Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

2.5.14

Parazitlər, Qəhrəmanlar, Autsayderlər və Liderlər…

İstər cəmiyyətdə istərsə də cəmiyyətin bir parçası olan biznes sferasında və şirkətlərdə insanları müxtəlif cür kateqoriyalaşdırmaq mümkündür. Bu yazımda belə bir kateqoriyalaşdırmadan bəhs etmək istəyirəm.
Bəhs etdiyim kateqoriyalaşdırma tipinə görə insanları dörd qrupa ayırmaq mümkündür. Mən xarakteristikanı əvvəlcə cəmiyyətdən nümunə verərək izah etmək fikrindəyəm. Daha sonra da bu kateqoriyaları biznes-şirkət həyatı çərçivəsində aydınlaşdırmağa çalışacağam. Bu dörd kateqoriya budur: Parazitlər, Qəhrəmanlar, Autsayderlər və Liderlər.


Əvvəlcə cəmiyyətə xas olan önəmli bir xarakteristik xüsusiyyəti nəzərinizə çatdırmaq istəyirəm ki bu canlı bir varlığın və xüsusilə insanların yaşamlarını sürdürə bilmələləri üçün nəyisə almaq, əldə etməkləri və təbii ki buna qarşılıqda nələrdənsə vaz keçmək, nələrisə vermələrinin şərt olduğunu qeyd etmək istəyirəm. Ancaq təbii ki bəzi insanlarda bu iki “almaq və vermək” özəllikləri və dərəcələri fərqlidir. Məhz bu iki əsas faktorla əlaqəli şəkildə yuxarıdakı qrupları incələmək istərdim.

Yuxarıdakı BCG məhsullar matrisinə bənzər bir matrisdə bəhs etdiyimiz kateqoriyalar iki əsas faktor altında göstərilmişdir.  Və buradan da göründüyü kimi, qruplarda almaq və vermək dərəcəsi fərqlidir.

Ən az verən və ən çox alan Parazitlər qrupunda hansı insanlar yer alır? Əlbəttə bu qrupda ilk növbədə uşaqlar yer almaqdadır. Ümumi bir prinsiplə  təbii olaraq 18 yaşına qədər uşaqlar hər zaman və hər kəsdən, hər şeydən almaq xüsusiyyətinə maliklər... Müstəqil gənclik dövrünə qədəm qoyduqdan sonra artıq qazandıqları uğurlarla bunlar aid olduqları sferada, ailədə, cəmiyyətdə “qəhrəman” statusu olurlar. Hər hansı universiteti qazanmaq, iş həyatına qədəm qoymaq, biznesə başlamaq və s. Ancaq bu “qəhrəmanlıq”lar böyük çoxluqda bir dəfəyə məxsus olmaqda və ya davam etməməkdədir.  Bu birinci qrupda digər kütlələr isə aktiv əmək fəaliyyətində bulunmayanlar, təqaüdçülər, bu və ya digər səbəbdən sağlamlığını itirmişlər və s.-lərdir ki... mövcud faydalılıqları olmayanlardır. Yəni “daha çox alan az verənlər qrupudur”.

 İkinci qrupda yer alan Qəhrəmanların ortaq xüsusiyyətləri nələrdir? Çox vermək, az almaq və ya heç almamaq...  Və ya bir qrup qəhrəmanlar da vardır ki, bir dəfəyə məxsus qəhrəmanlıq edərlər və qarşılığı əsas etibariylə bir dəfə alırlar... Məsələn, bizim cəmiyyətə məxsus “xalq”, “əməkdar” ünvanı əldə edənlər, müxtəlif idman yarışları birinciləri və s.  Bu “qəhrəman” insanlar əgər öz kateqoriyasından sıyrılaraq davamlı uğurlar göstərsə, qarşılığında isə sayğı və sevgi qazanmaqla cəmiyyətdə müəyyən ölçüdə liderə çevrilə bilərlər. Bu kateqoriya davamlı inkişaf xəttində olan yaradıcılıqları, uğurları və cəmiyyətə nümunə olma özəllikləri, hər hansı bir sahənin nkişafına əmək sərf edən, rəhbərlik edən və cəmiyyəti müsbət xəttə yönləndirmə fəaliyyətləri olduğu təqdirdə liderə çevrilmələrindən bəhs etmək mümkündür. Əks təqdirdə dördüncü qrupda göstərilən autsayderlər qrupuna düşürlər və ya bir dəfəlik qəhrəmanlıqlarına sığınaraq, bundan əldə etdikləri maddi və mənəvi dəyərləri xərcləməklə məşğullar ki bunun da aqibəti ya yoxsulluq içində həyatla vidalaşma və ya “mənfi kraynestan” üzvünə çevrilmələridir..

Cəmiyyətin mütərəqqi, aktiv, fəal, məhsuldar qüvvəsi  az, seçilmiş və sıyrılmışlar olan Liderlər və gələcəkdə Liderə çevrilə biləcək qəhrəmanlardır. Liderlər həm çox qazanmaqla bərabər cəmiyyətə, aid olduğu sahəyə digər qruplardan daha çox və davamlı müsbət faydalar verənlərdir.  Liderlər asanlıqla autsayderə çevrilə bilərlər, hər hansı bir səhv davranış, fəaliyyət buna səbəb ola bilər. Ancaq lider olma özəlliklərinə sahib insanlar yenidən qəhrəman olmağa da can atacaqlar...

  Dördüncü qrup –autsayderlər isə “kölgələnən”lər, aktiv fəaliyyətdən qaçanlar, az səy göstərənlər və qarşılığında da aza qane olanlar qrupudur. Bu tiplərin qəhrəman və ya lider olma istəkləri və şiddəti də azdır. Və bu şəkildə davamiyyətə razı qalanlarlardır ki cəmiyyətdə bu kütlə çoxluq təşkil eidr.

Yuxarıdakı izahı cəmiyyətin bir parçası olan biznes həyatına və şirkətlərə görə təhlil etsək yenə eyni kateqoriyaları görmək mümkündür: Bir şirkətdə şirkətə dəyişiklik etmək məqsədilə gələn (Liderlər)-lərdən başqa yeni gələn işçilər və eyni zamanda faydalı iş əmsalı getdikçə düşən, yenilik gətirməyən, faydalı təkliflərdə bulunmayanlar və şirkətlə arasında soyuqluq yaranan işçilərdə “almaq” səviyyəsi yüksək, “vermək” dərəcəsi isə aşağıdır. Yalnız özünü göstərən, müsbət təkliflərlə çıxış edən təzələr və az da olsa reaktivlik göstərən digərləri qəhrəmana və yenidən qəhrəmana çevrilə bilirlər. Və əgər bu qəhrəmanlıqlar mütəmadi hal alarsa məsuliyyətlərlə bərabər səlahiyyətlər əldə edirlər ki... bu da Lider olma istiqamətində fürsətlərdir. Və təbii ki bunların aralarından müyyən kiçik faizi şirkət içində formal və/və ya informal liderə çevrilirlər. Şirkət içində məsuliyyət əldə etmək istəməyənlər, səlahiyyət də əldə etməyəcəkdir. Çünki səlahiyyət əslində verilmir ,üzərinə götürdüyü məsuliyyətə paralel olaraq əldə edilir. Autsayderlər sadəcə “məmur” tipiylə deyilənləri edənlər və verdiklərini və aldıqlarını yetərli görənlərdir. Məhz əslində cəmiyyətdə olduğu kimi şirkətlərdə də bu qrup çoxluq təşkil edir...
İnkişaf isə məhz yenilik, dəyişim gətirən qəhrəmanlardan və bu yeniliyi və dəyişimi uzunmüddətliliyini təmin edən liderlərdən asılıdır.

Gəncliyi almaq və vermək şiddətiylə dolub daşan Liderlər görmək niyyəti ilə uğurlar... 

No comments: