Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

28.1.15

"Sınaq müddəti"- kimin üçün?

Şirkətlərin yeni işçilərin qəbul edilməsi zamanı çox zaman tanıdıqları "3 aylıq (və ya hər hansı bir müddət)  sınaq müddəti" haqqında qısaca fikirlərimi paylaşmaq istədim. Yazının başlığında da gördüyünüz kimi  "kimin üçün?"  sualını verərək bu olaya fərqli tərəfdən yanaşmaq istədim. Bəli, əlbəttə ki işə götürənlə işə götürülən arasındakı razılaşmalarda sınaq müddəti daha çox işə ehtiyacı olan tərəfə məsuliyyət yükləməkdədir.
 Ancaq mən qısaca burada ikinci tərəf olan şirkətlərin də eyni zamanda bir sınaqdan keçdiyini artıq qəbul etmələrini istəyirəm. İşçiyə tanınan o sınaq müddəti eyni zamanda ümumilikdə şirkətin, onun hansısa bölümünün və ya daha irəli getsək ona rəhbərlik edəcəklərin "sınaq müddəti" kimi də yanaşılmasının faydalı olacağı bilinməlidir.
 "Customer engagement" və "Employer engagement" deyilən məvhumlarda da bu amilin önəmi böyükdür... Şirkətlər  təklif etdikləri sınaq müddəti ərzində  "özünü"- satmaqdadır... İstər sınaq müddətini keçib işə qəbul olunanlar olsun, istərsə də sınaq müddətini bu vəya digər səbəbdən keçməyənlər olsun bu hər iki qism üçün önəmlidir...
 Sınaq müddəti ərzində şirkət və əməkdaşları haqqında yaranan təəssüratın işə götürülənlər və götürülməyənlərdə təsirli bir iz buraxacağı danılmazdır... Bu iz işə götürülənlərdə bir müddət davam etsə də, digərlərində demək olar ki uzunmüddətli qalacaqdır və yaranan bu təəssürat başqalarına ötürüləcəkdir... müsbət və ya mənfi PR-ı yaratmış olacaqdır...
 Buna görə də şirkətlər rəhbər və əməkdaşları ilə birlikdə bu anlayışın tək tərəfli deyil, ikitərəfli olduğunu qəbul edib bu istiqamətdə işləsələr yuxarıda qeyd edilən xoş bağlılıq yarada biləcəklər... Bu da bir növ bir fürsət kimi dəyərləndirilməlidir... Sınaq müddətinə bir növ qarşılıqlı "feedback periodu" kimi baxılmalıdır... 

No comments: