Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

12.3.13

Intel çipləri və Maslow ierarxiyası...

Intel şirkətinin baş futuroloqu Steve Brown: "Dünya artıq beşölçülü (boyutlu) dünya olmaq üzrədir". Internet və digitallaşma (rəqəmsallaşma) dünyanı artıq beşölçülü dünya halına gətirməkdədir. Beşinci ölçü(boyut) data, informasiyadır. Artıq əşyaların fiziki halından başqa digital halı da önəmli olmağa başlayır. Hər hansı bir şəhərdə otel otağının, restorandakı bir masanın, mağazadakı bir geyim əşyasının  və s. fiziki mövcudluğundan başqa bir də digital (rəqəmsal) mövcudluğu vardır.

Restorandakı bir masa internet üzrərindən rezervasiya edilirsə bu ona artıq ona 5-ci ölçü olan digital ölçünü qazandırır. 20 əsrdə az qala otaq ölçüsündə olan kompyuterlər 21-ci əsrin əvvəlindən Intelin Centrino texnologiyası ilə mobilləşərək insanların ciblərinə girmişdir. Bundan sonra isə istiqamət insanların üzərindəki əşyaların özlərinin texnologiyalaşmasıdır. Gələcəyin hakim məhsulları geyiləbilən texnolojik məhsullar olacaqdır.

Inteldə istehsal olunan məhsullar və ya yeniliklərin, Maslowun ehtiyaclar ierarxiyasının hər mərhələsinə təsir edəcək gücdə olmasına diqqət edilir. İerarxiyanın ilk mərhələsi olan yemək, içmək, barınma kimi təməl ehtiyacların qarşılanması artıq çeşitli proqramlar və bunları dəstəkləyən çiplər, kompyuterlər, texnologiylarla təmin edilir.

 Digər üst mərhələlərdən biri olan aid olma və sevgi ehtiyacı da artıq Intel çiplərindən istifadə olunan texnolojik məhsulların təklif etdiyi sosial şəbəkələrlə vasitəsiylə qarşılanmaqdadır. İndi Intel olaraq ehtiyaclar ieararxiyasının ən üst mərhələsi olan  özünü isbat etmə ehtiyacını qarşılayacaq üçün daha güclü çiplərin istehsalı haqqında düşünürlər.

Bəli dünyamız digitallaşır... Maraqlı yeniliklər bizi gözləyir. Intel isə bu yenilikləri yaratmaqla məşğuldur, "Gələcəyi öngörmənin ən doğru yolu onu yaratmaqdır" prinsipi ilə hərəkət edərək...

No comments: