Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

11.4.14

Davamlı inkişaf göstəricimiz necədir...?


Dünyanın qabaqcıl araşdırma və məsləhət xidməti göstərən Boston Consulting Group-un (BCG) dünya ölkələrinin DAVAMLI İNKİŞAF göstəriciləri ilə əlaqədar yeni  2014 hesabatı və interaktiv xəritə ilə tanış oldum və istərdim dəyərli oxucularımla paylaşım. BCG-un hazırladığı və SEDA (Sustainable Economic Development Assessment) adlanan hesabat dünyanın 149 ölkəsini əhatə edir. Hesabatda tam 54 göstərici nəzərə alınıb. Bu göstəricilər, Təhsil və bacarıqların inkişafı, Sağlıq, İnvestisiya kapasitesi, Maliyyə göstəriciləri, İqtisadi instutlaşma, İqtisadi dinamika, Sosial inkişaf, Demoqrafiya və işsizlik, Makroiqtisadi idarəetmə kimi ana faktorlar (Key Sustainable Factors) altında incələnmişdir.

BCG bu göstəricilərlə əlaqədar statistik məlumatların qaynağını da göstərmişdir. Belə ki bu qaynaqlar IBRD, EBRD, IMF, OECD kimi beynəlxalq iqtisadi və maliyyə qurumları və UNDP, USAID, World Economic Forum, ILO, Freedom House, Heritage Foundation və s. qurumlar olmuşdur.
BCG-nin hazırladığı bu hesabatda ölkəmizin SEDA – göstəricisi 36,5 olmuşdur. Bəs bu rəqəm yaxşı nəticədir yoxsa zəif? Bunu da açıqlamaq üçün təbii ki siyahıya göz gəzdirib müqayisəli təhlil aparmaq lazımdır. Bloq yazısı üçün uzun olmasın deyə daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. Mən isə biraz müqayisəli təhlil etmək fikrindəyəm. 


Ölkəmiz, 36,5 xallı göstəricisi ilə yer aldığı Şərqi Avropa və Orta Asiya ölkələri qrubunda sadəcə  Özbəkistan (20.3), Tacikistan (24.9), Qırğızıstan (25.5), Bosna-Hersogovina (34,9), Moldova (35,6)-nı qabaqlamaqdadır. Bu qrupda olan digər ölkələrdən isə geri qalmaqdadır. Ən maraqlısı isə çox yaxın qonşularımız olan Gürcüstan (40,8) və Ermənistan (41.2)-dan geridəyik...  Müqayisə üçün Qazaxstan (49) Rusiya (51.2) xala malikdir. Baltik ölkələri də kifayət qədər yüksək göstəricilərə (65-75) malikdir. Bu qrupda təbii ki ən yaxşı göstərici Şərqi Avropa ölkələrinindir və ən yüksək xal Çex Respublikasınındır(81).  Yenə məlumat üçün ümumi olaraq ən yüksək və ən aşağı göstəricilərə malik ölkələri də qeyd etmək istərdim. Ən yaxşı göstəricilərə malik olan ölkələr: Noveç(100) İsveçrə (98) İslandiya (97.6) Finlandiya (97), İsveç (96,9) Almaniya (95.9) və s. Ən aşağı göstəricilə malik olanlar isə təbii ki,  Eritrea, Zimbabve, Efiopia , ÇAD, Orta Afrika Cümhuriyyəti kimi 10-u keçməyən xala malik  Afrika ölkələridir.


BCG-nin təyin etdiyi davamlı inkişaf göstəriciləri,  sadəcə iqtisadi inkişaf göstəriciləri ilə deyil, yuxarıda qeyd etdiyim digər göstəricilərlə birgə hesablanmışdır.  İqtisadi inkişaf özü geniş anlayış olduğu qədər, Davamlı inkişaf özündə daha çox faktorları əhatə etdiyi üçün daha geniş anlayışdır. Və ölkənin inkişafında da davamlılığa nail olmaq üçün bu faktorların hər birinə önəm verib hər birinin inkişafına çalışmaq lazımdır. 

4 comments:

Anonymous said...

Cəbrayıl müəllim, ən əsas faktorlar hansılardır? Hansı faktorları götürüblər ki, Azərbaycan qonşu dövlətlərdən geri qalıb?

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Ən əsas faktorlar olaraq Governance-dövlət idarəetmə-özündə korrupsiya dərəcəsinin aşağı olmasını,qanunların işlərliyni,siyasi sabitlik,insan azadlığını, mülkiyyət haqqlarını) Gəlir və ədalətli dağılımı,sivil cəmiyyət, təhsil, sağlıq, infrastruktura, işsizlik, ətraf mühit, iqtisadi sabitlik kimi faktorları nəzərə alıblar.

Anonymous said...

Cəbrayıl müəllim, sizcə bu göstəricilərdə düzgünlük var?
Bu sualımın səbəbi geri qaldığımız bəzi ölkələrə görədir.Məsələn, biri elə Erməmistan.

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Azejustice, BCG - bu hesabatı yazıda qeyd etdiyim organizasyonların məlumatlarına görə hazırlayıb. Düzdür həmin təşkilatlardan 1-2-nin müəyyən vaxtlarda aşıqladığı hesabatları bizim rəsmi mətbuat birtərəfl yanaşma, yalan kimi qələmə versə də...mən sırf Azərbaycanın nəticələrini aşağı göstərmə səbəblərini anlaya bilmirəm. Nəyə görə göstərməlidirlər və niyə təkcə Azərbaycanı... Bu göstəricilərə ən böyük təsir edən korrupsiya, insan azadlığı, sivil cəmiyyət ədalətli gəlir dağılımı faktorlarına görə hesabatın hec də yanlış olmadığı qənaətindəyəm... Hörmətlər...