Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

19.2.13

Etnoqrafik araşdırma nədir? Nələr öyrənilir?

Marketinq araşdırmaları ilə əlaqədar EKSPERT TV-dəki silsilə suallara cavabları bloqdan və qaynağından oxuyan dəyərli oxucularıma çox hörmətli İlkin müəllimin "Etnoqrafik araşdırma haqqında" yazısını da oxumağı tövsiyyə edirəm. İlkin müəllimin bu araşdırma metodunun müsbət tərəflərinə toxunması təqdirə layiqdir. Etnoqrafik araşdırma nədir və nələr öyrənilir bu haqda aşağıdakıları da nəzərinizə çatdırmaq istərdim:


Etnoqrafik araşdırma, antropolojik bir yanaşmadan irəli gələn və insanların mədəni və günlük həyat tərzini və  insanlar üçün nələri özündə cəmləşdirdiyini ələ alan bir araşdırma metodudur. 
İstehlakçıların ehtiyac, münasibət və davranış araşdırmalarında bunlara təsir edən dəyərlərin, hisslərin nələr olduğu, hansı davranışları göstərdiyi və bu faktorlara nələrin təsir etməsi bu araşdırma metodunda daha geniş araşdırılmaqdadır. İstehlakçının həyat tərzi haqqında bu nüanslardan yaxınlaşaraq bilgi əldə edilir. 

Etnoqrafik istehlakçı araşdırmalarında aşağdakılar öyrənilir.

Müəyyən hədəf bir bazar, mədəniyyət və ya mühit, Digər araşdırmaların əksik qaldığı nöqtələrdə bunu dərin bilgilərlə tamamlamaq, Müəyyən davranış tərzlərini incələmək və fərqlilikləri görmək,İstehlakçının nə istədiyi deyil, eyni zamanda nə istəyəcəyi haqqında da məlumatlar toplamaq,İstehlakçı üçün yeni olan və o vaxtacan qarşılanmamış ehtiyac və ya istəyini öyrənib ortaya çıxarmaq...
Etnografik araşdırmalarda müşahidə, dolaylı  intervyu və dərin intervyülərdən də istifadə edilir. 


İstehlakçı gündəlik həyatında nə edir, necə istifadə edir, bunun haqqında nə düşünür və bundan hansı həzzi alır, hansı hissləri keçirir kimi nüanslar bu araşdırmada önəmlidir. Bunu öyrənmək isə standart araşdırnaçı şəxslər vasitəsilə çətindir. Bu araşdırmaların istehlakçıların məhsulu istifadə etdiyi məkanda aparılması və özəlliklə psixoloq və antroploqlar vasitəsilə və ya iştirakı ilə aparılması vacibdir. 

Üzvü olduğumuz AMA-dan bir qaynağı da diqqətinizə çatdırmaq istədim:

http://www.docstoc.com/docs/70567916/Ethnographic-Market-Research 
  

No comments: