Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

1.12.14

İdarəetmə şəffaflığı...

Hansı sahədə olur olsun, baş verən proseslərin, fəaliyyətlərin izlənməsi üçün şəffaflıq vacib şərtlərdən biridir.  Maddi və maddi olmayan resursların daha effektiv idarə olunmasında da               şəffaflıq önəmli bir faktordur. Sistemli idarəetmə yanaşması da yenə şəffaflıq tələb edir.

Əvvəlki yazılarımızda  birində  idarəetmədə sistem anlayışı  haqqında yazmışdım. Sistem, input, process, output, daxil olanlar, proses və nəticə-əldə olunanlardan ibarət olan və daim onlara təsir edə biləcək xarici faktorlarla birlikdə incələnən bir yanaşma tərzidir.
İdarəetməyə sistem yanaşması ilə baxsaq daxil olan maddi və maddi olmayan resurslar, bu resursların istifadəsi ilə həyata keçirilən proseslər və proseslərdə bu və ya digər şəkildə  əldə olunan nəticələrin idarə olunması fəaliyyətlərini əhatə edir. Və bundan sonra əldə olunan nəticələriin ya düzəltmə, təkmilləşmə ya da gələcək fəaliyyətlərə işıq tutacaq şəkildə istifadəsini asanlaşdıran feedback, geribəsləmə fəaliyyətindən ibarətdir.

Bəli idarəetmə şəfafflığı məhz idarəetmə üçün vacib olan maddi və maddi olmayan resursların, onların əldə edilməsi şəffaflığı, daha sonra bu resurslarla həyata keçirilən proseslərin şəffaflığı və nəticədə əldə olunanların aydın olması, şəffaf olması deməkdir.

Həmişə idarəetmədə proseslərin yoxsa nəticənin əhəmiyyətli olduğu mübahisələri ilə qarşılaşırıq. Hətta hər iki istiqamət elmi ve metodik yanaşmalarla birgə idarəetmə ədəbiyyatına Proses idarəetməsi, Hədəflərlə idarəetmə, Nəticəyönümlü idarəetəmə başlığı altında alt mövzularıyla birlikdə çox sayda yanaşmalar yerini almışdır. Ancaq istər proses, istərsə də hədəflərlə və ya nəticəyönümlü idarəetmə olsun, hər biri ilk növbədə şəfafflıq tələb edir.

Məsələn, satışların idarə olunmasında nəticə -satış həcminin artırılması olsa belə, buna necə nail olunduğu qaranlıq qalarsa bu satış bölümünün zamanla effektsiz fəaliyyətinə səbəb olacaq.


 Çünki hər bir uğursuzluq analiz olunub səhvlərdən dərs çıxarıldığı kimi, uğurlu nəticələr də analiz olunmalı, uğura səbəb olan fəaliyyətlər, proseslər müəyyənləşdirilməli və gələcəkdə təkmilləşdirilərək və ya dəyişdirilməsi vacib olanda dəyişdirilərək istifadə olunmalıdır. Bunun üçün isə ilk növbədə şəffaflıq tələb olunur... Uğurun və uğursuzluğun səbəbləri şəffaf olmalı və təhlilə açıq olmalıdır.  Əks təqdirdə edilən analizlər və düzəltmə tədbirləri öz nəticəsini göstərməyəcək və ya effekti az olacaqdır!


Professional idarəetmənin tələblərindən biri də məhz şəffaf idarəetmənin mənimsənilməsi olmalıdır:

- Şirkətdə sağlam (fomal və informal) kommunikasiya şəffaflıq tələb edir...
- Sağlam üst-alt əlaqələri şəffaflıq tələb edir...
-Sağlam komanda işi şəffaflıq tələb edir...
-Effektiv personal dəyərləndirməsi şəffaflıq tələb edir...
- Düzgün performans dəyərləndirmə şəffaflıq tələb edir...
-Düzgün karyera planlaması şəffaflıq tələb edir...
-Düzgün müştəri münasibətləri şəffaflıq tələb edir...
-Effektiv marketinq kommunikasiyası şəffaflıq tələb edir...
-Hədəf-nəticə yönümlülük şəffaflıq tələb edir...
-Proseslərin effektiv idarə olunması şəffaflıq tələb edir...
-Strategiya,Taktika, Proje idarəetməsi şəffaflıq tələb edir...
...
...




1 comment:

Unknown said...

İdarəetmədə şəffaflıq menecerdən asılıdır. Menecer idarəetmə sistemini elə qurmalıdır ki, şəffaflıq yaransın və bu şəffaflıq həmin müəssisənin fəaliyyətinə təsir etməsin. Bir çox şirkətlərdə şəffaflıq yoxdursa bu şirkətlərin menecerləri özlərinə inamı zəif olmasından irəli gəlir. Özləri dedikdə müəssisəni nəzərdə tuturam, şəxs olaraq menecer yox.