Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

15.5.12

Bir daha Eurovision 2012 və Bakının şəhər brendinin formalaşması haqqında...

Bir neçə ay əvvəl bu mövzuda yazdığım yazıya əlavələr etməyin vacibliyini hesab edirəm. Xatırladınızsa yazının sonunda belə bir sual soruşmuşdum:

"Eurovison 2012 şəhər marketinqi baxımından əhəmiyyətli bir layihədir. Ancaq bu layihə Bakıya hansı imici qazandıracaq? Və ya bu Eurovison sonrasında Bakı hansı imic əldə edəcək? 
 Bax bunu dərin-dərin düşünməkdəyəm... Bakının indki infrastrukturu, yolların bərbad olması, əhalinini bir biri ilə rəftarı, sürücülük mədəniyyəti (siqnallar, səslər, bağırıb çağırmalar), gostərilənlərlə (show) ilə əslin fərqli olması və s, və s. şəhərimizin imicinə nə qazandıracaq acəba? Yoxsa gələnlərə sadəcə yüksək binalar (halbuki başqa şəhərlərdə daha gözəl memari yüksək binalar var), dənizkənarı və modernləşmiş İçərişəhər göstəriləcək? Gələnlərdən heç biri məyər bizim gördüklərimizi görməyəcək?"

Bəli, deyesen o gələnlər yuxarıda yazılanlardan ancaq ona göstərilənləri görəcəkdir. Niyə bu qənaətdəyəm? Son 1-2 gündə Eurovision avtobuslarının hərəkət güzərgahının ancaq göstərməlik təmir olunan yollarla olmasını və  DYP-nin müşayiəti ilə bu güzərgahlarda hərəkətini izləməkdəyəm. Yəni bizim gördüklərimizi görməyəcəklərinə artıq inanmağa başladım. Ancaq unutmamaq lazımdır ki,
Şəhər brendi şəhərin görünüşü və gözəlliyi ilə bərabər şəhər xalqının (fərdi və ümumi) mədəniyyətini, davranışlarnı və yaşayış tərzlərini də əhatə edir.
Bəs bunları necə Eurovision üçün gələn qonaqlardan gizləyə biləcəyikmi?
"Əhalinini bir biri ilə kobud rəftarı, sürücülük mədəniyyəti (siqnallar, səslər, bağırıb çağırmalar), gostərilənlərlə (show) ilə əslin fərqli olması, bu tədbirə görə bəzi yolların bağlanmasını və bunun şəhər xalqına təsirini, yolların yarım-yarımçıq müəyyən hissələrinin təmirini və s.?"  
Görəsən Eurovision və bu kimi tədbirlərn keçirildiyi digər şəhərlərdə (İstanbul, Moskva, Kiyev və s.) bu fəalaiyyətlər ancaq tədbir qabağı görülür yoxsa, başqalarına göstərmək üçün deyil, öz yüksək yaşayış standartına çatmaq üçün planlı və mütəmadi olaraq görülür? Neyləyək hər şeyin göstərişini biz çox sevən xalqıq nədənsə...
Hamıya bol Eurovision seyirləri...!!!

No comments: