Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

12.12.12

Qapalı bir cəmiyyətdə inkişaf ???

Yazılarımı təqib edən dostlar yəqin ki futurologiya sahəsinin maraq dairəmdə olduğunu görürlər. Xüsusilə bu sahədə yazılan ədəbiyyatlar hələ tələbə vaxtından mənə maraqlı gəlmişdir və davamlı bu mövzulardakı kitabları oxumağa üstünlük verirdim.  Səbəbi isə gələcəkyönlü iqtisadi-sosial inkişafda, təhsildə, idarəetmənin müxtəlif sahələrində ortaya şıxacaq yeniliklərin nələr olacağı və bunun həyatımıza necə təsir edəcəyi haqqında maraqlı nuanslarla tanış olmaq idi. İndi isə təkcə oxumaqla kifayətlənməyin düzgün olmadığını və bu istiqamətdə mütəmadi yazılar vasitəsilə oxucularımla düşüncələrimi paylaşmağı daha məğbul və faydalı olacağını düşünürəm. Məhz bu səbəbdən də dəyərli marketoloqlarımıza yönəlik bu ilin aprel ayında "Marketoloqlara məsləhət: Biraz da futuroloq olsunlar!" məqaləsini yazmışdım.
Bundan əvvəlki yazılarda isə gələcəkdə şirkətlərdə meydana çıxacaq vəzifələrlə əlaqədar futuroloqların təxminlərini paylaşmışdım. Yəqin ki müəyyən mənada kimlərəsə faydalı ola bilər.
İndi isə bu yazımın əsas məqsədinə keçmək istəyirəm.
Bəli futurologiya sahəsi maraq dairəmdə olduğu üçün bu sahə ilə əlaqədar mövcud dərnək, cəmiyyət və qrupların fəaliyyəti və onlarla əməkdaşlıq da məni maraqlandırırdı. İndiyəcən online abunə olduğum World Future Studies - Dünya Futuroloqları Cəmiyyətinə üzv olaraq daha çox bilgi, informasiya əldə etmək istədim. Və bu cəmiyyətə üzvlük online olaraq  bir neçə dəqiqənin içində hazır oldu. Təbii ki hər bir sahənin lokal səviyyədə fəaliyyəti və bu sahədə fəaliyyətin lokal səviyyəsi də vacibdir. Çünki nəhayətində ilk növbədə öz cəmiyyətimizin hər sahədə inkişafı vacib və maraqlıdır. Buna görə də Azərbaycan Futuroloqları Cəmiyyəti haqqında ilk növbədə online əyani tanış olub fəaliyyətləri və üzvlük şərtlərini öyrənmək istədim. Təəssüf ki fəaliyyətlər haqqında press-reliz kimi məlumatlardan başqa heç nə görmədim. Çünki hər bir sahəyə elmi yanaşma, bu sahənin cəmiyyətə təsiri, cəmiyyət üçün faydalı elmi araşdırmaların, məqalələrin yazıların bu səhifədə olmasını müsbət və vacib hesab  edirəm. Eyni zamanda burada necə üzv olmaq olar və ya üzvlük şərtləri haqqında heç nə görmədim. Bu da cəmiyyətin qapalılığını göstərir. Yəni hər hansı bir sahənin inkişafı öz qabığının içində qalmaqla gerçəkləşməz. Məcbur olaraq telefonla əlaqə saxlamalı oldum. Və əlaqə nömrəmi alıb 1 gün sonra zəng elədilər. Bu zəngdə isə  maraqlı təklifi qeyd olundu: "Yeni ildən sonra təkrar zəng edib görüşmək mümkündür". Yəni qısacası üzvlük də ancaq görüşdən sonra olar ya da olmaya bilər... Təbii ki hörmətlə təşəkkür elədim.
 Daha sonra Türkiyədə fəaliyyət göstərən Türkiyə Futuroloqlar Dərnəyinə elektron məktubla müraciət etdim. 1 gün sonra üzvlük formunu doldurmam üçün göndərdilər. Eyni zamanda saytlarında üzvlük şərtləri açıqca göstərilibdir və hətta üzv olmağa çağırış da var.
Qısaca olaraq hər hansı cəmiyyətin  və bunu əmələ gətirən kiçik cəmiyyət parçalarının inkişafı qapalı olmaqda deyil, açıq olmaqda. Məhz açıq cəmiyyətdə müxtəlif sahələrin inkişafı üçün fərqli fikirlər, yeniliklər səslənə bilər, daha çox dəyər qatıla bilər.

Gələcəyinizin dəyərli olması diləyi ilə... 

2 comments:

Rza Huseynov said...

Maraqlidir. Men de 3-4 il bundan evvel Azerbaycan Marketinq Cemiyyetine uzv olmaq istemishdim. Onlarin 1 defe iclasinda ishtirak etdim ve ondan sonra o arzumu bir daha dile getirmedim. Iclas ne iclas......

Biznes təlimçi & konsultant: Ph.D Cəbrayıl Vəliyev said...

Rza qardaş elədir. Baxmayaraq ki o cəmiyyətin "sədri" əslində isə sahibi çox irəligörüşlü və təşəbbüskarç biznes düşüncəlidir. Cəmiyyət haqqında isə bu yazımda söyləmişəm fikirlərimi... Şəxsi məqsədlər üçün gözəl istifadə olunur. http://www.jabrayilvaliyev.com/2012/02/azrbaycanda-marketinq.html