Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

28.2.13

Xan Akademiyası: Qlobal virtual məktəb...

Bilgi çağının yaratdığı dəyərlər! kimilər üçün informasiya və bilik əldə etmək üçün fürsət, kimilər üçün əyləncə, kimilər üçünsə zamanın boşa xərclənməsidir... Bilgi çağının dəyərlərindən olan internet (belə desəm səhv etmərəm yəqin ki...) və internetin yaratdığı müxtəlif vasitələrin ən çox istifadə sahəsi məhz akademik sahədir. Sol kənarda Khan Academy rəsmini görənlər düşünməsinlər ki bu academi "XAN"lar üçündür və s. 
Bir qədər müəyyən statistik rəqəmlərlə sizləri tanış etdikdən sonra yazının əsas məqsədinə keçiş edəcəyəm.



Bütün dünyada qlobal ÜDM-nin hər il təqribən 5,6%-i təhsilə xərclənir ki bu təqribi 3,9 trilyon USD edir. Təhsilə ən çox vəsait ayıran ölkə isə şübhəsiz ABŞ-dır ki hər il təqribi 1,3 trilyon USD bu ölkədə təhsil üçün xərclənməkdədir. Ancaq bütün bu üst göstəricilərə baxmayaraq müxtəlif qaynaqlar ABŞ-da bu sahədəki müxtəlif mənfi reallıqları da dilə gətirirlər. Məsələn, OECD hesabatlarına görə riyaziyyat üzrə araşdırılan 34 ölkə arasından sadəcə 25-ci yeri, ümumi elmdə 17-ci, oxumaq istəyində 14-cü yeri tutmuşdur. Bu ölkədə 15 yaşına çatmış hər 5 nəfərdən 1-inin elementar elmi bilikləri çox zəif, təqribən 23%-i isə riyaziyyatı həyatda tədbiq etmək bacarığına malik deyillər.

Məhz yuxarıdakı göstəricilərdən yola çıxaraq 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəllərində yaratdığı Khan Academy ilə Salman Khan dünyada virtual təhsil üzrə ən geniş resursa və istifadəçiyə sahib olmuşdur. Khan Academy-nin artıq 20 ölkədən çox təmsilçiliyi vardır. Bu geniş virtual məktəbi yaratmaqda Salman Khan məqsədini dünyada xərc çəkmədən və ya xərclərin produktivliyinin artırılması ilə qlobal resurs yaratmaq və bunu yaymaq olmuşdur. 23 dildə və müxtəlif fənnlərdən ibarət resursa malik olan bu internet resursu youtube-da 3000-dən çox videodərsə malikdir. Hər ay bu videolardan və resursdan təqribən 6 milyon istifadəçi faydalanır. Videodərslərin ümumi baxış sayı 200 mln-u keçib artıq. Resurslardan istifadə isə tamamilə pulsuzdur. Belə bir geniş virtual məktəb həqiqətən "inqilab" kimi dəyərləndirilməlidir.

Mənə bu virtual məktəb haqqında informasiyalar çox maraqlı gəldi. Və buna görə də sizlərlə paylaşmaq istədim... Bəli internetin zərərləri və faydaları haqqında fikir yürütdüyümüz zaman qlobal  əhəmiyyətli bu cür proektləri də diqqətə almaq lazımdır.


No comments: