Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

21.11.14

"Bura Azərbaycandır..."- özünümüdafiə instinkti

Bəli, bura Azərbaycandır... Burada baş verənlərin də çoxu müsbət və ya mənfi məhz bura aid cəmiyyətin xüsusiyyətlərini əks etdirir...

 Hər şeyin ifratının mənfi nəticələrə səbəb olduğu məlumdur.  Çox zaman müqayisə baxımından söylənən "Bura Azərbaycandır" fikri də öz ifrat dərəcəsinə çataraq müqayisəli yanaşma çərçivəsindən çıxıb özünümüdafiə instinktinə çevrilibdir... 

Müxtəlif sahələrdən müxtəlif mövqeli insanlardan eşitdiyim bu mənfi hal bu yazını yazmağa səbəbiyyət verdi.

Öz edə biləcəklərini etməyib "Bura Azərbaycandır" fikrinin altında kölgələnənlər yuxunuz şirin olmasın! 

Ali məktəb tələbəsinə yol göstərilir, istiqamət verilir... informasiya əldə etməyin ən sürətli və asan olan bu dövründə bundan istifadə edərək öz inkişafına səy göstərməyən tələbə zamanla qarşılaşdığı çətinlik və problemləri "Bura Azərbaycandır" düşüncəsiylə özünümüdafiə edir...

İş həyatında öz funksiyalarını, edə biləcəklərini etməyib, hər şeyin ucunu dolaylı və birbaşa olaraq "Bura Azərbaycandır"a bağlayan işçilər də olduqca çoxdur....

Təlimlərdə iştirak edənlər, təlimdə deyilənləri "bir istifadə edim" düşüncəsiylə deyil, bəri başdan bu bura aid deyil, burda olmaz, bura Azərbaycandır düşüncəsiylə heç öyrənmək belə istəmir...

Bu və ya digər cəhətdən müəyyən ölçülərdə özünü isbatlayan hər hansı bir sistem dəyişikliyinə qəti etiraz edən və bunu "Bura Azərbaycandır"la əsaslandırmağa çalışan idarəedicilər...

Öz haqq və hüquqlarını hələ müdafiə etməyi demirəm,ən əvvəl heç öyrənmək belə istəməyənlərin özünümüdafiə insinkti də eyni...

Siyahını uzatmaq əlbəttə ki mümkündür... Amma mən əsas qarşılaşdığım sahələrdən misal çəkdim... 

Təbii ki bura Azərbaycandır... Amma bunu hər şeyə qulp eləmək elə "Bura Azərbaycandır..."ı müsbət deyil, mənfilərlə doldurmaq deməkdir... 

1 comment:

Rza Huseynov said...

Maraqli yazidi. Fikirlerle raziyam