Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

23.2.12

Konseptuallıq, İş (hərəkət), yoxsa hər ikisi? Dünya bazarına çıxmaqda Azərbaycan şirkətləri nəyi seçməlidir?

Yəqin ki hamı Azərbaycan şirkətlərinin dünya bazarına çıxmasını arzulamaqdadır. Amma dünya bazarına çıxış üçün qısaca desək əvvəlcə şirkətlərimizdə buna inanmaq, bunu istəmək və bu iqtiqamətdə müxtəlif ölkələrə məxsus şirkətlərin təcrübəsini öyrənərək bəhrələnmələri lazımdır. Təbii ki müxtəlif ölkələr dedikdə ilk növbədə yaxın ölkələrə baxmaq lazımdır.
Türkiyə şirkətlərinin dünya bazarına çıxışında izlədikləri strategiya əsasən ixrac üzərində cəmləşməkdədir. Bu ölkənin 1980-ci illərdən sonra iqtisadi inkişafda seçdikləri ixraca yönəlik sənayeləşmə strategiyalarının təbii nəticəsidir. Və danılmaz faktdır ki, bu ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Bu gün KOBİ (Kiçik və Orta böyüklükdəki işlətmələr) kateqoriyasına aid olan kiçik regional şirkətlər belə bunun faydalarını görməkdə və bu politika ilə öz məhsullarını dünya bazarına çıxarmaqdadır. Təbii ki dünya bazarına çıxış şirkətlərin və ixrac etdikləri məhsulların rəqabətin nəticəsi olaraq daim təkmilləşməsinə və şirkətin inkişafına böyük kömək göstərməkdədir.
 Ümumiyyətlə bu ölkədə KOBİ-lərin inkişafına verilən önəm, dəstək və imkanlar barədə geniş yazmaq olar. Amma bu başqa məqalələrin mövzusu ola bilər. Mənim məqsədim isə şirkətlərimizə istər lokal fəaliyyətlər strategiyalarında, istərsə də dünya bazarına çıxışda necə hərəkət etmələrinə bu ölkə təcrübələrindən nümunə göstərməklə müsbət tərəflərini və çatışmamazlıqlarını göstərməkdir.
Türk şirkətlərinin bu istiqamətdə çatışmamazlığı, əksiklikləri isə işə, biznes fəaliyyətinə konseptual yanaşma tərzinin zəif olması vəya heç olmamasıdır. Bunu dünya səviyyəsində "global company" statuslu şirkətlərə hələ nail olmaması ilə izah edə bilərik. Təbii ki dünyanın çox ölkəsində fəaliyyət göstərən şirkətlər yox deyil, ancaq bu təəsüf ki ya direkt ixrac formasında, ya da beynəlxalq (qlobal deyil!) şirkət səviyyəsində qalmaqdadır. Məhz "global company" olmaq action-dan, başqa konseptuallıq tələb edir. Ancaq danılmaz faktdır ki, bu ölkədə satış və xidmətdə ACTION daha  yüksək səviyyədədir.  Türk şirkətləri bu çatışmamazlığını Amerikanın biznes mühitinə töhfəsi olan "franchising"lərlə doldurmağa çalışmaqdadır. Mənimsədikləri ixrac politikası isə dünyada ixracda ön sıralarda olan Almaniya dəst-xəttidir. Almaniya da ixracda ön sıralarda, amma şirkətləri global fəaliyyətdə geri planda qalmaqdadırlar. Bu biraz da onların biznes mentalitetindən qaynaqlanmaqdadır.
Rusiya şirkətləri isə qlobal olmasa da lokal və beynəlxalq fəaliyyətlərində (iş apardıqları ölkələrdə) konseptuallığa çox əhəmiyyət verirlər. Konsepsiyaların hazırlanmasına çoxlü vaxt sərf edirlər, ancaq konsepsiyaların tədbiq olunmasında ACTION tərəfləri əksik olduğu üçün çox vaxt konsepsiyaları konsepsiya olaraq qalmaqdadır. Yəni onlarda isə iş, hərəkət (action) əksikliyi açıq görülməkdədir. Bu satış və xidmətdə daha çox özünü göstərir. 
Şirkətlərimiz bu istiqamətləri yaxşıca araşdırıb öyrənməli və öz biznes strategiyalarında hansı mühitdə, hansı zamanda (şirket heyat xettini nezere alaraq) və hansı məkanda (ümumiyyetle bütün şertleri diqqete alaraq) nəyi seçəcəyinə qərar verməlidir. Conseptuality? Action? yoxsa hər ikisi?... Fikrimcə hər iki təcrübədən faydalanmaq lazımdır.

No comments: