Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

14.10.14

"Bazar gücü və tənzimlənmələri analizi..."

Bu il iqtisadi sahədə Nobel qazanan "Bazar gücü və tənzimlənmələri analizi" ilə fransız iqtisadçı Jean Tirole oldu. Jean Tirole1980-lərdən sənayə idarəetməsi sahəsində müxtəlif akademik çalışmalar ortaya qoyan iqtisadçıdır.

 Mükafat sahibi iqtisadçı bu analizində nə və necə yol göstərir? Əvvəlcə qeyd etmək lazımdır ki, iqtisadçı bu analizin müxtəlif sektorlara tədbiqini mümkün saymaqdadır. İqtisadçıların diliylə desək əslində bu analizdə "Görünməz əl" prinsipinə müdaxilə etməyin faydaları göstərilir. Çalışma  dövlət dəstəkli, "sektor sahibi" və ya "təbii monopol" şirkətlər və şirkət birləşmələrinin tənzimlənməsi prinsipini müdafiə edir. 

Bu və ya digər şəkildə Bazar gücü (Sektor gücü) əldə etmiş şirkətlərin monopol və/vəya oligopol gücündən dolayı maliyyət endiriminə yetərli istəklərinin olmadığına diqqət çəkən iqtisadçı bunun sektorda məsələn innovasiya kimi rəqabətyaradıcı amillərin qarşısını aldığını müdafiə edir. Qısaca bu mənfi nəticələr səbəbiylə bu cür böyük güclər üçün müəyyən tənzimləmələrin olmasını gərəkli sayır. 

Əslində bu Nobel ödüllü çalışma kiçik miqyaslı da olsa günümüz Azərbaycan iqtisadi həyatı üçün də aktualdır. Ancaq burada tənzimləyici və tənzimlənən rolunu daşıyanların ayrılması mütləqdir...! İqtisadi idarəetmədə yer alan iqtisadçılarımızın bu teorini ələ alaraq təkliflər irəli sürməsi diləyi ilə...

No comments: