Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

27.2.12

Eurovision 2012 və Bakının şəhər marketinqi

Şirkətlərdə olduğu kimi, şəhərlərin də marketinqi mövcuddur ki bu city marketing adlanır və  marketinq həyatında və ədəbiyyatında öz yerini almışdır. Eurovision 2012 və ona  hazırlıq (bilincli və ya bilincsiz şəkildə fərq etmir) Bakının marketinqi üçün çox əhəmiyyətlidir.
Əvvəlcə city marketing dedikdə bunu qısaca, bir şəhərin imicinin olması və ya formalaşdırılması və bu istiqamətdə şəhərə dəyər qazandırılması fəaliyyətlərini əhatə etdiyini deyə bilərik. Əslində hər bir şəhər bir brenddir.
 Çünki fərqli adları, fərqli şəhər planı, aid olduğu ölkə, cəmiyyət, coğrafi-demografik və digər makro faktorlardan asılı olaraq fərqli xüsusiyyətləri vardır.  Amma bu xüsusiyyətləri şəhərə beynəlxalq brend imici qazandırır yoxsa qazandırmır əsas məsələ budur...
Şəhərlərin beynəlxalq brend olmaq istəyinin əsasında iqtisadi faktorların əhəmiyyəti böyükdür. Bunlar  sabit investisiyaları və dönər investisiyaları ( logistika, turizm, sosyal-mədəni layihələr və s.) özünə çəkmək məqsədi daşıyır. Amma bir şəhərin brend olması üçün bunu dəstəkləyəcək dəyərlərin və xüsusiyyətlərin olması vacibdir. Şəhər brendi şəhərin görünüşü və gözəlliyi ilə bərabər şəhər xalqının (fərdi və ümumi) mədəniyyətini, davranışlarnı və yaşayış tərzlərini də əhatə edir.
Şəhər marketinqi də bir yerin bir imicinin formalaşdırılması və bu imici dəstəkləycək, təsdiq edəcək fəaliyyətlərin aparılması işindən ibarətdir. Bir şəhərə aid olduğu tarixi ənənəvi xüsusiyyətlərindən başqa inkişaf etdirilən və fəqlilik kəsb edən bir səhə ilə uyğun imic qazandırıla bilər. Məsələn; mədəniyyət şəhəri, təhsil şəhəri, sənaye şəhəri, turizm şəhəri, yaşıl şəhər, əyləncə şəhəri, ticarət şəhəri və s. Təbii ki bu imicin formalaşdırılması uzun fəaliyyətlərin nəticəsidir. Bu informasiyalardan sonra belə bir sual ortaya çıxır: Eurovison 2012 şəhər marketinqi baxımından əhəmiyyətli bir layihədir. Ancaq bu layihə Bakıya hansı imici qazandıracaq? Və ya bu Eurovison sonrasında Bakı hansı imic əldə edəcək?  Bax bunu dərin-dərin düşünməkdəyəm... Bakının indki infrastrukturu, yolların bərbad olması, əhalinini bir biri ilə rəftarı, sürücülük mədəniyyəti (siqnallar, səslər, bağırıb çağırmalar), gostərilənlərlə (show) ilə əslin fərqli olması və s, və s. şəhərimizin imicinə nə qazandıracaq acəba? Yoxsa gələnlərə sadəcə yüksək binalar (halbuki başqa şəhərlərdə daha gözəl memari yüksək binalar var), dənizkənarı və modernləşmiş İçərişəhər göstəriləcək? Gələnlərdən heç biri məyər bizim gördüklərimizi görməyəcək? Kaş görməyəydi...:)

No comments: