Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

24.4.12

Kreativlik üçün 3 önəmli faktor...

Kreativlik bilindiyi kimi, əsasən incəsənət dünyası və orijinal ideyaların yaradılması ilə assosiasiya edilməkdədir. Əvvəllər (indi demek olar ki yoxdur ona görə) məşhur rəssamların rassamlıqda yeni cizgilərin yaratması, ədəbi mühitdə yeni cərəyanların yaradılması kimi dəsti-xəttlər kreativlik hesab olunmaqdaydı. Biznesin inkişafı və rəqabətin artması ilə kreativliyin əsas istifadə sahələrindən biri  biznes sferası olmuşdur. Reklam dünyasında ən effektiv və olmazsa olmaz bir vasitə də təbii ki ktreativlikdir.
 Ancaq biznesdə sadəcə orijinallıq kifayət etmir. Təklif edilən orijinal ideyanın uyğunluğu biznesdə daha önəmlidir. Uyğunluq dedikdə bir ideyanın faydalılığı və tədbiq edilmə uyğunluğunu nəzərdə tuturam. Və bu ideyanın tədbiqinin biznesə və ya biznesin mövcud vəziyyətinə hansısa təsiri olmalıdır.Kreativlik, yeni mehsul və xidmətin ortaya qoyulması ilə  və ya heç olmasa mövcud məhsulun və ya xidmətın hansısa təkmilləşdirməylə binesdə yaratdığı müsbət təsiri ilə assosiasiya edilməlidir. Bu təkcə məhsul və xidmət istehsalında deyil, eyni zamanda hər hansı bir biznes prosesində reorganizasiya imkanı yaratmaqla da assosiasiya edilə bilər.
Kreativliyin üç əsas faktoru nələrdir? 1. Kompetitivlik, 2. Yaradıcı düşünmə səriştəsi, 3. Motivasiya.

Bu üç faktorun bir arada olmasıyla Kreativlik istənilən nəticəni verəcəkdir. Bu faktorlardan birinin əksikliyi isə kreativliyin yaranmasına və tədbiqinə öz mənfi təsirini göstərəcəkdir. 
Kompetitivlik- İşçinin biliklər toplusudur ki bura iş ilə birbaşa və dolayı əlaqəsi olan ixtisasi, texniki və metodik bilgi və informasiyalar qaynağıdır. (Yuxarıdakı şəkildə bu Qaynaqlar olaraq göstərilsə də bu qaynaqların varlığı kompetitivlik dərəcəsini artırmaqdadır.) Kompetitivliyin əldə edilmə qaynağı isə burada heç də önəmli deyil, bunu işçi teoriyadan (formal təhsildən) ya da praktikadan əldə edib, bu o qədər də əhəmiyyətli deyil. Bəhs edilən bu görüş Nobel mükafatı sahibi ekonomist-psixoloq Herbert SIMON-un  "mümkün arayış sferası" görüşünə də uyğundur.  Yəni bir problemin izahı və həlli üçün işçinin istifadə etdiyi "entellektual genişlik" sferasıdır. Burada isə nəyin istifadə edildiyindən çox problemin kreativ həllinin önəmli olduğundan bəhs edilir.
Yaradıcı düşünmə səriştəsi- İşçinin mövcud situasiyanı dəyişdirmə meyli və səriştəsində olmağı, hər hansı yeniliyi daha öncədən hissetmə qabiliyyəti, yenililik araşdırma və yeniliyi qəbul etməyə uyğunluğu, problemin həllinə yönəlik məqsədyönlü fəaliyyəti əhatə edir.
Motivasiya- Motivasiyanı təsir edici faktorlara görə xarici və daxili motivasiya olaraq ikiyə ayırmaqla, burada əsasən daxili motivasiyanın önəmli olduğunu qeyd etmək lazımdır. Hər hansı bir problemi həll etməklə bu istiqamətdə özünü gerçəkləşdirmək, isbat etmək istəyi daxili motivasiyanın təkanverici amilidir. Buna da təsir edən əsasən iş mühitidir. Təbii ki xarici motivasiya amili olan maddi motivasiyanı kənarda saxlamaq da düzgün olmazdı. Ancaq kreativliyin yaranması daha çox daxili motivasiya amillərinə bağlıdır. Kompetitivlik və yaradıcı düşünmə bacarığı olsa belə əgər daxili motivasiya mövcud deyilsə və ya şiddəti azdırsa kreativlik necə deyərlər yarı yolda qala bilər. Bu iki dəyərli qaynağın istifadəsi üçün daxili motivasiyanın olması vacibdir.
Daxili motivasiya amilləri ilə əlaqədar gələcəkdə yazmaq motivasıyası diləyi ilə... hələlik:) 

 Qeyd: Bu məqaləni yazmaqda Google-un bugünkü açılış səhifəsindəki kreaitiv ideyası olan "qıfıllıca" (zamok) böyük rol oynayıb. Google ofisinin şəkillərini yəqin ki görmüsünüz... (bəziləri bizzat görüblər). Belə mühitdə kreativ ideyalar yaranmaması əldə deyil... "Zamok" sözünün dilimizdə tərcüməsini isə uzun axtarışdan və neçə nəfərə soruşduqdan sonra yuxarıdakı mənbədən əldə etmişəm...:))) Son məlumata görə "zəncirbənd" də deyirlər...(Copywriter-ləri??? yaman işə salmışdım)...

No comments: