Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

13.2.13

Vizyonsuzlaşma və səbəbləri...

Dəyərli oxucularım yəqin ki xatırlayar keçən yazıda "Azadlıq və inkişaf..." haqda yazmışdım. İnsanların fürsət, şans və şərtlərə hakim olmasının onların inkişafına dəstək olacağı bunlara malik olmaq üçün isə azad olmalarını dilə gətirmişdim. Bəli, bu iki anlayış bir biri ilə müttəfiqdirlər, biri əldə edildiyi vaxt digəri də artar! Və eyni zamanda real olaraq bu xüsusların olması qeyri müəyyənliyi azaldır və nəticədə insanların gələcək istiqamətində düşüncə və görüşlərinin formalaşmasına şərait yaradır. Məhz  bu fikirlərdən yola çıxaraq bu yazıda "Vizyon"la əlaqədar qısa düşüncələrimi paylaşmaq istədim.

Vizyon-insanlar yönündən onların gələcək barədə düşüncələrini, gələcək həyatlarını necə görmək istədiklərini əhatə edir. Vizyon sadəcə görüş, istək, baxış bucağı deyildir, yaşanması istiqamətində fəaliyyətlər göstərilən anlayışdır. Vizyonu, yaşanması üçün səy və əmək sərf edilən anlayış kimi qəbul edərsək bu anlayışın və buna doğru istiqamətin qeyri-müəyyənlik halında çətinləşəcəyi və bunun "vizyonsuzlaşma"ya gətirib çıxaracağını deyə bilərik. İnsanın gələcəklə əlaqədar vizyonu bir növ səyahət planına bənzəyir: Əvvəl səyahət haqda qərar verilir və hara səyahət ediləcəyi müəyyənləşdirilir. Və bundan sonra o səyahəti gözəl keçirmək üçün düşüncələr, səyahət planları qurulur. Yəni əvvəlcə hara gediləcəyi təyin olunmalı və daha sonra planlar qurulmalıdır.

Sadə olaraq bir insanın gələcək 10 il sonra harda olacaqları haqda düşünməsi onun vizyonu olaraq ifadə edilə bilər (Vizyonun gələcəklə bağlılığını nəzərə alaraq). Gələcəklə bağlı düşüncələrin formalaşması isə içində olduğun zaman və mühitin mövcud və gələcəkdə qeyri-müəyyən tərəflərinin mümkün olduğu qədər minimuma endirilməsi vacibdir.  Bu isə cəmiyyətin müxtəlif aspektlərdən sistemli idarə olunmasından çox asılıdır. Sistemli idarə qeyri-müəyyənlik dərəcəsini azaltdığı üçün buna xas nüansların da azalmasına səbəb olacaqdır.

 Cəmiyyətdə gələcək istiqamətli fikirlərin, düşüncələrin və paralel olaraq fəaliyyətlərin yer alması vziyonlu bir cəmiyyətə işarətdir. Və təbii olaraq bunların olmaması vizyonsuzlaşmadır! Geyri müəyyənliklərlə dolu bir cəmiyyətdə vizyonsuzlaşma qaçınılmazdır! Geyri-müəyyənlik isə keçmiş və cari durumlar haqqında insanlarda yaranan real təsəvvürlərdən başqa bir şey deyildir.  

Həyatda insanlar üçün gərəkli olan: sağlıq, finans, təhsil, yuva sahibi olma, azad və inkişaf istiqamətli çalışması, istifadə edəcəyi hər cür məhsul və xidmətlər, qanun və qayda olsa da hər kəs üçün eyni olmaması, ədalətsizliklər və s.və s. nüanslarda aşırı qeyri-müəyyənliklər gələcək üçün baxışlarının-vizyonlarının formalaşmasını çətinləşdirir və "bu gün üçün yaşamaq"  fikrini möhkəmləndirir. Şərt və fürsətlərin, şansın quluna çevrilən insanlarda və cəmiyyətdə hansı vizyondan bəhs etmək mümkündür...?

Hər kəsə vizyonlu bir həyat və gələcək arzusuyla...

No comments: