Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

6.9.11

Satışda Bilgi və Sevgi...

"Ən solğun mürəkkəb, ən yaxşı hafızədən daha uzun müddət qalar" (Çin məsəli).
Niyə yazıma bu məsəl üzərindən başlamaq istədim?
Kağızlara tökülən mürəkkəbin ( burda elektron mürəkkəb:) ) də niyə yaxşı hafizədən daha uzun müddət qalacağını düşündüyümüzdə bunları söyləyə bilərik. Solğun da olsa mürəkkəblə yazılanlar daha çox insanın əlinə keçir, hafizəsinə yerləşir, paylaşılır və paylaşdıqca da uzun ömürlü olur. Elektron yayınlarda ise bu daha surətli və daha geniş auditoriyaya yayılmaqdadır. Digər bir xüsus isə yazılan bir yazı bir ifadır, bir hərəkətdir. İfa və hərəkət isə praktik xüsusiyyətə malikdir.
Təbii ki praktiki olan hər bir fəaliyyət sadəcə hafizədə qalmaqdan daha uzun ömürlü olar.
Bu yerdə zəmanəmizin informasiya və bilik zəmanəsi olduğunu və bilginin, biliyin paylaşdıqca artan bir dəyər olduğunu da xatırlatmağı vacib bilirəm. Paylaşdıqca artan bir digər dəyərin isə sevgi olduğunu nəzərə alsaq bu iki dəyərin bilgi və sevginin eyni yerdə olması və paylaşılması fikrimcə uğurların əldə olunması ilə nəticələnəcəkdir.
 Bu minvalla da bu yazımda qısaca, satışda bilgi ve sevgiylə çalışmağın və bu iki dəyəri paylaşmanın vacibliyini önə çıxarmaq istərdim. Çalışdığımız şirkətə, məkana, bərabər çalışdığımız kollektivə, satdığımız məhsula və gördüyümüz hər bir işə bilgi və sevgiylə münasibət uğur qazanmanın açarlarındandır. Bəli, hər şeydən əvvəl münasibət düzgün olmalıdır.  

Bu münasibətdən biri; İşi bilgiylə görməkdir ki, bu satış və marketinqdə daha da əhəmiyyət kəsb edir. Niyə? Satış ünsiyyət prosesi nəticəsində həyata keçirilir. Tərəflərin hər ikisinin bu ünsiyyət zamanı müəyyən bilgiyə ehtiyacı olduğunu söyləsək səhv etmərik.

Satış məkanında satış personalının alıcını mehribanlıqla qarşılaması və satış məkanının alıcı tərəfindən ilk qarşılaşdığı andan bəyənilməsi; satıcının alıcının istək və ehtiyacını müəyyənləşdirməsi; və yalnız bundan sonra doğru mal və ya xidməti təqdim etməsi; alıcının tərəddüdlərinin, qarşılaşdığı problemlərin və şikayətlərinin düzgün formada cavablandırılması; satışın hər iki tərəfin mənfəətiylə nəticələndirilməsi; müştərinin gülərüz, mehribanlıq və tam arxayın yola salınması və satışdan sonra mükəmməl xidmət göstərməklə uzun müddətli müştəri məmnuniyyətinin əldə edilməsi ilə nəticələndiyi məlumdur.
Və bütün bu uzun proses zamanı tərəflər bir-birlərinə müxtəlif formada bilgilər ötürməkdə və beləcə ünsiyyət qurulmaqdadır. Bütün bu informasiyaların əldə edilməsində və münasibətin qurullmasında isə işə münasibətin ikinci amilinin-sevgi amilinin təsiri olduqca əhəmiyyətlidir. Sevgi amili, şirkətə və məhsullarına inamla yanaşmağı, şirkət satış qaydalarını bilgiylə və sevgiylə mənimsəməyi və həyata keçirməyi, öz işinin əsil peşəkarı olmaq üçün iş ilə əlaqədar bilgilərin əldə olunmasında istəkli olmağı və bu bilgidən lazımi şəkildə istifadə etmək kimi müsbət yanaşma tərzlərini ifadə etməkdədir. Eyni zamanda ünsiyyət zamanı tərəflər arasında anlayış faktoru və xoş münasibət önəmlidir ki, bunun da arxasında yenə işə və insanlara olan sevgi durmaqdadır.
 Qısaca, uğur qazanmaq üçün bilgini sevgiylə, sevgini isə bilgiylə əldə etmək və paylaşmaq vacibdir. Satışda isə bu çox əhəmiyyətlidir.

No comments: