detour, not the dead-end street."

"Remember failure is an event not a person."

"When you are tough on yourself, life is going to be infinitely easier for you."

"Statistics suggest that when customers complain, business owners and managers ought to get excited about it. The complaining customer represents a huge opportunity for more business."

28.11.12

Marketinqin halqaları...

 Marketoloqların yaxşı tanıdığı Seth Godinin bloquna baxarkən "Marketinqin halqaları" adlı məqaləsi diqqətimi cəlb etdi. Sizinlə həm məqaləni, həm də bu barədə düşüncələrimi paylaşmaq istədim. Yazı ilə bu linkdən tanış ola bilərsiniz:  http://sethgodin.typepad.com/seths_blog/2012/07/the-circles-of-marketing.html
Yazıda ilk başda qeyd edilən "marketinq reklam deyil" fikri və nəhayət ən sonda məhsul vəya xidmətin daha önəmli olduğu düşüncəsi məni daha çox cəlb etdi. Xüsusilə bu fikirlər həmişə müdafiə etdiyim bir məsələnin doğruluğunu təsdiqləyici bir fikirdir.

27.11.12

Türkiyədə və Rusiyada ən çox qazanan CEO-lar fərqi...

Bir neçə gün əvvəl Türkiyədə nəşr olunan "Capital" dərgisində Türkiyədə ən çox qazanan super yönəticilərdən, CEO-lardan bəhs edilən araşdırma ilə tanış oldum. Təsadüfdür ki, eyni zamanda rus dilində nəşr olunan "Forbes" dərgisinin son nömrəsində də Rusiyada ən çox qazanan 25 CEO-nun kimlər olduğu haqqında araşdırma yayınlanmışdı. Hər iki araşdırma nəticələrinin bir-birinə tərs düşən bir maraqlı tərəfi var. Maraqlı olduğu üçün bu haqda yazmaq istədim.
Deməli Rusiyada ən çox qazanan 25 CEO-nun demək olar ki hamısı bürokratik sistem kökənlidir. Bunlar nə vaxtsa hansısa nazir, nazir müavini, hansısa dövlət komitəsinin rəhbəri, şəhər meri və s. vəzifədə olan şəxslərdir. Elə sıralamadakı yerlərin əksəriyyətin və ilk yerlərini dövlət şirkətlərinin CEO-ları tutur.
Türkiyədə isə ən çox qazanan CEO sıralamasında heç bir dənə də olsun bürokratik sistemdən gələn CEO yoxdur. Maraqlı və bəlkə də gözlənilən nəticədir... Yorum sizlərin...

26.11.12

Satış müdirləri haqqında silsilə yazılar...-2 Satış müdirləri tapşırıqları necə verməlidirlər...?

Satışda satış menecerlərinin günlük rutin işləri əvvəlcədən düzənlənmiş və qəbul eidlmiş bir sistem çərçivəsində aparılır. Şirkətin qəbul etdiyi satış sisteminə görə (məsələn Rut satış sistemi) günlük ziyarət nöqtələri və hər nöqtədə görüləcək işlər əvvəlcədən planlanmış şəkildə həyata keçirilməlidir. Rut xaricinə çıxışlar satış müdirlərinə (vəya supervayzerlərə) bildirilir və lazımdırsa icazə alınır.
Satış menecerlərinin günlük rutin işlərindən başqa vaxtaşırı satış müdirləri tərəfindən verilən tapşırıqlar da satışda çox önəmlidir. Tapşırıqlar bəzən rut daxili tapşırıqlar, bəzən isə rut xarici tapşırıqlar xarakterində ola bilər. Hər iki növ tapşırığın rut proqramına mənfi təsir etməməsi mütləq nəzər alınmalıdır.
Tapşırıqların daha effektiv halda yerinə yetirilməsi üçün Satış müdirlərinin bu tapşırıqları necə vermələri çox önəmlidir.

22.11.12

İxracın şirkətlərə faydaları...

"Ecolife" dərgisində yayınlanan məqaləm...

Qapalı cəmiyyətdən və iqtisadi sistemdən  açıq cəmiyyətə və bazar istisadiyyatı mexanizmli qlobal iqtisadi sistemə keçişin şirkətlərə yaratdığı fürsətlərin əsasını şirkətlərin xarici ticarətdə iştirak etməsi və bunun faydalarından istifadə etməsi təşkil edir.  Xüsusilə lokal şirkət statusundan çıxıb böyümək istəyən şirkətlər üçün beynəlxalq bazarlarda iştirak etmək vacib amillərdən biridir. Beynəlxalq bazarlarda iştirak formalarından biri və ən sadəsi ixracdır. İxrac məhz kiçik və orta şirkətlərin beynəlxalq və qlobal şirkət olmaq istiqamətində istifadə edəcəkləri ən ilkin  variantdır. Burada ixracın da eyni zamanda birbaşa ixrac və dolayı ixrac olaraq iki əsas şəklinin olduğunu qeyd etmək istəyirəm. Daha sonra yazı içində bununla əlaqədar müəyyən düşüncələrimi paylaşacağam.

20.11.12

20 Noyabr, 1992-ci il-başlanğıclar tarixi...

20 Noyabr, 1992-ci il... Bu tarix haqqında bloqumda bir yazı olsun istədim... Fikirləşdim necə olsun... Qərarım "20 Noyabr, 1992-ci il-başlanğıclar tarixi" adı ilə və həyatımda və düşüncə tərzimdə nələrin başlanğıcı olduğunun bir siyahısını çıxarmaq oldu... Yəqin ki bu siyahıda olanlar eyni taleyi paylaşdığımız çox sayda dostların da ürəyincə olar...
20 Noyabr, 1992-ci il- baçlanğıclar tarixi...

19.11.12

Satış müdirləri haqqında silsilə yazılar...-1 Satış müdirlərinin hakimiyyəti...

Çoxdandır ki, bloqda məni narahat edən başqa mövzulara yer verdiyim üçün satışla əlaqədar yazılara ara vermişdim. Yenidən satışla əlaqədar yazıları davam etdirmək niyyətindəyəm. Təbii ki vaxtaşırı digər mövzularda da yazılar olacaqdır. Satışla əlaqədar indiyəcən yazdığım yazılar əsasən satış menecerləri haqqında idi. Oxucularımdan aldığım feedback-lərdə satış müdürlərinin idarəetmə bacarıqları, fəaliyyətləri haqqında da yazılara ehtiyac və tələb olduğunu gördüm. Ona görə də Satış müdirləri haqqında silsilə yazılarla bu tələbləri müəyyən ölçüdə qarşılamağı düşünürəm. Faydalı olacağını ümid edirəm.

Elə ilk yazıda satış müdirləri üçün daha önəmli hesab etdiyim bir mövzuya toxunmaq istəyirəm.

15.11.12

Ana dilimizdə izahlı marketinq lüğəti...

Ana dilimizdə izahlı marketinq lüğətinə ehtiyac var ya yoxdur...?
Artıq xeyli müddətdir  özverili (bu kəlimənin dilimizdə qarşılığını tapa bilmədim) marketoloq dostların təşkil etdiyi və gənclərimizin faydalandığı Marketing Air havası əsir. Əvvəlcə bu marketoloq dostları belə bir fəaliyyətləri üçün alqışlayıram və Marketinq Air-ə uğurlar arzulayıram. Eyni zamanda bu Marketing Air havasına məni də qoşduqları və qonaq qismində təlimçi kimi dəvət etdikləri üçün onlara və xüsusilə İlkin müəllimə təşəkkür edirəm. Gənclərlə marketinq ab-havasında görüşmək və müzakirələr aparmaq xoş  və sevindiricidir. İndi isə yazımızın əsas məğzinə keçmək istəyərdim.

13.11.12

Elmin inkişafı araşdırmaçı ruhlu gəncləri tələb edir...


Elmin bütün sahələrində araşdırma və araşdırmaların təhlili, müqayisəsi böyük əhəmiyyət kəsb edir. Meydana çıxan yeniliklər də şübhəsiz hansısa araşdırmanın, təhlilin nəticəsində yaranır. İstər yenilik gətirsin, istər gətirməsin araşdırma hər bir elm və elmi nailiyyətlər üçün olmazsa olmaz kimi şərtlərdəndir. Yazılan və yazılacaq yazıların, kitabların, elmi əsərlərin, elmi yeniliklərin əsasında araşdırma dayanır. 
Araşdırma özü isə əlbəttə başdansovdu edilməməli, məqsədli aparılmalı, sistematik və faydalı olmalıdır.  

8.11.12

Marketinq və satışda cansız rəqəmlərin canlı dili...

Bu yazıda marketinq və satış sferasında (maliyyə də ola bilər) müxtəlif mövqelərdə fəaliyyət göstərən oxucularımla cansız rəqəmlərin canlı dili haqqında fikirlərimi bölüşmək istəyirəm. İndiyəcən çalışdığım işlərin çoxu satış, ixrac, marketinq sahəsində müxtəlif funksiyaları əhatə edən işlər olsa da bu işlərdə daim qarşılaşdığım bu olmuşdur ki əksər marketinq və satış əməkdaşları bu istiqamətdə-rəqəmlərdən istifadə etmək, rəqəmləri yorumlamaq (izah etmək) və bundan faydalanmaq  istiqamətində bilgi kimi düzgün istifadə etməkdən çətinlik çəkirlər. Marketinq və satış analizləri, habelə planlama və təxminlər (forecasting) üçün isə bu olduqca vacibdir.

6.11.12

İnnovativ şirkət, sektor, ölkə.... (Reallıq və İmic)

İnnovasiya mövzusu mənim üçün həmişə maraqlı mövzulardan olubdur. Buna görə də bu sahədə olan araşdırma ve yenilikləri hər zaman izləyirəm. Son əldə etdiyim araşdırma nəticələri çox maraqlıdır. Buna görə də sizlərlə paylaşmaq istədim. Bu araşdırma innovasiya sahəsindəki araşdırmaları ilə tanınan Booz&Company şirkətinin "2012 Global Innovation Study" araşdırmasıdır. 
Əvvəlcə araşdırmanın müsbət tərəfləri haqqında fikirlərimi bildirmək istərdim. Araşdırmada innovativ şirkət sıralamasını şirkətlərin R&D (Tədqiqat və Təkmilləşdirmə) əsasən

5.11.12

Ekspertlər dövrü...(yenilənmiş yazı)



  Müxtəlif zaman dövrlərində baş verən dəyişikliklərə    görə istehlakçı  davranışları  və bu davranışların təsir amilləri dəyişməkdədir. Bu dəyişimi 3 etapa bölmək olar:
1. Consumer-İnformation
2. Consumer-User
3. Consumer-Expert

20 il əvvələ qədər istehlakçılara bir malı almaq üçün və ya alış veriş etmək üçün nə lazım idi?

2.11.12

Yeni zamanın hökumətləri haqqında McKinsey-dən maraqlı yazılar...

McKinsey yeniliklərinə abunə olduğum üçün vaxtaşırı müxtəlif mövzularda maraqlı araşdırma, hesabatlarını təqib edirəm. Bu gün McKinsey-dən elektron poçtuma daxil olan mövzu-araşdırma-conversation çox diqqətimi cəlb etdi. Mövzu "Yeni zamanın hökumətləri" haqqında idi. Ana başlıqlar altında bütün yazıları istədim diqqətinizə çatdıram. Məncə çox faydalı mövzulardır. Yazılar müxtəlif dövlət adamları, elm adamları, ekonomistlər, sosialbilimcilər, tərəfindən yazılmışdır.
Aşağıda bütün yazıların linkini yerləşdirmişəm. Yazılardan biri "How Estonia became E-stonia?"-dır.  Qısa bir yazıda Estoniyanın elektron hökümət (e-dövlət)-lə əlaqədar gördüyü

1.11.12

TOP 10 İdarəetmə Texnikləri...

Biznesin hansı sahəsində fəaliyyət göstərilməsinə baxmayaraq biznesi uğura daşıyan  istifadə edilən idarəetmə texnikləri və bu texniklərin nə qədər effektiv istifadə edilməsidir.
İdarəetmənin müxtəlif sahələrində konsaltinq xidmətləri göstərən Bain&Company şirkəti global miqyasda 1993-cü ildən bu yana idarəetmə texnikləri və trendləri (management tools and trends) ilə əlaqədar araşdırmalar aparmaqdadır. Araşdırmanın məqsədi  dünyanın müxtəlif ölkələrindən müxtəlif miqyaslı şirkətlərin idarəetməçiləri tərəfindən ən çox rəğbət göstərilən  və ən çox istifadə etdikləri  idarə etmə texniklərinin nələr olduğunu öyrənmək və bunu yayınlamaqdır.