Xoş gəlmisiniz! Bilgi və sevgi paylaşdıqca artar! Buyurun oxuyun, fikirlərimizi paylaşaq...

25.12.14

Vətəndaş elmi nədir və biznesdə yeri...

İnformasiya cəmiyyətinin yaratdığı çox sayda anlayışlar mövcuddur. Bunlardan biri də yeni anlayış kimi qəbul edilən "Vətəndaş elmi"-"Citizen Science"dir. Bu anlayış 2014-cü ildə lüğətlərə girmiş, ancaq praktik olaraq həmişə mövcud bir anlayışdır. Bəzən bu anlayış "civic science", "crowd science", "networked science"  olaraq, "mülki elm", "kütlə (camaat, grup, topluluq) elmi", "şəbəkə elmi" və s. kimi də işlədilir. 

Bu anlayış, ənənəvi elm-in müəyyən bir teorik çərçivələndirmə tələbindən çıxaraq, hər hansı bir sahənin elm adamlarının, professionallarının araşdırma və yanaşmasından ziyadə, kütlənin içindən peşəkar olmayan, həvəskar və könüllü araşdırmaçıların  bu istiqamətdəki fəaliyyətlərini əhatə edir.
Əslində normal araşdırma mərhələlərini əhatə edən bir fəaliyyətin həvəskar, könüllü və ya fərdi qaydada aparılmasıdır. Bəzən isə müəyyən mərhələdə aid olduğu sahənin peşəkar və ya elm mənsubları tərəfindən nəzarət və istiqamətləndirməsi şəklində də həyata keçirilir.

 Başda da qeyd etdiyim kimi, bu anlayışın da digər bir çox anlayış kimi meydana çıxmasına və ya qəbul görməsinə səbəb əslində informasiya dövrü, informasiyya cəmiyyəti olmuşdur. İnformasiya paylaşımı, informasiya əldə etmə asanlığı və azadlığı, internet resursları kimi araşdırma mənbələrinin çoxalması buna meydan açan səbəblərdir. Bu anlayışın müxtəlif ictimai layihələrdə uğurla istifadəsi artıq özünü göstərmişdir. Əsasən ictimai fəallıq nöqteyi-nəzərindən önəmli faydaları mövcuddur. Mən bu yazımda bu anlayışın biznes sahəsindəki yerinə bir balaca toxunmaq istəyirəm...

Müşahidə etdiyimiz kimi, əvvəlki dövrlərdən daha çox indi istənilən sahənin professionalları, elm mənsubları ilə yanaşı və hətta onlardan dəfələrlə çox hər bir sahədə amator-həvəskar, könüllü fərdi və ya qrup fəaliyyətlərinə rast gəlirik. Bu təbii proses olaraq belə də davam edəcəkdir... Və bu hər bir sahədə olduğu kimi bunun biznes mühitinə də təsiri mövcuddur... 

Məsələn hər hansı bir sahədə, HR, Satış, Marketinq, İdarəetmənin müxtəlif sahələrində olan treyninq və seminarların, konsultasiyaların heç də akademik "background"u olmayanlar və hətta bəzən bu sahədə praktik təcrübəyə də malik olmadan, sadəcə öz fərdi təşəbbüskarlığı ilə araşdırmalar edən,  informasiyalar əldə edən, sistemləşdirən və bunu daha sonra paylaşma istək və həvəsində bulunan "həvəskar alim"lər vəya "vətəndaş alim"lər var və olacaqdır... Buna informasiya dövrünün yaratdığı imkanlar da geniş vüsət verməkdədir. Təbii ki bunun fayda və zərərləri də bununla birgə həmişə müzakirə obyekti kimi var olacaqdır... Hər bir istiqamətdə olduğu kimi hər hansı bir yeniliyin mənimsənməsi üçün onun müsbət və mənfi yönləri ilə birlikdə ələ alınması lazımdır... Yeniliyə qapalılıq mənfi təsirlərdən qorunmaqla yanaşı, fayda və fürsətlərdən istifadəyə də mane olmaqdadır... və ya əksinə yenilikdən kor-təbii istifadə faydaları ilə bərabər mənfi nəticələr də doğurmaqdadır...

No comments: