Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

5.4.13

Sosial medya və online etiket qaydaları...

Günümüzdə sosial medya vasitələri ilə şəxsi və biznes əlaqələrinin qurulması geniş vüsət aldığına görə, hər bir sahədə olduğu kimi burada da effektli nəticələr əldə etmək üçün online etiket və sosial medya tələb və qaydalarını bilmək və uyğun hərəkət etmək vacibdir.

 Hər hansı bir görüş və ya kütləvi tədbirlərdə təbii ki əlaqə qurmaq və davam etdirmək üçün vizitkartlar dəyişdirilir. Artıq vizitkartların çoxunda ənənəvi əlaqə yollarından (telefon, fax, e-mail) əlavə kart sahibinin Facebook, Linkedin, Twitter, şəxsi səhifə və ya bloq, Rusya, Qazaxstan, Ukrayna kimi ölkələrdə VKontakte ünvanları da göstərilir.
Ancaq təbii ki  müxtəlif şəxslərin qeyd olunan ənənəvi və sosial medya  vasitələrindən istifadəsi eyni səviyyədə deyildir. Kimi daha çox Linkedin istifadə edir, kimi Facebook və ya Twitter. Ya da e-mail və ya telefona digər vasitələrdən daha öncəlik tanıyırlar. Belə olduğu təqdirdə hansı bir vasitə ilə əlaqə saxlayacağımızı düşünəcəyik:

-Facebookda dostluq dəvəti
-Twitterdə izləmək
-Linkedindən təklif
-E-mail vasitəsilə əlaqə yaratmaq
-Zəng etmək və s.?

Sosial medya vasitələri nə qədər geniş yayılsa da qeyd etdiyim kimi hər bir şəxsin bundan istifadə dərəcəsi fərqlidir. Sosial medya və online etiket qaydaları da məhz elə ilk növbədə hansı əlaqə vəsaitindən istifadə ediləcəyindən başlayır və əlaqələrin necə davam etdirilməsi qaydaların əhatə edir.

Buna görə də bu qaydalara əməl etmək məsləhətdir:

-Vizitkart dəyişdirildiyi zaman və ya kimdənsə vizitkart alınan zaman onunla hansı vasitə ilə əlaqə saxlaya biləcəyinizi soruşmaqdan çəkinməyin;

- Həm "On" həm də "Off-line" olaraq sosiallığı inkişaf etdirin:
Hansı sahədə olursa olsun hər bir şəxsin on-line fəaliyyəti ilə off-line fəaliyyətləri bir birinə əks olmamalı, bir birini tamamlamalı və ya üst-üstə düşməlidir. Bu həmin şəxsə güvən yaradır. On-line fəaliyyət və ya on-line fikir və ifadələrlə off-line hərəkət, fikir və ifadələr bir birinə zidd olarsa və ya fəaliyyət sadəcə on-line olaraq aparılarsa bu həmin şəxsə etibar qazandırmayacaqdır. Ona görə də hər hansı sosial şəbəkə vasitəsində kontakt sayısı ilə bərabər bu kontaktlarla on-line və off-line əlaqə davamlılığı da çox əhəmiyyətlidir.
Məsələn, Linkedin-də ixtisaslara yönəlik qruplara üzvsünuzsə sadəcə oxumaqla, kənardan izləməklə kifayətlənməməli, hansısa göndərilən yazı və ya məsaj haqqında fikir bildirmək, fikrinizə və ya məsajınıza olan rəyləri cavablandırmaq kimi on-line etiket qaydalarından istifadə etmək əlbəttə sağlam əlaqələr üçün daha effektlidir.

Faydalı əlaqələr qurmağa çalışın:
Sosial şəbəkələrin əsas qaydası budur: "Nə isə verin və nə isə alın" və ya "paylaşın və qəbul edin".
Əgər sosial şəbəkədə aktivliyinizi artırmaq və qarşılıqlı rəğbət və qəbul olunmaq istəyirsinizsə edilən paylaşımlara münasibət bildirmək, bəyənmək və paylaşmaq çox vacibdir. Təbii ki kiminsə tweetini, statusunu, yazısını bəyənmək və ya paylaşmaqla siz onun fikirlərini və bilgisini qəbul etdiyinizi göstərirsiniz. Şəbəkə effekti sizə geri dönüşümü təmin edəcəkdir.

Hər hansı sahədə (təbii ki öz sahənizdə) ekspert olmağa çalışın:
Sosial medya qaydalarından biri "un-market"-dir. Sosial şəbəkələrdə nəyisə satmağa çalışmayın. Sosial şəbəkədəki məhsulunuz sizin bilginiz olmalıdır. Ancaq bu bilgi ekspert bilgisi səviyyəsinə çatmalıdır. Yəni nəyisə bir başa satmağa çalışmamaq, satacağınız məhsul ilə əlaqədar bilgilər vermək, fikir və müzakirələr aparmaq daha uyğundur.

Hər kəsə  hər iki "on-line" və "off-line" istiqamətdə uğurlu əlaqələr diləyirəm...

No comments: