Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

30.4.14

SATICI VƏ MƏHSUL...

Satışla əlaqədar verdiyim təlimlərdə və ümumiyyətlə satış məkanlarında qarşılaşdığım bir problem haqqında yazmaq istəyirəm. Bu “SATICININ MƏHSULUN ARXASINDA GİZLƏNMƏSİ” problemidir...
Əlbəttə satışın sadə “al-ver, ver-al” izahında  aradakı vasitə mal, məhsul olsa da, əsas problemi görən və həll edən və ya “alan” və “verən” bunu həyata keçirəndir... Bu prosesdə cansız faktorun canlı faktora meydan oxumasını isə təəssüf ki çox görürük. İndiki dövrdə məhsullardakı fərqliliklərdən çox satıcılardakı fərqliliklər daha önəmlidir... Müştəri bağlılığını sadəcə məhsulla yaratmaq təhlükəlidir...  Brend məfhumunun da ortaya çıxması bu səbəbdəndir... Brend dəyərləri müştəriyə kompleks şəkildə çatdırılmadığı təqdirdə aradakı cansız vasitə asanlıqla vazkeçiləcək, başqa bir məhsulla dəyişdiriləcəkdir... Müştəri üçün Siz “doğma” olun...!
Hörmətli satıcılar, satış menecerləri və ümumiyyətlə satış adamları! Təqdim etdiyiniz məhsulun arxasında gizlənməyin.  Həmişə ön planda siz olun, problemi siz ortaya çıxarın, siz həll edin... Yoxsa müştəri məhsul arxasınca başqa satana gedəcəkdir...  
Qısaca məhsul arxasında gizlənməyən, “öncə özünü satmağı bacaran” cəsur, aktiv satıcılar peşəkarlıqlarını artıra biləcəklər, qazanan onlar olacaq... “bu gün bu məhsullarla, sabah başqa məhsullarla”!

No comments: