Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

28.6.12

Professionallar hansı qısqacda çabalamaqdadırlar?

Bu gün işə başlarkən bir yaxın dostum tərəfindən bu sözü eşitdim: Şirkət sahibi deyirmiş ki "çox sürətlisən, bu qədər də olmaz"... Bu məqalənin yazılmağına da səbəb bir idarəetməçiyə deyilən bu söz və bu münasibət oldu.
Bilindiyi kimi bir sıra "biznes standartları"na görə şirkətləri güclü və gücsüz (zəif) deyə dərəcələndirməyə ayırmaq mümkündür.  Normal biznes mühitində bu standartların nə olduğu yəqin ki hamya məlumdur. Zəif şirkətlərin gücə sahib olma istiqamətində çalışmaları isə normal biznes mühitində əsas məqsədlərindən biridir. Bəs bizdə? Bu iki ayırıma aid olan "güclü" və "zəif" şirkətlər dərəcəsinə hansı şirkətlər aiddir və burada hansı faktorlar rol oynayır?
Ölkədə fəaliyyət göstərən "güclü" şirkətləri iki qismə ayırmaq mümkündür: 1) Beynəlxalq (Global) şirkətlər (sektor amilini nəzərə almıram) və 2)Birbaşa sahibliyi və himəyadarlığı bəlli "güc"lərə aid olan şirkətlər. Bu şirkətlərin birincisində idarəetmə keyfiyyət və dərəcəsindən asılı olmayaraq müəyyən biznes standartları tədbiq edilməkdə və bu idarəetmə standartlarının sayəsində şirkətlər fəaliyyətlərini davam etdiməkdədirlər.
Bu şirkətlərdə demək olar ki professionallıq sistem və standartların çərçivəsinə öz rolunu oynayır. Mənim məqsədim yerli şirkətləri xarakterizə etməkdir ki, yerli şirkətlərimizdə qeyd edilən "güc" biznes mühitinə uyğun olmayan güc faktorlarından ibarətdir. Amma  bu şirkətlərdə çalışan professioanal işçilər üçün bunun həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.
Mənfi tərəfi professionallığın bir nöqtədə qeyd edilən normal biznes mühitinə uyğun olmayan "güc" amillərinə görə gözardı edilməsi və heç nəzərə alınmamasıdır. Bu isə bir professional üçün çox əhəmiyyətlidir. Burada hamıya bəlli olan müxtəlif hadisələrlə qarşılaşa biləcəyini nəzərdə tuturam. 
Müsbət tərəfi isə başqa bir yöndən,  digər kateqoriyaya aid şirkətlərin durumundan yola çıxaraq izah etmək istərdim. "Zəif"  və ya "gücsüz" şirkətlərdə kəmiyyətcə tələb olunanın çox aşağısında olan professsional işçilərin arxasında nə həqiqi mənada, nə də bizim biznes mühitinə aid "güclü şirkət" faktorunun olmadığı üçün bu şirkətlərdə yuxarıda dostumuzun qeyd etdiyi kimi bir çəkingənlik, riskə getməyən, böyümə və inkişafın ona əlavə "yüklər" gətirəcəyi düşüncələridir. Təbii ki şirkət sahibi və idarəetməçilərdə bu düşüncələr müəyyın ölçüdə qeyri-professionallıqdan olsa da əsasən şəffaf biznes mühitinin olmamasından qaynaqlanır. Bu zaman isə professional kadrlar şirkətin bu çərçivəsi altında sıxılır və özlərini reallaşdıra bilmirlər. Bizim "güclü" şirkətlərdə belə bir çəkingənlik amilərinin olmaması professional işçilərin təkliflərinin dəyərləndirilməsi və özlərini reallaşdırması baxımından cəlbedici olmaqdadır. Təbii ki bəhs etdiyimiz digər faktorları gözə almaq lazımdır.
Nəticədə onsuz da az sayda olan professional idarəetməçilər bu qısqacda çabalamaqdadırlar... Bu da idarəetmə məktəbinin formalaşmasına hələ uzun müddət mənfi təsirini göstərəcəkdir. Ümid edək ki bu istiqamətdə yaxın illərdə hər iki kateqoriyaya aid biznes mənsubları və habelə burada rol oynama gücündə və səlahiyyətində olan strukturlar müəyyən işlər görəcəklər ki, ölkədə idarəetmə məktəbi (praktik mənada) formalaşa bilsin...

2 comments:

Unknown said...

İndiki güclü rəqabət ortamında artıq ancaq böyük olan şirkətlər qazanmır. Sürətli olan şirkətlər önə çıxır - yeni texnologiya, HR strategiyaları, motivasiya sistemləri, rəqiblərin addımları, bazar tendensiyası, ümumi iqtiisadi vəziyyətə və deyişikliklərə sürətli cavab verə bilən şirkətlər qazanır. Daim bazarın nəbzini tutmaq və dərhal reaksiya vermək lazımdır.
Ancaq, təəssüflər olsun ki, Azərbaycanda rəqabət ortamının çox güclü olmadığına, firma sahiblərinin professional idarəçi və manager olmadığına, amma buna baxmayaraq professionallara tam güvənmədiklərinə və emosional hərəkət etdiklərinə görə, belə hallar ortaya çıxır

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Beli tamamile eledir... Ahtapot kimi boyuyub hereketsiz qalmaqdansa, bazarın nəbzini tutaraq surətlə hərəkət edib bir addım ondə olmaqla beyinlərə yerləşməkdir indiki zamanın tələbi...