Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

28.8.13

İntellekt matrisi və Vicdanın səsi...

Yenə uzun (mənə görə) fasilədən sonra Sizlərlə bir arada olmaq istədim. Son zamanlar bloqumuzda yazılar seyrəkləşmişdir. Ancaq onu deyim ki, bu vaxt ərzində müsbət istiqamətdə çox dəyişikliklər olub. Dəyişim, yenilik isə bildiyiniz kimi çox vacibdir. Son zamanlar dünya aləmdə də bir sıra dəyişikliklər baş verməkdədir. Və bunların çoxunda bir faktor, bir dəyərin yoxluğu görsənir ki bu da "VİCDAN"dır. Elə bu yazıda bu dəyərin günümüzdə əhəmiyyəti barədə biraz başqa istiqamətdən yol alaraq Sizlərlə paylaşmaq istədim.
Çoxdan alsam da son vaxtlar təkrar incələdiyim kitablardan biri Stephen Covey-in "The 8th Habit From Effectiveness to Greatness" kitabıdır. Elə bil yerinə düşdü ki, dünyanın bu gərdişində  dünya siyasətçiləri, filosofları, lider və idaretməçilərinin müxtəlif fikirlərini oxuduqca günümüzün problemi olan və kitabın bir bölümündə üzərində çox durulan "Mənəvi İntellekt" anlayışı və bunun bir növ "output"u, səsi olan Vicdandan bəhs edilir... 

Bloqumuzu təqib edənlər yəqin ki xatırlayar vaxtilə "Fərdi və ictimai inkişafda IQ kifayət etməz...EQ, MQ, BQ və digər "Q"-lər də lazımdır!"  başlıqlı yazımız vardı ki burada intellekt növlərindən bəhs etmişdim. Bunların hər birinin nələr olduğu haqqında həmin yazıdan oxuya bilərsiniz. Mən sadəcə Moral (Spiritual) Intelligence- Mənəvi zəka(idrak haqqında olan hissəni burda təkrar etmək istəyirəm.

MQ-Moral Intelligence-Mənəvi zəka(idrak)... Emosional zəkadan sonra ortaya çıxan anlayışdır. Mənəvi zəkada əsas faktorlar bütünlük (fikirdə və əməldə), məsuliyyətlilik, simpatiya və bağışlama xüsusiyyətləridir. Öhdəliklər götürmək və bunu məsuliyyətlə həyata keçirmək, xoşgörülü olmaq və səhvləri bağışlamaq, pozitiv və inkişaf meyilli düşüncə fəaliyyətlərə üstünlük vermək mənəvi zəkanı gücləndirir. Eyni zamanda başqalarının simpatiyasını və rəğbətini qazanmaq, digər insanların əksik yönlərinə toleranslı olmaq və onları olduğu kimi qəbul etmək də MQ-nü qüvvətləndirir. 

Bu yazıda maraqlı bir matrisi Sizlərlə paylaşmaq istədim.

   İNSAN
4 EHTİYAC
4 ZƏKA NÖVÜ/ Qabiliyyətlər
4 KEYFİYYƏT
NƏTİCƏSİ-SƏSİ
BƏDƏN
Yaşamaq
Fiziki zəka
(PQ)
Disiplin
Ehtiyacın qarşılanması
İNTELLEKT
Təhsil almaq
İntellektual zəka
(IQ)
Vizyon
Talant
Disiplinli fokuslaşma
ÜRƏK
Sevmək
Emosional zəka
(EQ)
Təşəbbüs
Entuziazm
Entuziazm
(Gördüyü işi sevgiylə görmək)
MƏNƏVİYYAT
İz/irs qoymaq
Mənəvi zəka
(SQ vəya MQ)
VİCDAN
VİCDAN
(Doğru olanı etmək)

Gördüyümüz kimi matrisdə insanoğlunu idarə edən və ya onun idarə etdiyi 4 faktor: bədən, intellekt, ürək, mənəviyyat və bu faktorlara xas ehtiyaclar, zəka /qabiliyyət növləri yer alıb. Hər bir faktorun qarşılıqlı keyfiyyət təcəssümü və nəticələri də matrisdə göstərilmişdir. Emosional zəka -Entuziazmı artırır bu da işi  ürəklə, sevgiylə görməklə nəticələnir. Təhsil yoluyla, öyrənməylə əldə edilən İntellektual zəka Vizyonu artırır və hər hansı bir sahəyə məxsus talantlar yaradır. 

İnsanda mənəviyyat irs buraxmaq, iz qoymaq ehtiyacını qarşılamalıdır ki yuxarıda bəhs edilən mənəvi zəkaya aid davranış və münasibət, hadisələrə bu yöndən yaxınlaşmağı məcbur edir. Bunu isə ancaq VİCDAN-la etmək lazımdır... Vicdanın səsi isə doğru olanı etməkdir! Bu həyatın hər sahəsində və işdə də keçərlidir! Dünyada müxtəlif zamanlarda səs salan insanlar, liderlər də bu qruplaşma ilə dəyərləndirilə bilər. Kimisi Gandi, Martin Luther King kimi Vicdanın səsini dinlər, doğru olanı edər (millət, xalq, ölkə, dünya üçün) iz qoyar... belə xatırlanır... Kimisi də sadəcə disiplini, vizyonu ilə xatırlanmaqdadır və xatırlanacaqdır... Əsl lider iz qoyan liderdir.

Həyatda və işlərinizdə uğurlar diləyi ilə...


2 comments:

Kerem Ahmedov said...

əla!

Remzi Mammadli said...

emi eladi!