Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

16.4.12

Marketoloqlara məsləhət: Biraz da futuroloq olsunlar!

Şirkətlərin marketinq əsaslı idarəetməsi əlbəttə ki ilk növbədə marketinqə verilən əhəmiyyətdən və marketoloqların bundan istifadə edərək şirkəti gələcəyə yönləndirmə istək, bilgi və bacarığından asılıdır. Şirkətin sadəcə günlük rutin marketinq fəaliyyətləriylə yanaşı, marketoloqlar hamıdan əvvəl, məhsullarda etdikləri kimi, şirkətlərin də həyat xəttini ən azından təxmin edə bilmələridir. Şirkətin həyat xətti və mərhələləri isə əlbəttə ki daxili və xarici mühitin mövcud və gələcək durumunun təhlili ilə və şirkətin gələcəkdə bazarda hansı mövqedə yerləşəcəyinin təxmin etməklə müəyyənləşdirilə bilər. Bunun üçün marketoloqlar, sadəcə marketoloq deyil, eyni zamanda biraz?! da  futuroloq olmalıdırlar.
Və eynilə futuroloqların cəmiyyətlərin inkişaf meyillərini, cəmiyyətlərin inkişafında şirkətlərin, biznes fəaliyyətlərinin rolu, mövqeyi və buna təsir edən ictimai, siyasi,  elmi, medeni,  iqtisadi texnolojik yeniliklərin nələr olacağını təxmin etdikləri kimi, marketoloqlar da bunları görməlidirlər və öz şirkətlərini bu dəyişimə hazırlamalıdırlar. Yəni marketoloqlar sadəcə mövcud bazardakı rəqabət mühitinə şirkətin adaptasiyası ilə deyil, eyni zamanda 5-10-20-30 və bundan çox il sonrakı bazar mühitini təxmin edə bilmə istək, bilgi və bacarığında olmalıdırlar.
Yadımdadır ki, universitet illərində oxuduğum zaman bu mövzuda idarəetmə sahəsindəki müəllimlərin tövsiyyə etdikləri və şirkətlərdə məsləhətçi və yönəticilərin stolüstü kitabları kimi istifadə olunan kitablar vardır. Bu kitabları həqiqətən oxuduqdan 10-15 il sonra yazılan çox şeyin artıq real olaraq həyatımıza yansıdığının şahidi olmuşam. Belə kitablardan Alvin Tofflerin yazdığı: "Future shock", The Third Wave", "Powershift: Knowledge, Wealth and Violence at the Edge of the 21st Century", "Revolutionary Wealth"(2006) kitablarını misal göstərə bilərəm.
Həqiqətən də çox sayda şirkət əksəri 80-ci illərdə yazılan bu kimi kitablarda yazılan öngörülərdən məharətlə istifadə etmişlərdir. Misal olaraq Alvin Toffler xüsusilə Avropa cəmiyyətinin mədəni xüsusiyyətlərini, gələcəkdəki cəmiyyətin inkişaf tendesiyalarını, nələrin cəmiyyət üçün önəmli və önəmsiz olacağını kitablarında qeyd etmişdir. Və bu yazılanlar 10-15-20 il sonra real olaraq Avropa cəmiyyətində öz izlərini qoymuşdur. Misallar: Avropa cəmiyyətlərində evə -mülkiyyətə sahib olma istək və dərəcəsi azalacaq, kirada yaşayanların sayı çoxalacaq və bu insanların alış-veriş kültürünə təsir edəcək yazmışdı, eyni şeylər baş verdi.  Digər öngörüləri, ailə bağlılığı azalacaq, cəmiyyətdə yaşlılaşma gedəcək, uşaqların sayı 1-və ya 2 ilə kifayətlənəcək və s. İş yerləri tez-tez deyişdiriləcək, daşınmaz əmlakdan istifadədə kiralar üstünlük təşkil edəcək, istehlak malları isə "istifadə et-at" kültürü ilə istehlak oluncaqdır. Bütün bunlar əlbəttə bazarın hansı tendensiyalarla üzləşəcəyi haqqında marketoloqlara işıq tutmaqdadır. 
Bəli, bütün bunlardan hali olan uğurlu marketoloqlar şirkətləri üçün marketoloq-futuroloqa çevrilərək bu sosial və mədəni dəyişimlərdən şirkət üçün istifadə etməyə və bu cəmiyyətə uyğun strategiyalar formalaşdırmağa başlayiblar zamanında... Və bunun nəticəsində əlbəttə yeni-yeni məhsullar, xidmətlər yaranıb, kimisi uğurlu, kimisi uğursuz olubdur... Buna görə də marketoloqlara məsləhətim futuroloqların yazdıqlarını oxusunlar və onların yazdıqlarına önəm versinlər, bəlkə şirkətləri üçün 5-10-15 il sonra işə yarayacaq (real getirisi olacaq) hansısa ideya, strategiya müəllifi oldular... Bu istiqamətdə marketoloqlara uğurlar!!!

1 comment:

Tural Qafarov said...

Menim üçün çox maraqlıdır ki, marketing və satış haqqında cildlərlə kitab yazan universitet müəllimləri, professorlar və s özləri sahədə olublar mı? Yəni Kitablar yazacaq qədər biliyə sahib, gənc mütəxəssisləri yönləndirməyə çalışan insanlar özləri satış sahəsində necədirlər? Satış və satınalma sahəsində olan bir insan kimi bu sahənin ağırlığını bildiyim üçün soruşuram . Boş yerə "Şatış şöbə"sini şirkətin çörək gətirən kişisi adlandırmırlar. Kadrlar şöbəsindən direktora qədər bütün birimlər şatış şöbəsinin əlinə baxır.