Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

12.1.15

Marketinqdə səmimiyyət ili...

2015-ci ilə başladıq.. həm də gözəl başladıq... 2015-ci ilə aid olduğumuz bir qrupun, bir camianın səmimi ab-havası, səmimi bir mühiti ilə başladıq... Bu məni sevindirir və ili bu minvalla ruh yüksəkliyi ilə davam edəcəyimizə inanıram... Və sevinirəm ki, bu ildə bloqumuzun ilk yazısı da məhz bu gözəl ab-hava ilə yazılır...

Günümüzdə network və bunun əsasında yaranan və yüksələn qarşılıqlı faydalı əməkdaşlıqlar, hansı platformada həyata keçirilməsindən asılı olmayaraq bir reallıqdır. Və həm də hər hansı bir istiqamətdə gələcək yönümlü atılmış addımlardır. 

Peşə sahələri baxımından Facebook sosial şəbəkəsində yer alan qruplar arasından Marketinq Azərbaycan qrupu 6200-dən çox üzvü ilə və ölkənin demək olar ki hər sahədən şirkət nümayəndələrini əhatə etməsi ilə seçilməkdədir. İki gün əvvəl aid olduğum qrupumuzun 3 illiyi münasibəti ilə, həm də yeni ilə yeni ab-hava ilə başlamamız səbəbi ilə gözəl qeyri-rəsmi, SƏMİMİ bir mühitdə tədbirimiz keçirildi... Tədbirdə açılışda uzun-uzadı danışmaq lüzumsuz olduğu üçün orada ürəyimdən keçib demək istədiyim, ancaq az toxunub, tam deyə bilmədiyim bəzi nüansları Sizlərlə paylaşmaq istədim... Oxuyan gözlər var olsun!
Ümumiyyətlə cəmiyyət və ya cəmiyyətdə hər hansı bir təbəqə, qrup, icma, platforma onu təşkil edən üzvləri, nümayəndələri ilə dəyərlidir... Qeyd edilən bu birliklərin səviyyəsi də məhz üzvlərin səviyyəsi ilə indekslidir... Və hər biri bir-birindən güc almadla və ya bir-birindən mənfi və ya müsbət effekt əldə etməkdədir... Tədbirdə misal çəkdiyim ağac və budağı misalı da buna görə idi... Əgər hər hansı bir sahəni, icmanı, qrupu, platformanı ağac misali düşünsək hər birimiz bir budaq, aid olduğumuz platforma bir ağacdır... Ağac yaşıl budaqları ilə ağac olduğu kimi, hər hansı platforma da ona aid olanlarla dəyərlidir... Hər hansı bir ağacın budaqları tək başına böyümür, kökünün güclü olması və ondan qidalanması ilə böyüyür... Eyni zamanda da ağacın kökü də sağlam budaqlarından çox asılıdır... Bloqumuzu təqib edənlər bu mövzuda bir neçə dəfə müxtəlif başlıqlar altında yazılar yazdığımı bilirlər... Yaranan cəmiyyətlər, assoasiyalar, birliklər, qruplar ilk növbədə aid olduğu sahənin inkişafı məqsədilə yaradılmaqdadır (yaradılmalıdır). Sahənin inkişafı isə onda fəaliyyət göstərənlərin inkişafına güc verər...və bu bir-birini təqib edən bir xarakterdə davam edər və beləcə hər biri inkişaf edər...  Ancaq bunun gerçəkləşməsi üçün olmazsa olmaz iki şərt var ki, bu da fikrimcə SƏMİMİYYƏT və ŞƏFFAFLIQ-dır... Əslində elə tək bir şərt yetərlidir-SƏMİMİYYƏT... Səmimiyyət olan yerdə digəri də təmin olunacaqdır... 
Qurulan cəmiyyətlər, assoasiyalar, birliklər məhz ilk etapda özünə, üzvlərinə və aid olduğu sahə və cəmiyyətə qarşı səmimi olmalıdır... Qeyd edilən addakı təşəkküllərün ümdə amalı ona aid olanlara, üzvlərinə fayda verməklə aid olduğu sahəyə fayda vermək olmalıdır... Yaranan cəmiyyətlər, qruplar, assoasiyaların fəaliyyətləri bu çərçivədə həyata keçirilməlidir... Ölkəmizdə müxtəlif adlarda yaranan assoasiyalar, cəmiyyətlər, iş adamları cəmiyyət və birlikləri bu amalla çıxış etməlidirlər.  Ona üzv olanlar və olmayanlarla səmimi münasibətlər, şəffaf və faydalı fəaliyyətlər həyata keçirməlidirlər... Əks halda hər hansı sahəni "sahiblənmə"məlidirlər. Görüləcək fəaliyyətlər isə həddindən artıq çoxdur. Üzvlərini inkişaf etdir ki, özün inkişaf edəsən... Hər hansı bir qurumun  səviyyəsi üzvlərinin səviyyəsi ilə həmahəngdir... 
Biz də eyni şəkildə facebook platformasında olsaq da qrupumuzun səviyyəsi bizlərlə-üzvlərlə həmahəndir... Yaxşı və ya pis nə varsa bizə aiddir... Üzvlər nə qədər fəal, aktiv və bir-birimizə qarşı səmimi olarsa, platformamız da o qədər aktiv, fəal, faydalı və inkişaf meyilli olacaqdır... və bu platformamız real iş və şəxsi həyatlarımızda bizə faydalı olacaqdır... Məqsədimiz də aid olduğumuz sahəyə müəyyən töhvələr verməkdir... Hamımıza bu istiqamətdə SƏMİMİ yanaşma, SƏMİMİ əməkdaşlıq diləyirəm...
Yaranmış səmimi ab-havanı, səmimi mühiti davam etdirmək ümidiylə bütün tədbir təşkilatçılarına, tədbirə dəstək verənlərə, iştirakçılara və onların timsalında platformamızın bütün üzvlərinə təşəkkür edir, uğurlar diləyirəm!

No comments: