Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

18.10.12

Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı və ölkəmizin vəziyyəti...

 Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı  (Patent, Utility model, İndustrial Design, Trademark) - rəqabətqabiliyyətlilik və inkişaf göstəriciləri üzrə ölkəmiz nə vəziyyətdə? Heç bununla əlaqədar düşündünüzmü?

İstanbul Universitetində doktorantura pilləsində gördüyümüz dərslərdən biri "Bilgi Ekonomisi" dərsi idi və bu dərsi əksər politik görüşünə qatılmadığım Mehmet Altandan alırdıq... Ancaq bununla bərabər qeyd etmək istərdim ki, M.Altan bu dərslərdə o zamana qədər heç düşünmədiyimiz ancaq həqiqətən maraqlı və
önəmli olan inkişaf amilləri, göstəriciləri haqqında araşdırmalar etməymizi və ölkələrin müqayisəsini aparmağımızı istərdi. O zamandan daim bununla əlaqədar yayın və statistikalara baxır və ölkələri müqayisə edirəm.

 Bundan əvvəlki bloq yazımda Qlobal Rəqabətqabiliyyətlilik sıralamasında ölkənin 144 ölkə arasında 46-cı yerdə mövqeləndiyini qeyd etməklə bərabər gələcək inkişafa mənfi təsir edəcək və sıralamada ən sonlarda olduğumuz inkişaf və rəqabətqabiliyyətlilik faktorlarından bəhs etmişdim. Məhz bu yazının da davamı olaraq bu gün yuxarıda sadaladığım göstəricilər üzrə ölkəmizin vəziyyətindən bəhs etmək istəyirəm.

Əvvəlcə maraqlananlara Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı ilə əlaqədar araşdırma və analizlər apararaq hesabatlar yayınlayan World Intellectual Property Organization (WIPO)-nun hesabatlarını incələmələrini tövsiyyə edərdim. Bu hesabatlarda Dünyanın bölgələr üzrə və ölkələr üzrə yuxarıdakı kriteriyaları əhatə edən durumu haqqında çox maraqlı məlumatlar yer alır.
İndi sizlərin nəzərinə  Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı ilə əlaqədar bu hesabatdan əldə etdiyim və müqayisə olsun deyə Azərbaycanla bərabər bəzi ölkələrin məlumatlarını çatdırmaq istərdim.Ancaq bundan Dünya İqtisadi Forumunun hesabatı olan Global Rəqabətqabiliyyətlilik hesabatının  İnovasiya bölməsi altında ölkəmizin patent müraciəti üzrə (əhali sayına nisbətdə) 79-cu yerdə, qonşu Gürcüstanın 60-cı yerdə olduğunu da nəzərinizə çatdırmaq istəyirəm.  

Azərbaycanın 2010-cu ildə qəbul olunan
Trademark-7680, 
Patent-0    
Sənaye nümunəsi-2
Faydalı model-0
2011-ci ildə isə cəmi 6  patent  müraciəti qəbul edilmişdir. 5 ədəd isə sənaye nümunəsi qəbul edilmişdir.
Digər ölkələrə əlaqədar saytda baxa bilərsiniz.

Bu keçiddə  (tiklayin) isə  birbaşa və yerli patent idarəsinə olunan müraciətləri nəzərinizə çatdırıram. Göründüyü kimi Ermənistan və Estoniyadan başqa digər yaxın ölkələrdən müraciətdə geri qalırıq. Sənaye nümunəsi üzrə isə müraciətlərin sayına bu keçiddən (tıklayın) baxa bilərsiniz. Sənaye nümunəsi üzrə isə göründüyü kimi çox az müraciətlər olunubdur. Təbii ki müraciət az olduğu təqdirdə alınan patent və sənaye nümunəsinin qəbulu da az olacaqdır. Digər müqayisələləri də əlaqədar saytdan təmin edə bilərsiniz. 

Bütün bunları yazıya tökərək nəzərinizə çatdırmaqda məqsədim odur ki, bilək və fərqində olaq ki, gələcək istiqamətli inkişaf göstəriciləri daha önəmlidir və irəliləyişi məhz bu kriteriyalar üzrə əldə etmək lazımdır.
Patent, faydalı model, sənaye nümunəsi üzrə göstəriciləri artırmaq üçün məhz bir öncəki məqalədə qeyd etdiyim təhsildə və biznes mühitində olan problemlərin həllinə çalışmaq lazımdır.
 Burada bir önəmli nüansa da toxunmaq istəyirəm. Bu göstəricilər həm təhsil sistemindən, elmi-texniki yeniliklərdən həm də iş dünyasından özəl və dövlət sektorundan asılıdır. İş dünyası-Universitet iş birliyi  (bu mövzuda məqaləyə baxın) bu göstəricilərin yaxşılaşmasında əsas və vacib amildir. Universitetlərdə vəya elm ocaqlarında irəli sürülən yeniliklər sənaye məhsuluna, sənaye modelinə çevrilməlidir, sənayedə ( iş dünyasında) istifadə edilməlidir, təkmilləşdirilməlidir. Eləcə də əksinə iş dünyasında, sənayedəki yeniliklər elm ocaqlarında elmi yönüylə izah olunmalı və təkmilləşdirilməlidir. İstər elm ocaqlarında, istərsə də iş dünyasında gənclərə bu istiqamətlərdə məlumatlar verilməlidir və hər bir yöndən (universitet və dövlət tərəfindən) bu istiqamətlərdə fəaliyyətlər təşviq olunmalıdır.

Sonda  Türk Patent institutunun  və bizim bu istiqamətdəki strukturumuz olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytlarına müqayisə məqsədiylə baxmağınızı tövsiyyə edirəm. Bəhs etdiyim mövzularda hansından daha çox və faydalı məlumat əldə edilə bilər siz özünüz qərar verin...

Uğurlu inkişaf diləyi ilə...

Mövzu ilə əlaqədar digər yazılar:
Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış...
İş dünyası-Universitet əməkdaşlığı və faydaları

No comments: