Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

6.3.12

Korporativ saytlardan korporativ bloqlara...

Sosial şəbəkələrdən istifadənin sürətlə artması biznes həyatına da öz təsirini göstərməkdədir. Belə ki şirkətlər sosial şəbəkələrdən müsbət istiqamətdə faydalanmaq məqsədilə artıq  korporativ səhifərilərilə bərabər sosial şəbəkələrdə də şirkət səhifələrinə böyük diqqət göstərməkdədirlər. Ancaq sosial şəbəkələrdəki səhifələr şirkətlərin öz müştərilərinə!!! və ya ümumi ziyarətçilərinə özünü ifadə etməsində eynilə rəsmi şirkət səhifələri kimi yetərsiz qalır. Korporativ səhifələr ya  rəysiz ya da müştəri rəyləri olsa belə qapalı görünməz vəziyyətdə olmaqdadır. Sosial şəbəkələr isə daha çox qısa rəylər məkanı və daha çox qarşı tərəfin fikir və rəylərini duymaq və onu qısaca cavablamaq məkanıdır.
 Şirkətin öz dəyərlərini geniş kütləyə, cəmiyyətə açıqlaması isə bu dəyərləri əhatə edən müxtəlif düşüncə və təkliflərin yer aldığı yazılar vasitəsilə daha asan həyata keçirilə bilər.
Bunu gələcəkdə başqa bir ünsiyyət vasitəsi çıxanacan indilik korporativ bloqlar vasitəsilə həyata keçirmək mümkündür. Ancaq təbii ki bu korporativ bloqlar sosisal şəbəkələrlə sıx bağlantılı olmalı bu şəbəkələrdən bloqa girişlər təmin edilməlidir.
Korporativ bloqlar artıq şirkətlər üçün bir informasiya lideri rolu oynamaqdadır.  Şirkətlər öz dəyərlərini, sosial məsuliyyət istiqamətli fəaliyyətlərini, məhsul və xidmətləri haqqında informasiyanı internet vasitəsilə çatdırmaq üçün bundan faydalanmalıdır. Korporativ bloqlar (internal) daxili müştərilərə-çalışanlara və (external) xarici müştərilərə yönəlik ola bilər. Çalışanlara yönəlik bloqların əhəmiyyəti çalışanların şirkətə bağlılığını artırmaq, şirkət mədəniyyətini yaymaq məqsədi ilə, onların problemlərinin müzakirəsi ilə bərabər, yaradıcılıq potenisalının üzə çıxarılması və fikir və ideyaların paylaşılması məqsədini daşıyır. External bloqlar isə müştəri əlaqələrinin və brend imicinin inkişafına xidmət etməkdədir. Ancaq burada hər iki bloq növündə diqqət edilməsi vacib məsələlər vardır ki, bunlara şirkətlər ciddi yanaşmalıdırlar.
1. Sistemlilik-Bloqdakı yazıların sistemli olması, daimi yeni yazıların yer alması və uyğun bir mütəxəssisin bu fəalyyəti aparması.
2. Həqiqətə uyğunluq və bütövlük-Şirkət fəaliyyətlərinin bloqda yazılanlarla ümumi olaraq üst-üstə düşməsi  
3. Açıqlıq-Bloqun mütləq surətdə rəylərə açıq olması və bu rəylərin qısa müddətdə cavablandırılması
Şirkətlər unutmamalıdırlar ki, internetdə baş verənlər həmişəlik qalmaqdadır və buna görə də müsbət formada qalmağa çaılşmalıdırlar.

No comments: